F 4 - Wikipedia
McDonnell Douglas F-4 Phantom II McDonnel Aircraft şirkəti tərəfindən ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin aviasiya bölmələrinin döyüş gücünü artırmaq məqsədilə istehsal olunmuş, iki oturacaqlı, iki mühərrikli, istənilən hava şəraitində döyüşmək qabiliyyətinə sahib qırıcı-bombardmançı təyyarədir. İlk dəfə 1960-cı ildə ABŞ Hərbi Donanmasında istifadə olunmağa başlamışdır. Yüksək uyğunlaşma səviyyəsi olduğuna görə sonradan ABŞ dəniz piyadaları korpusu və ABŞ HHQ tərəfindən aktiv istismar olunmağa başlamış, 1960-cı illərin ortalarından etibarən bütün aviasiya bölmələrinin əsas döyüş təyyarəsi olmuşdur.[2]
F-4 Phantom II | |
---|---|
| |
Tipi | Qırıcı-bombardmançı |
Hazırlayan | McDonnell Douglas |
İstehsalçı |
McDonnell Aircraft McDonnell Douglas |
İlk uçuş | 27 may 1958 |
İstismara verilmə tarixi | 30 dekabr 1960 |
İstimarının bitmə tarixi | 1992 |
Status | Az sayda dövlət tərəfindən istifadə olunur |
İstismarçılar |
ABŞ Hərbi Hava Qüvvələri (keçmiş)[1] Türkiyə Hərbi Hava Qüvvələri İran Hərbi Hava Qüvvələri |
İstehsal ili | 1958–1981 |
Buraxılış sayı | 5,195 |
Vahidinin qiyməti | 2.4 milyon ABŞ dolları |
Vikianbarda əlaqəli mediafayllar |
2017-ci ilə olan məlumata əsasən istismarına başlamasından 60 ilə yaxın bir müddət keçməsinə baxmayaraq, F-4 qırıcıları hələ də İran, Yaponiya, Cənubi Koreya və Türkiyə kimi ölkələrdə aktiv istifadə olunur.
İstifadəçilər
redaktə- Avstraliya (keçmiş)
- Misir: 34 ədəd F-4E xidmətdədir.
- Yunanıstan: 12 ədəd RF-4E və 34 ədəd F-4E AUP xidmətdədir.
- İran: 1960 – 1970-ci illərdə 225 ədəd F-4D, RF-4E, F-4E almışdır. 2015-ci ildəki məlumatlara görə 64 ədəd F-4D xidmətini davam etdirir.
- İsrail (keçmiş): 2004-cü ildən F-4 təyyarələri xidmətdən çıxardılmışdırlar.
- Yaponiya: 78 ədəd F-4J xidmətdədir. Gələcəkdə F-35 ilə dəyişdirilməsi planlaşdırılır.
- İspaniya (keçmiş): 2002-ci ildən xidmətdən çıxardılmışdırlar.
- Cənubi Koreya: 69 ədəd F-4E xidmətdədir. 1960 və 1970-ci illərdə 27 ədəd RF-4C, 92 ədəd F-4D və 103 ədəd F-4E olmaqla 222 ədəd F-4 alınmışdır.
- Türkiyə: Ən çox F-4 istifadəçilərindəndir. 1974 – 1994cür illər arasında 200 ədəddən artıq F-4 təyyarəsi alınmışdır. 2015-ci ildəki məlumatlara görə 47 ədəd F-4E Terminator 2020-ci ilə kimi xidmətini davam etdirəcəkdir.
- Böyük Britaniya (keçmiş)
- ABŞ (keçmiş): 1996-cı ildən xidmətdən çıxardılmışdırlar. Hal-hazırda onlardan uzaqdan idarəli və hədəf təyyarələr kimi istifadə olunur.
Taktiki-texniki xüsusiyyətləri (F-4E)
redaktəÜmumi parametrlər
redaktə- Ekipaj: 2
- Uzunluğu: 19.2 m
- Qanad qolayı: 11.7 m
- Hündürlüyü: 5 m
- Qanadının sahəsi: 49.2 m²
- Boş çəki: 13,757 kq
- Maksimum qalxma çəkisi: 28,030 kq
- Maksimum enmə ağırlığı: 16,706 kq
- Yanacaq tutumu: 7,550 l (daxili yanacaq çəni)
- Güc təminatçısı: 2 × General Electric J79-GE-17A mühərrik
Uçuş keyfiyyətləri
redaktə- Maksimal sürət: Mach 2.23 (2,370 km/s)
- Maksimal uçuş məsafəsi: 2,699 km
- Uçuş tavanı: 18,000 m
- Yüksəkliyə qalxma sürəti: 210 m/s
- Qanad yüklənməsi: 380 kq/m²
- Çəkmə gücünün çəkiyə nisbəti: 0.86 (yüklü çəki ilə)
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Devine, Jacqueline. "USAF bids farewell to F-4 Phantom". Military 1. 2017-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 dekabr 2017.