Faik Turun - Wikipedia
Faik Türün (17 oktyabr 1913 və ya 1914, Bursa, Xudavəndigar vilayəti – 15 fevral 2003, İstanbul) — Türkiyə ordusunun general-mayoru və siyasətçisi. 1950–1953-cü illərdə Türk Briqadasının tərkibində Koreya müharibəsinin iştirakçısı olmuşdur. Müharibədə fərqləndiyinə görə Faik Türün ABŞ ordusu komandanlığı tərəfindən "Gümüş ulduz"la təltif edilmişdir. Türkiyə Quru Qoşunlarının 3-cü Ordu və 1-ci Ordu birləşmələrinə komandanlıq etmişdir.
Faik Türün | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 oktyabr 1913 və ya 1914 |
Doğum yeri | |
Vəfat tarixi | 15 fevral 2003 |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Hərbi xidmət | |
Qoşun növü | Türkiyə Quru Qoşunları |
Döyüşlər | |
Rütbəsi | Dörd ulduzlu general |
|
|
Təltifləri |
Faik Türün 1970-ci illərdə "sosialist" fikirli şəxslərə qarşı represiyalarda ən çox adı hallanan generallardan idi. O, 9 mart 1971-ci il tarixində o zamankı Türk Hava Qüvvələrinin komandanı general Muhsin Baturun rəhbərliyi altında reallaşması planlaşdırılan hərbi çevriliş planının qarşısını alan əsas şəxs sayılırdı. Güclü sosialist meyllərə sahib yeni bir hökumət qurmaq üçün çevriliş etməyi düşünən bu zabitlərə və onlarla əlaqəli jurnalistlərə, yazıçılara qarşı "Balyoz Əməliyyatı"na (Ziverbey villası ilə əlaqəli) başçılıq etmişdir. Bu əməliyyat zamanı bir neçə jurnalist və siyasətçi Ziverbəy villasında siyasi rəqiblərinə işgəncə verilməsinin arxasında Faik Türünün durduğu iddia edirdilər. Ordudan təqaüdə çıxdıqdan sonra 1977-ci ildə Manisanı təmsil edən mühafizəkar və sağ yönümlü Ədalət Partiyasından millət vəkili olaraq Türkiyə parlamentinə seçilmişdir.[1]
Həyatı
redaktəFaik Türün 1913-cü il oktyabrın 17-də Bursada anadan olmuşdur. Bursadakı İşıklar Hərbi Liseyini bitirdikdən sonra 1933-cü ildə Quru qoşunları Hərbi Akademiyasında və 1942-ci ildə Hərbi Akademiyada təhsil almışdır. 1950-ci ildə Koreyadakı Türk Briqadasına rabitə mayoru olaraq Əməliyyat Bölmə Müdiri vəzifəsinə təyin edilmişdi. 1953-cü ildə Koreya müharibəsində atəşkəs əldə edilənə qədər buradakı bütün döyüşlərin iştirakçısı olmuşdur. Müharibə bitdikdən göstərdiyi qəhrəmanlığa görə Faik Türün ABŞ ordusu komandanlığı tərəfindən "Gümüş ulduz"la təltif edilmişdir.[2] Mükafatı ona Koreyadakı BMT qüvvələrinin komandanı general Duqlas Makartur təqdim etmişdir.
1969-cu ildə general-mayor rütbəsi almışdır.
1970-ci ilin avqust ayında keçirilən Ali Hərbi Şura iclaslarında, 1-ci Ordu Komandiri Kamal Atalayın təqdimat siyahısında birinci sırada yer aldığı üçün Quru Qoşunları Komandanlığına təyin edilməsi gözlənilirdi. Lakin bəzi generallar iclas zamanı Şura iclaslarına qatılan Baş nazir Süleyman Dəmirəli, 2-ci Ordu Komandiri olan və onlarla eyni siyasi görüşü müdafiə edən Faruk Gürlerin "gənc zabitlər"in "rəğbətini qazandığını" və "siyasi təsirlərə" məruz qalmadığını iddia edərək onun təyin edilməsinə inandırdılar. 1970-ci il avqustun 12-də baş nazir Süleyman Dəmirəlin təmsil etdiyi hakim Ədalət Partiyası hökuməti, bu təqdimatdan sonra Faruk Gürleri Quru Qoşunları Komandanı təyin etdi.
Hərbi karyerası ərzində Türkiyə Quru Qoşunlarının 3-cü Ordu (28 avqust 1969–29 sentyabr 1970) və 1-ci Ordu (29 sentyabr 1970–14 avqust 1973) birləşmələrinə komandanlıq etmişdir.
