Fexreddin Semedov - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Fəxrəddin Səmədov (1960, Xaçmaz) — Azərbaycan Respublikası Daxili Qoşunları Komandanının müavini — Maddi-texniki Təminat İdarəsinin rəisi, general-mayor.
Fəxrəddin Səmədov | |
---|---|
Fəxrəddin Cavanşir oğlu Səmədov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xaçmaz şəhəri, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | DQ Komandanının müavini |
Rütbəsi | general |
|
|
Təltifləri |
Həyatı
redaktəSəmədov Fəxrəddin Cavanşir oğlu 1960-cı ildə Xaçmaz şəhərində anadan olmuşdur. 1977–1981-ci illərdə SSRİ DİN-in Xarkov Ali Hərbi Arxa Cəbhə Məktəbində təhsil almışdır.
1981–1991-ci illərdə SSRİ DİN-in Daxili Qoşunlarında ərzaq xidməti rəisinin köməkçisi, tabor komandirinin təchizat üzrə müavini, ərzaq xidmətinin rəisi, hərbi hissə komandirinin arxa cəbhə üzrə müavini vəzifələrində xidmət etmişdir. 1991-ci ildə xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının Baş İdarəsinin sərəncamına göndərilmişdir.
1991–2007-ci illərdə DİN-in Daxili Qoşunlarında hərbi hissə (alay) komandirinin arxa cəbhə üzrə müavini, Baş İdarədə ərzaq xidmətinin rəisi, hərbi hissə (briqada) komandirinin arxa cəbhə üzrə müavini, Baş İdarədə arxa cəbhə rəisinin müavini — qərargah rəisi, hərbi hissə (alay) komandiri, Baş İdarənin Maddi-texniki Təminat İdarəsində Qərargah rəisi-İdarə rəisinin müavini vəzifələrində xidmət etmişdir.
2002-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunu bitirmişdir.
Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2007-ci il tarixli 2087 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Komandanının müavini — Maddi-texniki Təminat İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.
Respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir. Xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il tarixli 06 may və 2014-cü il 08 mart tarixli Sərəncamları ilə "Vətən uğrunda" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 12 mart 2009-cu il tarixli 203 nömrəli Sərəncamı ilə "general-mayor" hərbi rütbəsi verilmişdir.
Ailəlidir, bir övladı var.