Falco Biarmicus - Wikipedia
Bığlı qızılquş (lat. Falco biarmicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.[3]
Bığlı qızılquş | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Bığlı qızılquş |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təsviri
redaktəGöyərçindən iridir. Başının üstü kürəndir. “Bığları” zəifdir. Bel tərəfi qonur, qarın tərəfi isə ağımtıldır və üzərində naxışlar uzanır. Quyruğu tünd bənövşəyi rənglidir və köndələn qonur zolaqlar var.
Yayılması
redaktəAfrikada, Aralıq dənizi ətrafında, Kiçik Asiyada, İraqda və Cənubi Qafqazda yayılıb. Azərbaycanda Qobustanda və Naxçıvan MR-də Şahbuz rayonu Dərəboğaz və Qızılqışlaq qayalığında nəsil verməsi göstərilib.
Yaşayış yeri və həyat tərzi
redaktəQaya və yarğan olan dağətəyi bozqır sahələrdə yaşayır. Nəsil vermək üçün gəlir, qışda təsadüf edilməyib. Aprel ayında leşcil ağqartalın (Neophron percnoptericus) köhnə yuvasını zəbt etməsi müəyyən edilib. Həmin yuvada sonrakı bir neçə ildə yenə də leşcil qartal nəsil verib. Yuvasında 3-4 yumurta olur, iyulda balaları pərvazlanır. Əsas şikarı xırda quşlar, siçanabənzər gəmiricilər və sürünənlərdir. Şikarını havadan ovlayır və yerdən də götürə bilir.
Sayı və azalma səbəbi
redaktəAzərbaycanda ilk dəfə 1949-cu ildə tapıldığı və sonralar cəmi 3 yerdə göründüyü üçün sayı haqqında məlumat yetərli deyil.
Məhdudlaşdırıcı amillər
redaktəTexnosfer səs-küyünə və başqa antropogen faktorlara çox həssasdır.
Qorunması üçün qəbul edilmiş tədbirlər
redaktəOvlanması və satışı qadağandır. Azərbaycan Respublikasının və Naxçıvan MR-in Qırmızı kitablarına daxil edilib. CİTES, Bern və Bonn konvensiyalarına daxildir.
Qorunması üçün məsləhət görülmüş tədbirlər
redaktəYuva sahələrinin müəyyən edilib, təbiət abidəsi statusu ilə qorunması, süni şəraitdə yetişdirilib təbiətə buraxılması, əhalini qorunmasına cəlb etmək.
Yarımnövləri
redaktəİstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
- ↑ "Azərbaycanda təhlükədə olan quşlar". 2013-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-17.