Fasizme Olum Xalqa Azadliq - Wikipedia
Faşizmə ölüm, xalqa azadlıq — İkinci Dünya müharibəsi dövründə Yuqoslaviya Xalq Qurtuluş müharibəsi zamanı, xüsusilə Yuqoslav partizanları olmaqla, Yuqoslaviyadakı bütün müqavimət hərəkatının rəsmi şüarı kimi tanınan şüar. Bu şüar müharibədən sonra da Yuqoslaviya Sosialist Federativ Respublikasında və Dünya Kommunist Hərəkatı tarixində əhəmiyyətli bir yerə sahib olmuşdur.
Müharibə və müharibədən sonrakı illərdə Partizan Müqavimət Hərəkatı üzvləri rəsmi və ya qeyri-rəsmi yazışmalarda və çıxışlarda "SFSN" şəklində şüarın qısaldılmış formasından son qeyd və ya təbrik sözü olaraq istifadə edirdilər. İkili söhbətlərdə bir şəxs "Smrt fašizmu" deyəndə, digər şəxs cavab olaraq "Sloboda narodu" deyərək qarşılıq verirdi.
Tarixi
redaktə22 may 1942-ci ildə Yuqoslaviya partizanı Stepan Filipovic edamından bir neçə saniyə əvvəl bu şüarı söylədikdən sonra şüar məşhur oldu. Filipovic edam edilmək üçün ip boynuna keçirildiyində iki əlini yumruq şəklində havaya qaldıraraq "Faşizmə ölüm, xalqa azadlıq" deyə qışqırmışdı. Filipovicin bu anı bir çox yerlərdə təsvir edilmiş və heykəli düzəldilmişdi.[1]
Müharibə illərində Partizan Müqavimət Hərəkatının əsas nəşri olan Xorvat qəzeti "Vjesnik" 1941-ci il avqust nömrəsində həmin şüar başlıq kimi istifadə edilmişdir.
Yuqoslaviya Kommunist Partiyası Yuqoslaviyanı işğal edən Üçüncü Reyxin ordularına qarşı səfərbərlik elan etmiş, 1841-ci ildə Yuqoslav xalqına bu şüarla müraciət edərək müqavimət hərəkatları yaratmaq üçün çağırış etmişdir. Partizan Baş Qərargah Bülleteni bu sözü 16 avqust 1941-ci il tarixli ilk nömrəsində istifadə etmişdir.[2] Şüar bu tarixdən etibarən partiyanın rəsmi şüarı olmuşdur.[3]
Şüarın digər ölkələrdə istifadəsi
redaktəŞüar Türkiyədə müxtəlif aksiya və tədbirlərdə istifadə olunur.[4][5][6][7]
EMEP-in şüarlarından biridir.[8]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Sinclair, Upton; Sagarin, Edward; Teichnerhe, Albert; Cry for Justice: An Anthology of the Literature of Social Protest s. 438; L. Stuart, 1963.
- ↑ Zbornik dokumenata i podataka o narodno-oslobodilačkom ratu jugoslovenskih naroda. T. 2, kn. 1, Vojnoistoriski Institut, Beograd 1949, OCLC Number: 837183093, s. 17-18
- ↑ Jon C. Hopwood. IMDB Mini Biography for Josip Broz Tito, Erişim tarihi: 1 Eylül 2016.
- ↑ Çorum Katliamı anıldı: ‘faşizme ölüm, halka hürriyet’, 4 Temmuz 2015, Erişim tarihi: 1 Eylül 2016.
- ↑ Sancar, N. [1], Erişim tarihi: 1 Eylül 2016.
- ↑ Evrensel: Van’dan direnişe destek “Faşizme ölüm, halka hürriyet”, 2 Haziran 2013, Erişim tarihi: 1 Eylül 2016.
- ↑ Faşizme Ölüm,Halka Hürriyet!, 14 Ocak 2012, Erişim tarihi: 1 Eylül 2016.
- ↑ Barbarlığa Karşı İşçi Sınıfı ve Halklar Kazanacak, 22 Aralık 2014, Erişim tarihi: 1 Eylül 2016.