Falih Rifki Atay - Wikipedia
Falih Rıfkı Atay (25 yanvar 1894[1][2], Konstantinopol – 20 mart 1971[1][3][…], Konstantinopol) — türkiyəli jurnalist, yazıçı və siyasətçi. Respublika dövrünün ən təsirli jurnalistlərindəndir. İzmirin qurtuluşundan sonra Mustafa Kamal ilə tanış olub, dostluq edən Falif Rıfki, xüsusilə Atatürkə yaxınlığı ilə seçilən xatirələri ilə məşhurlaşmışdır.[4]
Falih Rıfkı Atay | |
---|---|
türk. Falih Rıfkı Atay | |
Doğum tarixi | 25 yanvar 1894[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 20 mart 1971[1][3][…] (77 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi, jurnalist, yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
1923–1950-ci illərdə deputat olaraq siyasətlə məşğul olmuşdur. Türkiyə Respublikasının qurucusu Atatürkə yaxınlığına görə çox önəmli hadisələrə şahidlik etmişdir. Bundan əlavə, Atay Türkiyədə türk mətbuatına senzuranın qaldırılmasının ildönümü olaraq hər il 24 iyul tarixində təşkil edilən Mətbuat Bayramının tarixini ortaya atmışdır.[5]
İstanbul Darülfünün ədəbiyyat fakültəsi məzunudur. IV ordu komandanının əmir zabitliyi, Bəhriyyə Nəzarəti İdarəsində xüsusi qələm müdirinin kömökçisi, Hakimiyyət-i Milliyyə, Milliyyət, Ulus, Axşam qəzetlərində baş redaktorluq, yazıçılıq, TBMM II, III və IV çağırış Bolu, V, VI, VII və VIII çağırış Ankara millət vəkilliyi etmişdir. II və III çağırış Divan-i Rəyasət katibliyi, Divan-i Rəyasət İdarə müdirliyi və IV çağırış Beynəlxalq Parlamentlər Birliyi Türk Qrupu üzvlüyü etmişdir. Evli və bir uşaq atası olmuşdur.[6]
Həyatı
redaktəSakarya ili Qaynarca ilçəsi Topçu kəndindəki Dırmandlar məhəlləsindən İstanbula köçmüş ailənin uşağı olan Falih Rıfkı Atay 1894-cü ildə İstanbulda dünyaya gəlmişdir. Atası Xoca Hilmi Əfəndi, anası Hüriyyə Cəmil idi.[7] Orta məktəbi Məktəb-iTəhsil məktəbində, sonrakı təhsilini Mərcan İdadisində tamamlamışdır. İdadidə ədəbiyyat müəllimi olan Cəlal Şahir Erozan ilə özündən yuxarı sinifdə oxuyan Orxan Seyfi ədəbiyyat zövqünün inkişafında rol oynamışdır.[8] II Məşrutiyyətin elan edildiyi 1908-ci ildə girdiyi Darülfünün ədəbiyyat fakültəsini 1912-ci ildə bitirmişdir.
1911-ci ildə ilk yazıları Sərvət-i Fünün jurnalının gənc yazıçılara ayrılan əlavə səhifələrində nəşr edildi. Təcəlli (1911) jurnalı ilə Süleyman Bəhrinin idarə etdiyi Qadın (1912) jurnalında Cənab Şahabətdin ilə Əhməd Həşimin əsərlərini xatırladan şeirləri çıxdı. 1912-ci ildən etibarən Tanin qəzetində yazılar yayımldı.
1913-cü ildə məmur həyatına başlayan Atay Sədarət və Daxiliyyə Nazirliyində kargüzar kimi çalışmış, Daxiliyyə vəkili Tələt paşa ilə birlikdə rəsmi iş üçün Buxarestə getdiyində Tanin qəzetinə müsahibələr göndərmişdir. Bu dövrdəki yazıları türkçülük və türkcəçilik cərəyanlarının təsirində idi.
I Dünya müharibəsi
redaktəI Dünya müharibəsində ehtiyat zabit olaraq Suriyaya getdi və Camal paşanın xüsusi katibliyini yerinə yetirdi. Suriya və Fələstindəki müharibə xatirələrini "Atəş və Günəş" (1918) kitabında toplamışdır. Camal paşanın Bəhriyyə naziri olmasından sonra xüsusi kargüzarlıq müdirinin köməkçisi vəzifəsinə gətirilmişdir (1917).
1918-ci ildə Əli Naci Qaracan, Nəcmətdin Sadıq və Kazım Şinasi ilə birlikdə Axşam qəzetini qurdu. Qəzetdə İstiqlaliyyət müharibəsini dəstəkləyən yazılar yazdı. Damad Fərid paşa hökumətinin millətçiləri mühakimə etmək üçün qurduğu, xalq arasında Kürt Nemrut Mustafa Divanı deyə anılan məhkəmədə İstiqlaliyyət müharibəsini dəstəkləyən yazılarına görə edamı tələb edilərək mühakimə edildi. İkinci İnönü döyüşünün qazanılmasından sonra Divan-i Hərb mövqeyini dəyişdirdi və edamdan qurtuldu. 10 sentyabr 1922-ci ildə Anadoluya keçdi.
İstiqlaliyyət müharibəsi
redaktəİstiqlaliyyət müharibəsini dəstəkləyən yazılarını Tanin və Hakimiyyət-i Milliyyə qəzetlərində yazmaqda davam etdi. Müharibənin ardından Tədqiq-i Məzalim heyətinə təyin edilən Atay Xalidə Ədib, Yaqub Qədri, Mehmed Asım ilə birlikdə yunan ordusunun darmadağın etdiyi yerləri müəyyən etmək üçün bütün qərbi Anadolunu dolaşdı.
