Feth Herb - Wikipedia
Fəth — düşmənin silah gücünə hərbi tabe edilməsi aktı.[1][2] Normanların İngiltərəni fəthi hərb tarixindəki fəth nümunələrindən biridir. Bu hadisə İngiltərə Krallığının normanların nəzarətinə keçməsinə səbəb olmuş və 1066-cı ildə Fateh Vilhemi ingilis taxtına gətirmişdir.
Fəth müəyyən mənada müstəmləkəçiliklə əlaqələndirilə bilər. Məsələn, İngiltərə anqlo-saksların, vikinqlərin və franko-normanların müstəmləkəçiliyi və fəthinin mərhələlərini yaşamışdır.
Tarixi fəthlər
redaktəQədim sivil xalqlar böyük miqyasda müharibələr aparırdılar ki, bu da əslində işğalçılıq idi.[3] Misirdə işğal və fəthin təsirləri rəsm və heykəllərdə təmsil olunan müxtəlif irq tiplərində müşahidə olunur.[4] Təkmilləşdirilmiş təsərrüfat getdikcə daha böyük orduların formalaşmasına və təkmilləşdirilmiş silah texnologiyasını əhatə edən ixtisaslaşmaya imkan vermiş və bu, əhalinin artması və siyasi nəzarətlə birlikdə müharibənin daha geniş vüsət alması və dağıdıcı xüsusiyyət alması ilə nəticələnmişdir.[5] Nəticədə asteklər, inklər, Dahomeya, Benin, Misir, Babilistan, Assuriya və İran kimi qədim sivilizasiyalar ətrafdakı az təşkilatlanmış cəmiyyətlərdən daha militarist xüsusiyyətləri ilə seçilmiş və hərbi sərgüzəştləri daha geniş miqyas alaraq ilk effektiv fəthləri mümkünləşdirmişdir.
Xüsusiyyətləri
redaktəMiqrasiya
redaktəHərbi fəth insan miqrasiyasının ən davamlı səbəblərindən biri olmuşdur.[6] Siyasi inkişafa və dövlətin formalaşmasına miqrasiya və fəthlərin əhəmiyyətli təsiri var. Miqrasiyaya səbəb olan fəthlər irqlərin qarışmasına və mədəni mübadilələrə töhfə vermişdir.
Talan
redaktəTalançılıq hər zaman və hər yerdə müharibənin nəticələrindən biri olub: fatehlər tapdıqları dəyərli əşyaları mənimsəyiblər. Bu arzu həm də müharibə və fəthlərin ən əsas səbəblərindən biri olmuşdur.[7]
Tabelik
redaktəTabelik nəticəsində sinif fərqi yaranır: fəth edilən xalq kölələşdirilir. Beləliklə, mümkün olan ən geniş sosial siniflər yaranır: kölələr və azadlar. Qullar müharibəni özlərinin əsas işi hesab edən yuxarı təbəqələri dəstəkləmək üçün işlədilir.[8]
İkinci dünya müharibəsindən sonra
redaktəAlimlər 1945-ci ildən bəri işğala qarşı normanın mövcudluğunu müzakirə edirlər.[9][10] İkinci dünya müharibəsindən sonra böyük ərazilərin zəbt edilməsi nadir hal olsa da, dövlətlər hələ də kiçik ərazilərin ilhaqını davam etdirirlər.[10]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Miquelon, Dale. 1977. Society and Conquest. ISBN 0-7730-3132-4 (ing.)
- ↑ Day, David. 2008. Conquest: How Societies Overwhelm Others. ISBN 0-19-923934-7 (ing.)
- ↑ Cambridge Ancient History. Vol I pg. 261, 519; Vol III, 99, 100–101 ISBN 0-521-85073-8 (ing.)
- ↑ Petrie, W. Races of Early Egypt. JAI XXX, 103. (ing.)
- ↑ Sumner, W. 1914. War Pg. 3. (ing.)
- ↑ Howitt, A. 1910. Native Tribes. pg. 185–186, 678, 682–683 (ing.)
- ↑ Spencer, H. 1969. Principles of Sociology I [ölü keçid]. pg. 631. ISBN 0-208-00849-7 (ing.)
- ↑ Gumplowicz, L. 1909. Der Rassenkampf[ölü keçid] pg. 163–175, 179–181, 219–238, 250–259 (ing.)
- ↑ Goertz, Gary; Diehl, Paul F.; Balas, Alexandru, "The Development of Territorial Norms and the Norm against Conquest", The Puzzle of Peace, Oxford University Press, 2016, doi:10.1093/acprof:oso/9780199301027.001.0001, ISBN 978-0-19-930102-7 (ing.)
- ↑ 1 2 Altman, Dan. "The Evolution of Territorial Conquest After 1945 and the Limits of the Territorial Integrity Norm". International Organization (ingilis). 74 (3). 2020: 490–522. doi:10.1017/S0020818320000119. ISSN 0020-8183. 2022-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-23.