Falco Naumanni - Wikipedia
Səhra qızılquşu (lat. Falco naumanni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.[3]
Səhra qızılquşu | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Səhra qızılquşu |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Qısa təsviri
redaktəKiçikboylu qızılquşlardan biridir. Erkəyin bel tərəfi qırmızımtıl-kərpic rənglidir (naxışsız), amma başı tünd-göydür. Quyruğunun ucunda köndələn qara zolaq var. Caynaqları ağımtıl-samanı rənglidir. Dişisi yaxın qohumu olan muymulu qızılquşa ("tinnunclus") oxşayır, təbiətdə fərqləndirmək çətindir. Amma erkəyi aydın fərqlənir.
Yayılması
redaktəAvropa, Asiya və Şimal-Qərbi Afrikada yayılıb. Azərbaycanda düzənlik və dağətəyi rayonlarda məskunlaşıb: 17 ornitocoğrafi sahədən 13-də yayılıb. Azərbaycana nəsil vermək üçün gəlir, mart ayında gəlir, avqustda köçüb gedir.
Yaşayış yeri və həyat tərzi
redaktəYarğanlarda, qayalarda və əhalinin tikililərində örtülü və yarımörtülü şəraitdə nəsil verir. Quraq iqlimli açıq sahələri xoşlayır. Mayın axırlarında nəsil verməyə başlayır. Adətən koloniya əmələ gətirir, hər koloniyada 4-9, orta hesabla 5 yuva olur. Sonra dişi və erkək köməkləşib 28-29 gün kürt yatıb bala çıxarır, onları 33-34 gün yuvada bəsləyirlər. Hər yuvada orta hesabla 4 bala olur. İyul ayının axırlarında pərvaz balaları görünür. Yemini 65 % həşərat, 30 % siçanabənzər gəmiricilər təşkil edir. Əsas yırtıcısı ilanlardır.
Sayı
redaktəYaşama yeri spesifik olduğu üçün geniş ərazinin konkret yerlərinə toplaşır, ona görə də çox görünür. 1950-ci illərə qədər yayıldığı sahələrdə çoxsaylı növ olub. Düzənlik sahələrdə suvarma şəbəkəsi genişləndikcə əsasən qışlaqlarda qalıb. Son 15-20 ildir ki, nadir quşa çevrilib. 1999-2000-ci illərdə aparılmış sayğıya görə 500 quş olub, 10 il sonra isə 270 quş qalıb. Azərbaycan kimi ölkədə əsas yemi həşərat olan kiçik quş üçün 135 cütün qalması azdır.
Azalma səbəbi
redaktəXam torpaqların suvarma təsərrüfatı sahəsinə çevrilməsi, aqrar təsərrüfat sahələrində ziyanvericilərə qarşı kimyəvi mübarizə aparılması, yem obyektlərinin azalması və zəhərlənməsi.
Qorunması üçün qəbul edilmiş tədbirlər
redaktəOvlanması qadağandır. İndiyə qədər faydalı fauna adı ilə qorunub. Naxçıvan MR-in Qırmızı kitabına daxil edilib. CİTES, Bern və Bonn konvensiyalarına daxildir. Qlobal miqyasda qorunur.
Qorunması üçün məsləhət görülmüş tədbirlər
redaktəQorunmasına əhalinin daha geniş cəlb edilməsi, koloniyası yaxınlığın
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
- ↑ "Azərbaycanda təhlükədə olan quşlar". 2013-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-22.