12 mart memarandumu
redaktəFaik Türün 1971-ci il hərbçilərin hökumətə verdiyi memarandum (bəzi tarixçilər bunu sakit hərbi çevriliş də adlandırırlar) zamanı Türkiyə Birinci Ordusunun komandanı idi. 1971-ci il 12 mart hadisələrindən əvvəl Doğan Avcıoğlunun nəşr etdiyi "Devrim" qəzetinin ətrafına toplaşan və 27 may şevrilişini həyata keçirən Milli Birlik Komitəsinin əsl lideri təqaüdçü general-leytenant Camal Madanoğlunun[3] da daxil olduğu "Milli Demokratik İnqilabçılar"[4] siyasi partiyalarının demokratiya anlayışının yayındırıcı olduğunu iddia edərək, "millətçi-inqilabçı metod" olaraq ifadə olunan prinsiplərə uyğun olaraq parlament xaricindəki müxalifəti müdafiə edirdilər. Türkiyə ordusunu təhrik edən Avcıoğlu və İlhan Səlcuqun başçılıq etdiyi Bəəsçi siyasi idarəçilik tərəfdarı olan sol sosialist qrupu var idi. "Devrim" qəzetinin baş redaktoru Həsən Camal, xatirələrini xeyli sonra yazdığı "Cumhuriyet'i Sevmiştim" adlı kitabında, o dövrdə məqsədlərinin "millətçi" zabitləri inandıraraq, onlarla birlikdə "Milli Demokratik İnqilab" adı altında hərbi çevriliş etmək olduğunu bildirmişdir.[5]
Əslində Mahir Kaynak və Mehmet Eymür də daxil olmaqla Milli Kəşfiyyat Təşkilatının üzvləri Baş Qərargah rəisi Memduh Tağmaç və 1-ci Ordu Komandanı Faiq Türünü məlumatlandırdıqda, 9 mart 1971-ci ildə planlanan çevriliş dayandırıldı. 12 mart memorandumunu verən Memduh Tağmaç, general rütbəsində olanlar xaricində bu 9 mart 1971 çevriliş cəhdində əli olan general Celil Gürkan başda olmaqla bütün zabitləri vəzifəsindən istefa etdi.[6]
1-ci Ordu Komandanı general Faik Türün, Ziverbey Köşkündə bu çevriliş cəhdində iştirak edən bütün zabit və onlarla əlaqəli olan jurnalistləri, yazıçıları Milli Kəşfiyyat Təşkilatı vasitəsi ilə dindirilməsində iştirak etmişdi.[7] Bu dindirilmələrdə Quru Qoşunları Komandiri Faruk Gürler[8] və kod adı "Yavuz bəy" olan Hava Qüvvələri Komandanı Muhsin Batur da 9 mart çevriliş cəhdinə dəstək verdikləri,[9] lakin sonra Baş qərargah rəisi General Memduh Tağmaca çevriliş haqda kəşfiyyat məlumatları çatdıqda isə onların dəstəyini geri çəkdikləri ortaya çıxdı. 9 mart 1971-ci il tarixli çevriliş cəhdinə qarşı çıxan Faik Türün[10] Baş Qərargah rəisi general Memduh Tağmaca bu mövzuda məlumat vermiş və 12 mart 1971-ci ildə Türkiyədə Milli Demokratik İnqilabçı Çevrilişçilərə böyük zərbə vurmuşdu.[11]
Memduh Tağmac Baş Qərargah rəisliyindən təqaüdə çıxdıqdan sonra 1972-ci ildə onun yerinə keçən Faruk Gülerin 1973-cü ildə prezident olmaq üçün bütün digər komandanların dəstəyini qazanması və Türkiyə Böyük Millət Məclisinin Ankaradakı tanklarla mühasirəsinə almasına baxmayaraq, 1-ci Ordu Komandanı Faik Türün onun seçilməsinə qarşı çıxmışdır.[12] "Ədalət Partiyası"nın başçısı Süleyman Dəmirələ, ehtiyac olduğu təqdirdə İstanbulda Türkiyə Böyük Millət Məclisini toplayacağını və qəbul edilən qərara qarşı üsyanı yatırmaq üçün 1-ci Ordu qoçunlarının Ankaraya yürüş edəcəyini bildirmişdi. Beləliklə, F.Türün sol fikirli olduğuna inandığı təqaüddə olan general Faruk Gürlerin prezident olmasına mane olmuşdu.
Siyasi karyerası
redaktə1977-ci il də keçirilən parlament seçkilərində Ədalət Partiyasından TBMM-ə seçildi. Parlamentdə Türün Manisanı təmsil edirdi.[13] Fəxri Qorutürkün 1980-ci ildə prezidentliyinin sona çatmasından sonra, 12 mart çevrilişi cəhdinin başqa bir komandan üzvü Cümhuriyyət Xalq Partiyasından senator, təqaüdçü general Muhsin Batura qarşı Ədalət Partiyasından Prezidentliyə namizəd oldu.
Faik Türün 2003-cü ildə 89 yaşında vəfat etmişdir.[14] Vida mərasimi "Səlimiyə" Məscidində təşkil edildi, günorta namazından sonra hərbi mərasimlə Ədirnəqapı Şəhidliyində dəfn edilmişdir.[15]
İstinadlar
redaktə- ↑ Hürriyet, the most popular daily Turkish newspaper [1] Arxivləşdirilib 2018-07-10 at the Wayback Machine
- ↑ YILDIRIM TÜRKER, Radikal, 14 March 2011, 12 Mart'ın kahramanı Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine
- ↑ "Arxivlənmiş surət". 2009-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-10.
- ↑ "Arxivlənmiş surət". 2009-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-10.
- ↑ "Arxivlənmiş surət". 2013-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-10.
- ↑ "Arxivlənmiş surət". 2009-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-10.
- ↑ http://www.radikal.com.tr/Default.aspx?aType=RadikalHaberDetay&Date=29.03.2009&ArticleID=928490 (#bare_url_missing_title).
- ↑ "Arxivlənmiş surət". 2013-04-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-02-10.
- ↑ "Arxivlənmiş surət". 2009-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-10.
- ↑ "Arxivlənmiş surət". 2010-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-10.
- ↑ "Arxivlənmiş surət". 2009-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-10.
- ↑ http://www.sabah.com.tr/fotohaber/gundem/mitin_tarihi?tc=47&albumId=21213&page=8 (#bare_url_missing_title).[ölü keçid]
- ↑ International Institute of Social History, Faik Türün Papers Arxivləşdirilib 2013-12-03 at the Wayback Machine
- ↑ kimkimdir.gen.tr, Orgeneral Faik Türün (1913–2003) Arxivləşdirilib 2012-10-18 at the Wayback Machine
- ↑ "Arxivlənmiş surət". 2020-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-10.