Fesile - Wikipedia
Fəsilə (bitki aləmində) və ya ailə (heyvanat aləmində) (lat. familia) tərkibində bir cins, yaxud monofilitik (ümumi mənşəli) cinslər qrupu olan və başqa fəsilələrdən və ya ailələrdən kəskin fərqlənən ayrıca ekoloji sahədə yerləşən taksonomik kateqoriya. Fəsilənin özünəməxsus əlamətləri ona müəyyən ekoloji uyğunlaşma zonasında yaşamağa imkan verir. Zoologiyada fəsilənin latınca adının sonunda "dae" yazılır. Botanika və bakteriologiyada fəsilə adı "ceae" ilə qurtarır. Məsələn, Violaceae (bənövşəkimilər). Fəsilə müstəsna olaraq iki alternativ ad daşıyır; bu "Beynəlxalq botanika nomenklaturasının kodeksi" tərəfindən qəbul edilmişdir.
Hər hansı bir ərazinin müxtəlif fəsiləri xüsusiləşir və onların arasında aydın fərqlər mövcüd olur. Çox vaxt hər materikdə fəsilələr bir-birindən fərqlənən müxtəlif xüsusiləşmiş qruplara parçalanırlar. Bəzən də elə aralıq formalar meydana çıxır ki, fəsilələr arasındakı kəskin fərqlər itmiş olur. Bu isə dəqiq təsnifat yaratmağı çətinləşdirir. 19 əsrdə yeni kəşf olunmuş orqanizmlərin sayı o qədər artmışdı ki, naturalistlər cins və dəstə arasında aralıq səviyyəni göstərmək üçün tədricən fəsilə konsepsiyasını yaratmış və tətbiq etmişlər, fəsilə qrupunun taksonları fəsiləüstü, fəsilə, yarımfəsilə və triba, yaxud nasildən ibarətdir. Fəsilənin takson qrupu, tabeliyindəki taksonlara ayrılırsa və hansına nümunəvi cins daxildirsə, onun sonu müvafiq olaraq dəyişməklə həmin adı daşımalıdır. "Beynəlxalq botanika nomenklaturasının kodeksi" ad qruplarını qəbul etmir, lakin növ və növdən aşağı takson ranqlarını qəbul edir.
Fəsilənin zoologiya və virusologiyada latın adının sonuna ("idae"), botanika, mikologiya və baktereologiyada isə "acceae" əlavə edilir. Bəzən fəsilələr yarımfəsilələrə bölünür. Oxşar fəsilələr dəstə (heyvanlarda), yaxud sırada (bitkilərdə) birləşdirilir.[1]
ASE-də
redaktəFəsilə (familia) — tərkibinda bir cins, yaxud monofilitik (ümumi mənşəli) cinslər qrupu olan və b. Fəsilələrdən kəskin fərqlənən ayrıca ekoloji sahələ yerləşən taksonomik kateqoriya. Fəsilənin özünzməxsus əlamətləri ona müəyyən ekoloji uyğunlaşma zonasında yaşamaqa imkan verir. Zoologiyada Fəsilənin latınca adının sonunda "dae" yazılır. Botanika və bakteriologiyada fəsilənin adı "ceae" ilə qur" tarır. Məs., Violaceae (bənövşəkimi-lər). F. mustəsna olaraq iki alter" nativ ad daşıyır; bu "Beynəlxalq botanika nomenklaturasının kodeksi" tərəfindən qəbul edilmişdir.
Hər hansı bir ərazinin müxtəlif fəsilələri xüsusiləşir və onların arasında aydın fərqlər mövcud olur. Çox vaxt hər materikdə fəsilələr bir-birindən fərqlənən müxtəlif xüsusiləşmiş qruplara parçalanırlar. Bəzən də elə aralıq formalar meydana çıxır ki, fəsilələr arasındakı kəskin fərqlər itmiş olur. Bu isə dəqiq təsnifat yaratmağı çətinləşdirir. 19 əsrdə yeni kəşf olunmuş orqanizmlərin sayı o qədər artmışdı ki, naturalistlər cins və dəstə arasında aralıq səviyyəvi göstərmək üçün tədricən fəsilə konsepsiyasını yaratmış və tətbiq etmişlər. Fəsilə qrupunun taksonları fəsiləüstü, fəsilə, yarımfəsilə və triba, yaxud nəsildən ibarətdir. Fəsilənin takson qrupu, tabeliyindəki taksonlara ayrılırsa və hansına nümunəvi cins daxildirsə, onun sonu müvafiq olaraq dəyişməklə həmin adı daşımalıdır. "Beynəlxalq botanika nomenklaturasının kodeksi" ad qruplarını qəbul etmir, lakin növ və növdən aşağı takson ranqlarını qəbul edir.
İstinadlar
redaktə- ↑ M. Abbasov, S. Məşədibəyova, R. İbadov. Təbiət elmləri lüğəti, Bakı 2006, səh. 143
Taksomaniya ranqları |
Aləmüstü (domen) — Aləm — Yarımaləm — Tipüstü/Şöbəüstü — Tip/Şöbə — Yarımtip/Yarımşöbə — Sinifüstü — Sinif — Yarımsinif — İnfrasinif — Dəstəüstü/Sıraüstü — Dəstə/Sıra — Yarımdəstə/Yarımsıra — İnfradəstə — Fəsiləüstü — Fəsilə — Yarımfəsilə — Tribaüstü — Triba (biologiya) — Yarımtriba — Cins — Yarımcins — Seksiyaüstü — Seksiya — Yarımseksiya — Cərgə — Yarımcərgə — Növ — Yarımnöv — Varitet/Müxtəliflik — Yarım müxtəliflik — Forma — Yarımforma |
Taksonomiya — Binominal nomenklatura |