Fantastik Dordluk Film 2015 - Wikipedia
Fantastik dördlük (ing. Fantastic Four və ya Fant4stic; rus. Фантастическая четвёрка) — Marvel Comics nəşriyyatının eyniadlı komandasından bəhs edən 2015-ci il istehsalı fantastik film. Bu film 20th Century Fox tərəfindən çəkilmiş 3-cü Fantastik dördlük filmi olsa da, bu filmdə hadisələr yenidən işlənib. Filmin rejissoru Coş Trank, ssenaristləri isə Ceremi Slater, Trank və Simon Kinberqdir. Filmin baş rollarında Maylz Teller, Maykl Cordan, Keyt Mara, Tobi Kebbel, Req Katey və Tim Bleyk Nelson oynamışdır. Filmin ssenarisinə görə Fantastik dördlük komandası düşmənə çevrilmiş dostlarını dayandıraraq Yeri alternativ dünyadan qorumalıdırlar.
Fantastik dördlük | |
---|---|
Fantastic Four | |
Janr | superqəhrəman filmi, döyüş filmi[2][3][…], elmi-fantastika filmi[2][3], macəra filmi[2][3], fentezi filmi[d] |
Rejissor | Coş Trank |
Prodüserlər |
Simon Kinberq Metyu Von Hatç Parker Robert Kulzer Qreqori Qudman |
Əsərin müəllifləri |
Sten Li Cek Körbi |
Ssenari müəllifləri |
Ceremi Sleyter Simon Kinberq Coş Trank |
Baş rollarda |
Maylz Teller Maykl Bakari Cordan Keyt Mara Ceymi Bell Tobi Kebbell Req Katey Tim Bleyk Nelson |
Bəstəkarlar |
Marko Beltrami Filipp Qlass |
İstehsalçılar |
20th Century Fox Marvel Entertainment Marv Films Constantin Film 1492 Pictures Robert Kulzar Productions TSG Entertainment |
Distribütor | 20th Century Fox, InterCom[d][4][5], Disney+ |
İlk baxış tarixi |
4 avqust 2015 (premyera, Nyu York) 7 avqust 2015 (Şimali Amerika) 20 avqust 2015 (Azərbaycan) |
Filmin növü | fantastika |
Müddət | 100 dəqiqə |
Büdcə | 120 milyon $ |
Gəlir | 155,9 milyon $[1] |
Ölkə | ABŞ |
Dil | ingilis |
Sonrakı film | Fantastik dördlük 2 |
Rəng | rəngli |
IMDb | ID1502712 |
Vikianbarda əlaqəli mediafayllar |
Film üzərində işlər 2009-cu ildə başlamışdır. Əsas çəkilişlər may-avqust 2014-cü ildə baş tutmuşdur. Çəkilişlər Luizianada, Baton Rujda həyata keçirilmişdir. Filmin premyerası 2015-ci ilin 4 avqustunda Nyu Yorkda olmuşdur və 7 avqustda ABŞ-də kinoteatrlarda göstərilməyə başlanmışdır. Tələskən hekayəsinə, komiksdəkindən daha fərqli ssenarisinə və döyüş səhnələrinin az olmasına görə film tənqidçilərdən mənfi rəylər almışdır. Kinoteatrlarda göstərildiyi ilk həftədə cəmi 26,2 milyon $ gəlir gətirmişdir. Davam filmi olan "Fantastik dördlük 2"-nin 2017-ci ilin 9 iyununda tamamlanacağı planlaşdırılır.
Məzmun
redaktəRid Riçards adi bir ailənin uşağıdır. Amma ata-anasından fərqli olaraq Rid elmlə dərindən maraqlanır. O, öz evinin qarajında teleportasiya cihazı üzərində işləyir. Cihazı üçün lazım olan transformatrı tapmaq üçün maşın xarabalığına gedir. Oranın yaxınlığında yaşayan Ben Qrimm ilə rastlaşır. Ben onun üçün lazım olanı tapıb onunla birlikdə qarajına gedir. Rid cihazı işə salır, eksprement üçün oyuncaq maşından istifadə edir. Cihaz uğurla işləyir.
İllər keçir, Rid və Ben böyüyürlər. Onlar öz layihələrini təqdim etmək üçün bir müsabiqəyə qatılırlar. Rid oyuncaq təyyarə ilə cihazı sınaqdan keçirir. Amma bu iş təşkilatçıların xoşuna gəlmir və müsabiqədən kənarlaşırlar. Bu zaman Professor Franklin və qızı Suzan Storm onlara yaxınlaşır. Franklin onun layihəsi ilə maraqlanır və Ridi Bakster binasında digər yüzlərlə alimlə işləməyə dəvət edir. Rid onun təklifini qəbul edir.
