Fezail Agamaliyev - Wikipedia
Fəzail Rəhim oğlu Ağamalı (26 avqust 1947, Qızıl Şəfəq, Sisian rayonu, Ermənistan SSR) — Azərbaycanın ictimai-siyasi xadimi, Ana Vətən Partiyasının sədri, Azərbaycan Milli Məclisinin I, II, III, IV, V və VI çağırış deputatı,[1] Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinin icraçısı (1993–1994), Azərbaycan Respublikasının Sosial Təminat nazirinin müavini (1992–1993), tarix elmləri doktoru, professor.[2]
Fəzail Ağamalı | |
---|---|
1995 – 2024 | |
Seçki dairəsi | 1995 — 39 saylı Sumqayıt ikinci 2000 — 30 saylı Yevlax 2005 — 60 saylı Salyan-Neftçala 2010 — 60 saylı Salyan-Neftçala 2015 — 60 saylı Salyan-Neftçala 2020 — 60 saylı Salyan-Neftçala |
Əvvəlki | Vəzifə təsis edildi. (30 saylı) Şəfiqə Məmmədova (39 saylı) Vəzifə təsis edildi. (60 saylı) |
Sonrakı | Xıdır Alovlu (30 saylı) Vəzifə ləğv edildi. (39 saylı) |
Ana Vətən Partiyasının sədri | |
Vəzifədədir | |
24 noyabr 1990-cı ildən | |
Əvvəlki | Vəzifə təsis edildi. |
1993 – 1994 | |
Prezident | Heydər Əliyev |
1992 – 1993 | |
Nazir | Akif Kərimov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 avqust 1947 (77 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəFəzail Ağamalı 1947-ci il avqustun 26-da Qərbi Azərbaycanın Zəngəzur mahalının Sisian rayonunun Şıxlar kəndində anadan olmuşdur. 1965-ci ildə Dəstəgird orta məktəbini bitirmişdir. 1966–1971-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. 1968-ci ildən, ali təhsilinin üçüncü kursundan etibarən Azərbaycana müstəqillik tələb edən "Azərbaycanın azadlığı və bütövlüyü uğrunda" gizli tələbə dərnəyinin fəal iştirakçılarından biri olmuşdur. Buradakı antisovet fəaliyyətinə görə SSRİ təhlükəsizlik orqanları tərəfindən 70-ci illərdə təqibə məruz qalmışdır.[3][4]
1972-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasına qəbul olunmuş və 1980-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini almışdır.
1971–1972-ci illərdə Naxçıvan şəhər 1 saylı orta məktəbdə müəllim, 1973–1983-cü illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitunda müəllim, baş müəllim vəzifələrində çalışmışdır. 1983–1988-ci illərdə Azərbaycan Texnologiya İnstitunda kafedra müdiri vəzifəsində çalışmış, 1988-ci ildə Milli Azadlıq Hərəkatında daha fəal iştirak etmək üçün ailəsilə birlikdə Bakı şəhərinə köçmüşdür. 1988–1990-cı illərdə Dövlət İqtisad İnstitunda dosent vəzifəsində çalışmışdır.[2] 1991-ci ildən Azərbaycan Əmtəəşünaslıq İnstitutunda, 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində dosent və professor kimi elmi fəaliyyət göstərmişdir.[1]
Ailəlidir, 3 övladı var.[5]
Siyasi Fəaliyyəti
redaktəErkən fəaliyyəti
redaktə1989-cu ilin əvvəllərindən başlayaraq Azərbaycan Xalq Cəbhəsinin yaradılması prosesinə qoşulmuş, onun nizamnamə və proqramının hazırlanmasında, təşkilatın formalaşmasında fəal iştirak etmişdir. AXC-nin 1989-cu ilin iyul ayında keçirilən təsis konfransının təşəbbüs qrupunun üzvü kimi iştirak etmiş və konfransda təşkilatın Səbail rayonu üzrə əlaqələndiricisi və Məclis üzvü seçilmişdir. 1990-cı ilin iyun ayına qədər AXC-də məclis üzvü kimi fəaliyyət göstərmiş, 1990-cı ilin 20 Yanvar hadisələrinə görə AXC rəhbərliyi ilə yaranmış ciddi fikir ayrılığına görə həmin təşkilatdan istefa vermişdir.[6]
1990-cı ilin sentyabrında hərəkatda iştirak edən həmfikirlərilə Ana Vətən Partiyasının təşəbbüs qrupunu yaratmış və 1990-cı ilin noyabr ayının 24-də partiyanın təsis qurultayında sədr seçilmişdir.[6]
1992-ci il martın 9-da AXC-nin qərargahında keçirilən Azərbaycan Demokratik Qüvvələr Birliyinin yığıncağında Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət edilməsi haqqında bəyanat vermiş,[7] 1993-cü ildə ölkədəki mürəkkəb situasiyanın fonunda geniş xarakter alan Heydər Əliyev hərəkatında fəal iştirak etmişdir.[8]
Nazirlər kabinetində
redaktə1992–1994-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, birinci müavini və nazir əvəzi vəzifələrində çalışmışdır. 1994-cü ilin avqustunda dövrün baş naziri Surət Hüseynovun tutduğu mövqeni sərt tənqid edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri əvəzi vəzifəsindən istefa vermişdir.[9]
Parlamentdə
redaktəAzərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV, V, VI çağırış deputatı seçilmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, İntizam komissiyasının sədr müavini və Azərbaycan – Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuşdur.[1][10]
