Faiq Hesenov Kimyaci - Wikipedia
Faiq Paşa oğlu Həsənov (15 dekabr 1939, Salah, İcevan rayonu – 11 mart 2022) — Kimya elmləri namizədi (1981).
Faiq Həsənov | |
---|---|
Faiq Paşa oğlu Həsənov | |
Doğum tarixi | 15 dekabr 1939 |
Doğum yeri | |
Vəfat tarixi | 11 mart 2022 (82 yaşında) |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | Kimya elmləri namizədi (1981) |
İş yeri |
Həyatı
redaktəHəsənov Faiq 1939-cu il dekabrın 15-də Salah kəndində (Qaraqoyunlu) anadan olub.
Elmi dərəcəsi Kimya elmləri namizədidir. Vəzifəsi isə Dosentdir.
1963-cü ildə ADU-nun Kimya fakültəsini bitirib.
Elmi fəaliyyəti
redaktə1958-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş, 1963-cü ildə həmin fakültəni bitirmişdir. 1963-cü ilin avqust ayından 1964-cü ilin fevral ayına qədər Gəncə alüminium zavodunda işləmiş, 1965-ci ilin avqust ayına qədər Sovet ordusu sıralarında xidmət etmişdir. 1965-ci ilin sentyabrında ATU-nun üzvi kimya kafedrasına assistent vəzifəsinə qəbul edilmişdir. 1973-cü ildən baş müəllim, 1980-cı ildən isə dosent vəzifəsində çalışır. 1979-cu ildə kimya elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 50-dən çox elmi əsərin müəllifidir. “Üzvi kimya praktikumu”, “bioüzvi kimya” dərsliklərini və 10-dan çox dərs vəsaiti və tədris metodik işləmələr nəşr etdirmişdir. Əczaçılıq və tibbi biologiya fakültəsinin təlbələrinə üzvi kimya və bioüzvi kimya fənnlərindən mühazirə və təcrübi məşğələ dərsləri aparır.
Kitabları
redaktə- "Üzvi kimya praktikumu", Bakı, "Təbib" nəşriyyatı, 1993. 388 səh.
- "Bioüzvi kimya", Bakı, "Şirvannəşr", 2002. 360 səh.
- “Qaraqoyunlu, Göyçə, Borçalı və mən”, Bakı 2004.
- “Qaraqoyunlu, Qaraqoyunlular və mən”, Bakı, 2007.
- "Bioüzvi kimya", Bakı, "Uniprint", 2010. 506 səh.
- "Müqəddəs duyğular", Bakı, 2011. 403 səh.