Professor Franklinin hədəfi Ridin bu teleportasiya cihazından istifadə edərək digər dünyalara keçməkdir. Bununla da elmdə cavabsız qalan sualları o dünyalarda tapa biləcəyini düşünür. Bu haqda Bakster şirkətinə məlumat verir. Şirkətin rəhbəri Doktor Allen bu layihənin keçirilməsinə razılıq verir. Professor Franklin bu layihə üçün latveriyalı Viktor von Dumu da dəvət edir. Viktor əvvəlcə qatılmaq istəmir, amma daha sonra fikrini dəyişir.
Franklin Rid, Suzan və Viktora məqsədlərini açıqlayır. Franklin daha əvvəl müsabiqədə Ridin istifadə etdiyi təyyarəyə kamera quraşdırdığını bildirir və yeni dünyanın ilk görüntülərini onlara təqdim edir. Yeni dünya Planet Sıfır adlandırılır. Teleportasiya cihazının tamamlanmasından sonra onlarında o dünyaya səyahət edəcəklərini açıqlayır. Bu zaman Franklinin oğlu Conni də atasından maşınını qazanmaq üçün məcburən layihəyə qoşulur.
Cihazın tamamlanmasından sonra sınaq keçirilir və Planet Sıfıra şimpanze göndərilir və uğurla qaytarılır. Doktor Allen onların gələcək səfər teleportasiya olacağını deyir. Rid, Viktor və Conni gizlicə bunu etmək qərarına gəlirlər. Rid Beni də çağırır. Dördü cihazı işə salıb Planet Sıfıra gəlirlər. Buranı öyrənmək istəyərkən "yaşan impuls" adlandırdıqları bir maye ilə rastlaşırlar. Viktor mayeyə toxunduqdan sonra partlayış baş verir və onlar sürətlə cihaza qaçırlar. Viktor itkin düşür. Rid, Ben və Conni laboratoriyada onları izləyən Suzandan onları qaytarmasını istəyir. Onlar geri qayıdır, amma böyük partlayış baş verir.
Oyananda dördü də özlərini hərbi bazada tapırlar. Hərəsində bir bacarıq peyda olur. Ben daşlaşır, fiziki cəhətdən güclənir. Conni alovu idarə edə bilir. Suzan görünməz olur. Rid bədənin hər əzasını uzada bilir. Özünü itirən Rid oradan qaçır.
1 il keçir. Hərbi bazada onlar öz bacarıqlarını öyrənirlər. Doktor Allen Benin bacarığından istifadə edərək onu tapşırıqlara göndərir. Conni də tapşırıqlara getməyə hazırlaşır. Doktor Allenin hədəfi Planet Sıfır vasitəsilə super əsgərlər yaratmaqdır. Bunun üçün isə Ridin bacarığı lazımdır. Buna görə də Franklin Suzandan Ridi tapmağı xahiş edir. Rid isə bu zaman Mərkəzi Amerikada yaşayır. Suzan onun yerini tapır və Ben onu gətirir. Rid layihəyə kömək etməyə razılıq verir.
Növbəti ekspedisiya Planet Sıfıra teleportasiya olunur. Ekspedisiya gözlənilmədən ölmüş hesab olunan Viktoru tapır və onu hərbi bazaya gətirirlər. Viktorun skanfandırı əriyərək onun üzünü örtməsinə baxmayaraq o hələ sağdır. Doktor Allen onunla danışmaq istəyir, amma Viktor onu öldürür. Viktor hərbi bazadan teleportasiya cihazını işə salır və Planet Sıfıra qayıdır. Planet Sıfır Yeri özünə çəkməyə başlayır.
Rid, Suzan, Ben və Conni də Planet Sıfıra gəlirlər və Viktoru dayandırmaq istəyirlər. Tək-tək yoxladıqdan sonra birlikdə bunu etməyə qərar verirlər. Ridin planı sayəsində onlar Viktoru öldürürlər.
Filmin sonunda Rid komanda olmağı təklif edir və dostları bunu qəbul edirlər. Bakster binasını özlərinə iqamətgah seçirlər və komandanın adını Fantastik dördlük qoyurlar.
