Fetulla Huseynov - Wikipedia
Fətulla Əli oğlu Hüseynov (21 dekabr 1937, Traubenfeld – 14 iyun 2004, Bakı) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi polis polkunun komandiri, polkovnik.[1]
Fətulla Hüseynov | |
---|---|
Ləqəbi | Qara Polkovnik[1] |
Doğum tarixi | 21 dekabr 1937 |
Doğum yeri | |
Vəfat tarixi | 14 iyun 2004 (66 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | qətlə yetirilib[1] |
Fəaliyyəti | Azərbaycan Daxili İşlər Nazirliyi polis polkunun komandiri |
Fətulla Hüseynov Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyatı olan Horadiz əməliyyatının rəhbərlərindən biri olmuşdur.[1]
Həyatı
redaktəErkən illəri
redaktəFətulla Əli oğlu Hüseynov 1937-ci ildə Tovuz rayonunda anadan olub. Azərbaycan Texniki Universitetinin avtomobil-tikinti fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Sonra O, SSR-nin Daxili İşlər nazirliyinin Yüksək Akademik kurslarını bitirir. 1960–90-cı illərdə Respublika yol polisinin rəis müavini və Bakı şəhər yol polisi idarəsinin rəisi vəzifəsində çalışıb. Bundan əlavə Fətulla Hüseynov Azərbaycanın baş yanğınsöndürmə idarəsinin rəis müavini, DİN–in polis polkunun komandiri və s. vəzifələrdə çalışıb.
Qarabağ müharibəsində iştirakı
redaktə1993-cü ildə Qarabağ Azadlıq Təşkilatının üzvü olub.[2] Fətulla Hüseynov 1993-cü il dekabrından başlamış 6 yanvar tarixinə kimi davam edən Horadiz əməliyyatına rəhbərlik edib.[3] Horadiz əməliyyatı Azərbaycan Milli Ordusunun 1994-cü il qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyat olub. Horadiz əməliyyatında iştirak edən 702-ci briqada 5 yanvar tarixində bir gün ərzində qənimət olaraq 3 tank, 1 ədəd "Şturm-S", 6 ədəd top, 6 ədəd top qoşqusu, 10-a yaxın nəqliyyat vasitəsi, çoxlu sayda silah və sursat götürüb. Düşmən ağır itkilər verərək cəsədlərini döyüş meydanında qoyaraq geri çəkilib.
Fətulla Hüseynov Qarabağ münaqişəsinin hərb yolu ilə həllinin tərəfdarlarından olub.
Siyasi fəaliyyəti
redaktəFətulla Hüseynov 1995-ci ildə Rövşən Cavadovun xüsusi təyinatlı dəstəsinin qiyamının yatırılması ilə bağlı DİN-dən istefa verib.[mənbə göstərin]
İctimai fəaliyyəti
redaktə1992-ci ildə Fətulla Hüseynov AFFA-nın nizam-intizam komitəsinin sədri oldu. O, 1996-cı ildən 2001-ci ilədək AFFA-nın viste-prezidenti vəzifəsində işləyib. UEFA-nın Azərbaycanda futbol oyunlarının keçirilməsi üzrə nümayəndəsi olub.
Ölümü
redaktəFətulla Hüseynov 2004-cü il 14 iyunda yaşadığı binanın qarşısında öldürülüb. Onu Hacı Məmmədovun dəstə üzvlərinin qətlə yetirdiyi iddia edilib. H. Məmmədov məhkəmədə bu qətlin də "siyasi sifariş" olduğunu bildirmişdi. Amma sifarişçinin kimliyini açıqlamamışdı.[4]
Şəxsi həyatı
redaktəAiləli idi, Tahir və Adil adlı oğlu var. 2012-ci il 9 avqustda onun oğlu Tahirə məxsus "Toyota" markalı avtomobil yoldan çıxaraq aşıb.[5] Nəticədə avtomobilin sürücüsü T. Hüseynov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.[5]
Ləqəbi
redaktəAzərbaycanda Fətulla Hüseynov "qara polkovnik" ləqəbi ilə tanınırdı.[6]
Təltif və mükafatları
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 ""Qara Polkovnik"in müəmmalı qətli - 19 il keçir". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-15.
- ↑ Səfəroğlu, Xaqani. ""Sədrlikdən gedə bilərəm…"". modern.az. modern.az. 24 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 December 2015.
- ↑ "Так в Горадизе был спущен армянский флаг". oxu.az. oxu.az. 18 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 December 2015.
- ↑ "Onlar hamısı evinin kandarında öldürülüblər…". www.azadliq.org. Azadlıq Radiosu. 3 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 December 2015.
- ↑ 1 2 ""Qara polkovnik"in oğlu yol qəzasında ölüb". modern.az. modern.az. 24 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 December 2015.
- ↑ "Evlərinin kandarında öldürülənlər…". www.azadliq.org. www.azadliq.org. 2016-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyun 2016.