2024-cü ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəklədiyini açıqlamışdır.[11]
Elmi fəaliyyəti
redaktəFəzail Ağamalı "XIX əsrin əvvəllərində xanlıqların sosial-iqtisadi münasibətləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsini, ardınca isə professor elmi adını almışdır.[12]
Əsərləri
redaktəFəzail Ağamalının rəhbərliyi və redaktorluğu ilə Heydər Əliyev haqqında bir və ölkə prezidenti İlham Əliyevin 2003-cü ilədək fəaliyyətinin bütün tərəflərini əks etdirən 12 cildlik kitab nəşr olunmuşdur.[13] 2005-ci ildə "Dövlətçiliyimizdə İlham Əliyev mərhələsi" və 2010-cu ildə Sankt-Peterburqda "Prezident-Reformator" monoqrafiyaları çapdan çıxmışdır.[14]
Bütövlükdə, beş kitab, üç monoqrafiya, bir dərslik, beş kitabça və 50-ə qədər elmi və elmi-publisist məqalənin müəllifidir.[15]
Təltifləri
redaktə2007-ci ildə MDB Parlamentlərarası Assambleyadakı uzunmüddətli və səmərəli fəaliyyətinə görə Assambleyanın yüksək mükafatı olan "Sodrujestvo" ordeni ilə təltif olunmuşdur.[15]
25 avqust 2017-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.[16]
25 avqust 2022-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.[17]
ABŞ-nin Nebraska ştatının və Linkoln şəhərinin fəxri vətəndaşı idi.[18] Daha sonra bu statuslardan imtina edib.[19]
İstinadlar
redaktə- ↑ 1 2 3 Meclis.gov.az. "Ağamalı Fəzail Rəhim oğlu". 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-01.
- ↑ 1 2 Modern.az. "Fəzail Ağamalı özünün seçki şüarını elan etdi". 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-17.
- ↑ "FƏZAİL AĞAMALI "YENİ MÜSAVAT"a "KQB İTTİHAMI"ndan YAZIR". musavat.com (az.). 22 January 2013. 24 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 November 2020.
- ↑ "DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB". ovqat.com (az.). 26 July 2018. 24 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 November 2020.
- ↑ Modern.az. "Fəzail Ağamalının övladları barədə dedikləri..." 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-17.
- ↑ 1 2 Modern.az. "Fəzail Ağamalı: "Qabil Hüseynli dedi ki, gəl bir partiya yaradaq". 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-17.
- ↑ ""Səs" qəzeti ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldiyi gün - 15 İyun Milli Qurtuluş Günü münasibətilə dəyirmi masa keçirdi". anl.az (az.). Səs qəzeti. 10 iyun 2010. 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2021.
Həmin ilin mart ayının 9-da AXC-nin qərargahında demokratik qüvvələr birliyinin yığıncağı keçirildi. Orada mən çıxış edərək, Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət olunması təklifini irəli sürdüm
- ↑ "Elçibəyi inandırdıq ki, Heydər Əliyevin Bakıya gəlişi..." muxailfet.az (az.). 4 iyun 2019. 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2021.
- ↑ Modern.az. "Fəzail Ağamalı: "Nazir postundan getməyimdə Sürət Hüseynov çox ciddi rol oynadı"". 7 yanvar 2022 tarixində arxivləşdirilib.
- ↑ "Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu". 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-01.
- ↑ "Parlament partiyaları seçkilərdə kimi dəstəkləyəcək?". modern.az (az.). 2023-12-07. 2023-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-09.
- ↑ ""Siyasilərin elmi fəaliyyəti" – "Elmə vaxtım olmadı" deyən Fəzail Ağamalı". xeberle.com (az.). 20 avqust 2014. 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 dekabr 2021.
- ↑ Sesqazeti.az. "Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində uğurlu fəaliyyəti". 2019-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-18.
- ↑ Modern.az. "Azərbaycanlı deputatın İlham Əliyevdən yazdığı kitabın Sankt-Peterburqda təqdimatı olacaq". 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-18.
- ↑ 1 2 Azertag.az. "AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNİN ÜÇ ÜZVÜ MDB PA-NIN "SODRUJESTVO" ORDENİ İLƏ TƏLTİF OLUNMUŞDUR". 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-17.
- ↑ "F.R.Ağamalının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2018-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-17.
- ↑ "F. R. Ağamalının 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
- ↑ Xeberlertv.info. "Fəzail Ağamalının:Həyat yolu". 2020-06-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-17.
- ↑ "Milli Məclisin deputatı ABŞ-də ona verilən fəxri vətəndaşlıqdan imtina edib". Report İnformasiya Agentliyi (az.). 2023-11-21. 2023-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-22.