Filmin hazırlanması
redaktə2009-cu ilin avqustunda 20th Century Fox yepyeni Fantastik dördlük filminin çəkiləcəyini bildirdi. Akiva Qoldsman filmin rejissoru təyin oldu, Maykl Qrin isə ssenari yazmaqla vəzifələndirildi.[6] Bu zaman Edrien Broudi və Conatan Ris-Meyers Mister Fantastik rolu üçün, Kifer Sazerlend isə Şey rolu üçün namizəd oldu. 2012-ci ildə rejissor və ssenaristlər dəyişdi. Filmin yeni rejissoru Coş Trank, yeni ssenaristi Ceremi Slater oldu.[7][8] 2013-cü ilin fevralında Metyu Von filmin prodüseri oldu, Set Qrem-Smit isə ssenarini təkmilləşdirdi.[9][10] 2013-cü ilin oktyabrında Simon Kinberq filmin həm prodüseri, həm də ssenaristi oldu.[11]
Simon Kinberq filmin ssenarisinin Fantastik dördlüyün tarixindən ilham alacağını bildirdi. 20th Century Fox-un Marvel Comics filmləri üzrə konsultantı Mark Millerə görə film İks-adamlar ilə eyni paralel dünyada yer alacaq.[12] Simon Kinberq bunu inkar etsə də[13], Brayan Sinqer belə bir şeyin baş verə biləcəyini təsdiq edib.[14]
Aktyor seçimi
redaktə2014-cü ilin yanvarında ssenarinin yazılmağı başa çatdı və Rid ilə Suzan rolları üçün aktyor seçimi başladı.[15] Maylz Teller, Kit Harinqton, Anton Yelçin, Riçard Madden və Cek O'Kennel Rid Riçards rolu üçün namizəd oldular. Sonda Maylz Teller bu rol üçün uyğun görüldü. Suzan rolu üçün isə Keyt Mara, Sirşa Ronan, Marqo Robbi, Runi Mara və Emmi Rossum namizdə oldular.[16][17] Fevralda Maykl Cordanın Conni Storm, Keyt Maranın isə Suzan Storm rollarında oynayacağı məlum oldu.[18] Mart ayında Doktor Dum roluna Tobi Kebbel[19] seçildi və Teller Ceymi Bellin Şey rolunu ifa edəcəyini təsdiqlədi.[20] Sem Rayli, Eddi Redmeyn, Donal Qlison da Doktor Dum roluna namizəd idilər.[21] Apreldə Doktor Allen rolu üçün Tim Bleyk Nelson seçildi.[22] May ayında Req Kateyin Suzan və Conninin atası Franklini oynayacağı təsdiqləndi.[23]
Çəkilişlər
redaktəFilmin çəkilməsi üçün 122 milyon $ sərf olundu. Əsas çəkilişlər 5 may 2014-cü ildə Baton Rujda başladı və 3 avqust 2014-cü ildə — 72 gün sonra başa çatdı.
Rollarda
redaktəAktyor | Rol |
---|---|
Maylz Teller | [24] Fantastik dördlüyün lideri. | Rid Riçards / Mister Fantastik:
Maykl Cordan | [25][26][27] Suzanın qardaşı, komandanın üzvü. | Conni Storm / Məşəl-adam:
Keyt Mara | Suzan Storm / Görünməz qadın:[28][29] Conninin bacısı, komandanın üzvü. |
Ceymi Bell | [30] Ridin dostu, komandanın üzvü. | Ben Qrimm / Şey:
Tobbi Kebbell | [31] Fantastik dördlüyün düşməni. | Viktor von Dum / Doktor Dum:
Req Katey | [32] Suzanın və Conninin atası, alim. | Franklin Storm:
Tim Bleyk Nelson | [33] Bakster şirkətinin rəhbəri. | Hervi Allen:
İstinadlar
redaktə- ↑ "Fantastic Four (2015)". Box Office Mojo. August 5, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 7, 2015.
- ↑ 1 2 3 http://www.imdb.com/title/tt0120667/.
- ↑ 1 2 3 http://www.metacritic.com/movie/fantastic-four-2015.
- ↑ http://nmhh.hu/dokumentum/169802/premierfilmek_forgalmi_adatai_2015.xlsx.
- ↑ http://nmhh.hu/dokumentum/198182/terjesztett_filmalkotasok_art_filmek_nyilvantartasa.xlsx.
- ↑ "Fox is Rebooting Fantastic Four". SuperHeroHype.com. August 31, 2009. June 13, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 23, 2013.
- ↑ "Comic-Con: Fantastic Four Director Confirmed While Daredevil Director Exits". SuperHeroHype.com. July 11, 2012. June 7, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 23, 2013.
- ↑ Perry, Spencer. "Comic-Con: Fantastic Four Reboot Gets a Writer". SuperHeroHype.com. July 13, 2012. May 11, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 23, 2013.
- ↑ Lesnick, Silas. "Matthew Vaughn to Produce Fantastic Four". February 22, 2013. July 6, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 23, 2013.
