Falco Cherrug - Wikipedia
Ütəlgi qızılquş (lat. Falco cherrug) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.[3]
Ütəlgi qızılquş | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Ütəlgi qızılquş |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Təsviri
redaktəQarğadan az iridir (0,8-1,1 kq). Bel tərəfi paslı-qonur, qarın tərəfi isə ağdır, amma üzərində damcı formalı naxışlar uzanır. Quyruğu uzundur, tünd qəhvəyi və sarı rəngli köndələn zalaqları var. Ayağı sarıdır.
Yayılması həyat tərzi
redaktəAvropada və Asiyada yayılıb, qışlamaq üçün Şimali Afrikaya qədər miqrasiya edir. Azərbaycana qışlamaq üçün gəlir və miqrasiya edən bəzi populyasiyası buradan keçir (oktyabrda və martda).
Yaşayış yeri və həyat tərzi
redaktəSeyrək ağac və qaya olan açıq sahələrdə yaşayır. Sıx meşədə olmur. Əsas yemi siçanabənzər gəmiricilər və torağaydan tutmuş zağcaya və boz vağa qədər quşlardır. Quşları havada ovlayır. Ələ öyrədilmiş ütəlgi qaz da ovlaya bilir
Sayı və azalma səbəbi
redaktə1950-ci illərə qədər miqrasiya vaxtında çox, qışda adi saylı olub. Son 50 ildə miqrasiya vaxtında adi saylı olub, qışda isə nadir qalıb. XX əsrin axırında 56, 10 il sonra isə 25 qışlayan quş sayılıb. Miqrant populyasiyasının sıxlığı az-çox sabitdir.
Məhdudlaşdırıcı amillər
redaktəUzun müddət ovçu quş kimi istifadə edilməsi, XIX-XX əsrlərdə "zərərli" quş kimi tələf edilməsi, yem obyektlərinin (gəmiricilər) zəhərli olması, gecələməsi və dincəlməsi üçün yararlı olan tək-tək hündür ağacların qırılması.
Qorunması üçün qəbul edilmiş tədbirlər
redaktəOvlanması və satışı qadağandır. Respublikanın və Naxçıvan MR-in Qırmızı kitablarına daxil edilib. CİTES, Bern və Bonn konvensiyalarına daxildir. Beynəlxalq miqyasda qorunur.
Qorunması üçün məsləhət görülmüş tədbirlər
redaktəSon 30-40 ildə miqrant quşların sayı ciddi dəyişmədiyi üçün hələ ki, əlavə tədbirə ehtiyac yoxdur. Lakin ekoloji maarifçilik güclənməlidir.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
- ↑ "Azərbaycanda təhlükədə olan quşlar". 2013-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-22.