Faiq Agayev Ressam - Wikipedia
Faiq Əliseyid oğlu Ağayev (25 aprel 1943, Bakı) — Azərbaycan rəssamı, pedaqoq, Azərbaycan Respublikasının əməkdar rəssamı (1992).
Faiq Ağayev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan Türkiyə |
Fəaliyyəti | rəssam |
Təhsili |
Azərbaycan Dövlət Rəssamlıq Məktəbi; Moskva Dövlət İncəsənət İnstitutu |
Janrlar | natürmort, portret, peyzaj |
Stil | kubizm |
Mükafatları |
Həyatı
redaktəFaiq Ağayev 25 aprel 1943-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, ilk təhsilini Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində almışdır. Daha sonra 1964–1970-ci illərdə İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunda təhsilini davam etdirmişdir. 1972-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü seçilmişdir. Faiq Ağayev 1974–1982-ci illərdə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində, 1982–1996-cı illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləmişdir. 1996-cı ildən etibarən Türkiyənin Bursa şəhərindəki Uludağ Universitetində pedaqoji fakültənin rəsm bölümündə işləyir. Həmin vaxtdan Bursada yaşayır.[1]
Yaradıcılığı
redaktəFaiq Ağayev 1972–1974-cü illərdə xalq rəssamı Mikayıl Abdullayevin başçılığı altında SSRİ Rəssamlar İttifaqının yaradıcılıq emalatxanasında işləmişdir. O, bu illər ərzində "Balıqçının ailəsi", "Balıqçı qadınlar", "Tor təmiri" kimi əsərləri yaratmışdır. Həmin əsərlər Moskvada təşkil olunan hesabat sərgisində nümayiş olunmuşdur. Faiq Ağayev çoxsaylı natürmortlarında klassik musiqi ifaçıları, maddi-mədəniyyət nümunələri, məişət əşyaları, təbiət motivləri və muğam ustalarına müraciət etmişdir.[1]
Faiq Ağayev daha çox kubizmə yaxınlığını qeyd etsə də, özünü heç bir cərəyana aid etmir. Onun natürmortdan sonra müraciət etdiyi əsas janrlar portret və peyzajdır.[1]
Mükafatları
redaktə- "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 4 mart 1992[2]
İstinadlar
redaktə- ↑ 1 2 3 "Natürmortçu rəssam" (az.). Mədəniyyət qəzeti. 2019-04-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2019.
- ↑ "Təsviri sənət xadimlərinə Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı" (az.). e-qanun.az. 2019-04-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2019.