Deputatlığı
redaktə1923-də TBMM-ə daxil oldu və fasilə vermədən 27 il deputat oldu. 1923–1924-cü illər arasında Bolu, 1935–1950-ci illər arasında Ankara millət vəkili olaraq məclisdə yer aldı. Bir yandan da müxtəlif tarixlərdə Hakimiyyət-i Milliyyə, Ulus, Milliyyət qəzetlərində baş redaktorluq etdi. Köşə yazılarında Atatürk inqilablarını və qərbləşməni müdafiə etdi. Yeni türk əlifbasının hazırlanması və tədbiq edilməsizamanı Din Əncümanı qurumunda yer aldı. Ulus qəzetinin baş redaktorluğunu etdiyi dövrdə Ankara şəhər planı heyətində üzvlük və təmir komissiyasında rəhbərlik etdi. Bu dövrdə, 1937-ci ildə Trakya təlimlərinə qatılmışdır.
İzmirin qurtuluşundan sonra tanış olduğu Mustafa Kamalla dostluq etmiş və bu dövrə aid xatirələrini "Atatürkün mənə danışdıqları" (1955), "Çankaya" (1961) və "Atatürk nə idi?" (1968) adlı kitablarında toplamışdır. Atatürkün çox yaxınında olması və önəmli hadisələrə şahidlik etməsi əsərlərinə xüsusi önəm qazandırdı.
Demokrat Partiyanın 1950-də iqtidara gəlməsindən sonra Dünya qəzetini quraraq (1952) müxalifətə keçdi. Yeni iqtidara qarşı Atatürk inqilablarını müdafiə etdi. Ölənə qədər bu qəzetin baş redaktorluğunu etdi. 20 mart 1971-ci ildə infarkt nəticəsində İstanbulda həyatını itirdi. Zəncirliquyu məzarlığında dəfn edilmişdir.
Ədəbiyyatdakı yeri
redaktəAtay səyahət yazılarını və xatirələrini topladığı kitabları ilə Türkiyənin respublika dövrünə aid bu növlərin ilk orijinal nümunələrini vermişdir. "Zeytundağı" (xatriə-1932, 1964), "Faşist Roma", "Kamalçı Tiran", "İtmiş Makedoniya" (səyahət — 1930) və "Bazar dialoqları" (lətifə — 1966), "Çankaya" (1961) başlıca əsərləridir.
Atay təmiz, cəlbedici nitqi və sağ türkcəsi ilə mətbuatın ən usta qələmlərindən biri idi. Türkcəni bəzəksiz, sənətsiz, lakin təsirli istifadə etməyə çalışmışdır. Siyasi məsələlərdən bəhs edən lətifələri ilə tanınan Atay səyahət, xatirə, məqalə və söhbət kimi növlərdə bir çox kitab yayımlamışdır. Türkiyənin Respublika dövrünün ən təsirli jurnalistlərindən olmuşdur.
Əsərləri
redaktəXatirə
redaktə- Atəş və Günəş (Suriya və Fələstin müharibəsinə aid xatirələr, 19180
- Zeytundağı (1932)
- Mustafa Kamalın atəşkəs dəftəri (1955)
- Mustafa Kamalın ağzından Vəhdətdin (1955)
- Çankaya (1961)
- Batış illəri (1963)
- Qurtuluş (1966)
- Atatürk nə idi? (1968)
- Bayraq (1970)
Səyahət
redaktəFaşist Roma, Kamalçı Tiran İtmiş Makedoniya (1930) Danışaşırı (1931) Yeni Rusiya (1931) Moskva-Roma (1932) Bizim Aralıq dənizi (1934) Taymış sahilləri (1934) Dunay sahilləri (1938) Hind (1944) Yolçu dəftəri (1946) Gəzərək gördüklərim (1970)
Lətifə
redaktə- Köhnə saat (1933)
- Niyə qurtulmamaq (1953)
- Çilə (1955)
- İnanc (19650
- Pazar dialoqları (1966)
Araşdırma
redaktə- Baş verən inqilabçı (Əli Suavi barədə, 1954)
- Atatürkçülük nədir? (1966)
- London konfransı məktubları (1933)
- Türk qanadı (1941)
- Qanad vuruşu (1945)
Monoqrafiya
redaktə- Atanız Atatürk (uşaqlar üçün, 1955)
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Türk Tarix Qurumu tweet. 2006.
- ↑ 1 2 Swartz A. Falih Rıfkı Atay // Open Library (ing.). 2007.
- ↑ "Falih Rıfkı Atay". www.edebiyatsanat.com. 2018 28 dekabr tarixində arxivləşdirilib.
- ↑ "4 Temmuz Gazeteciler ve Basın Bayramı". www.istanbulsaglik.gov.tr. 2018 28 dekabr tarixində arxivləşdirilib.
- ↑ "TBMM Albümü". www.tbmm.gov.tr. 2015-04-11 tarixində arxivləşdirilib.
- ↑ "Falih Rıfkı Atay'ın Mimarlığı ve Şehirciliği". www.mimarlarodasi.org.tr. 2012-02-05 tarixində arxivləşdirilib.
- ↑ "Falih Rıfkı Atay (1894 - 1971)". www.kimkimdir.gen.tr. 2016-05-13 tarixində arxivləşdirilib.