- ↑ Lesnick, Silas. "Seth Grahame-Smith Boards Fantastic Four". SuperHeroHype.com. February 26, 2013. June 13, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 23, 2013.
- ↑ Kit, Borys. "Simon Kinberg Tapped to Write 'Fantastic Four' (Exclusive)". The Hollywood Reporter. October 1, 2013. October 2, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 2, 2013.
- ↑ Perry, Spencer. "Will Fantastic Four Share a Universe with X-Men?". SuperHeroHype.com. August 19, 2013. August 22, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 23, 2013.
- ↑ Toro, Gabe. "Don't Expect To See The X-Men In The Fantastic Four Reboot". Cinema Blend. May 12, 2014. May 13, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 13, 2014. (#invalid_param_val)
- ↑ Outlaw, Kofi. "X-Men & Fantastic Four Crossover Talks Confirmed by Bryan Singer". Screen Rant. November 9, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 3, 2015.
- ↑ Kroll, Justin. "Fantastic Four' Script In, Actors to Test by End of Month". Variety. January 21, 2014. January 21, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 16, 2014.
- ↑ Kroll, Justin. "'Fantastic Four': Actors and Actresses Lining Up for Roles". Variety. October 9, 2013. May 6, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 6, 2014.
- ↑ Kit, Borys. "Fantastic Four' Screen Tests: Emmy Rossum, Kate Mara and Miles Teller in the mix". The Hollywood Reporter. February 5, 2014. August 13, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 16, 2014.
- ↑ Kroll, Justin. "'Fantastic Four' Cast Revealed". Variety. February 19, 2014. September 4, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 20, 2014.
- ↑ "Toby Kebbell to Play 'Fantastic Four' Villain Doctor Doom (EXCLUSIVE)". Variety. April 1, 2014. August 28, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 1, 2014.
- ↑ Vejvoda, Jim. "Miles Teller on What Appealed to Him About The Fantastic Four Reboot". IGN. March 8, 2014. May 5, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 8, 2014.
- ↑ Sneider, Jeff. "'Fantastic Four': Dr. Doom Short List Down to 4 Actors With Accents (Exclusive)". The Wrap. May 5, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 6, 2014.
- ↑ Kit, Borys. "Tim Blake Nelson in Final Talks to Join 'The Fantastic Four' (Exclusive)". The Hollywood Reporter. April 30, 2014. May 3, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 30, 2014.
- ↑ Siegel, Tatiana. "Fox's 'Fantastic Four' Reboot Adds 'The Wire's' Reg E. Cathey (Exclusive)". The Hollywood Reporter. May 8, 2014. May 9, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 8, 2014.
- ↑ [www.fantasticfourmovie.com/#home/reed-richards "FANTASTIC FOUR In Theaters August 2015"] (#bad_url). İstifadə tarixi: April 23, 2015.
- ↑ [www.fantasticfourmovie.com/#home/johnny-storm "FANTASTIC FOUR In Theaters August 2015"] (#bad_url). İstifadə tarixi: April 23, 2015.
- ↑ Roedel, Jeff. "Michael B. Jordan talks Fantastic Four". 225batonrouge.com. July 22, 2014. July 29, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 3, 2014.
- ↑ "Fantastic Four Michael B. Jordan Cast Commentary". April 4, 2015. June 7, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 10, 2015.
- ↑ [www.fantasticfourmovie.com/#home/sue-storm "FANTASTIC FOUR In Theaters August 2015"] (#bad_url). İstifadə tarixi: April 23, 2015.
- ↑ Wigler, Josh. "Kate Mara, Future Fantastic Four Star, Has Never Read a Comic Book". MTV News. July 15, 2014. August 9, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 3, 2014.
- ↑ [www.fantasticfourmovie.com/#home/ben-grimm "FANTASTIC FOUR In Theaters August 2015"] (#bad_url). İstifadə tarixi: April 23, 2015.
- ↑ Douglas, Edward, Comic Con Interview: Fantastic Four's Toby Kebbell, Superhero Hype, July 12, 2015, July 13, 2015 tarixində arxivləşdirilib, İstifadə tarixi: August 26, 2015
- ↑ "The Fantastic Four: Reg E. Cathey "Dr. Storm" Behind the Scenes Movie Interview — 2015". July 30, 2015. June 3, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 18, 2015.
- ↑ "Fantastic Four interview — Tim Blake Nelson". July 30, 2015. November 6, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 18, 2015.
Xarici keçidlər
redaktə- fantasticfourmovie.com — Rəsmi saytı
- Fantastik dördlük — Internet Movie Database saytında