Farenheyt Skalasi - Wikipedia
Farenheyt –1724-cü ildə alman fiziki Daniel Qabriel Farenheyt (1686-1736) tərəfindən irəli sürülmüş istilik ölçü vahididir. XX əsrin 60-70-ci illərinə qədər ingilisdilli ölkələrdə geniş istifadə edilsə də, sonradan Selsi şkalasının populyarlıq qazanması ilə istifadədən çıxmışdır. Hazırda yalnız ABŞ, Kayman adaları və Belizdə geniş istifadə edilir.
Farenheyt şkalası | |
---|---|
Ümumi məlumatlar | |
Simvolu | ℉ |
Adını daşıyır | Qabriel Farengeyt |
Vikianbarda əlaqəli mediafayllar |
Farenheyt şkalasına görə normal atmosfer təzyiqində suyun donma temperaturu +32 °F, qaynama temperaturu isə +212 °F təşkil edir. Farenheyt şkalası üzrə 1 dərəcə bu iki temperatur göstəricisi arasındakı fərqin 1/180-ə bərabərdir.
Yaranma tarixi
redaktəBu şkalanın yaranmasının bir neçə versiyası var. Onlardan birinə görə Qabriel Farengeyt öz şkalasında 0-cı dərəcə kimi bərabər nisbətdə qarışdırılmış su və xörək duzunun donma temperaturunu, 100-cü dərəcə kimi isə insanın normal bədən temperaturunu götürmüşdür. Lakin burada Farengeyt səhvə yol verib. Belə ki, insanın normal bədən temperaturu 97,9 °F təşkil edir. Bunu isə başqa bir versiya ilə izah edirlər. Guya Q. Farengeyt öz həyat yoldaşının bədən temperaturunu əsas götürübmüş, lakin o bir qədər xəstə olduğuna görə onun bədən temperaturu normadan artıq olub və 2,1 °F fərq də məhz buradan qaynaqlanır. Q. Farengeyt həmişə hesab edirdi ki, onun şkalasında mənfi göstərici ola bilməz. Bu da onun heç vaxt soyuq ölkələrdə olmamasından irəli gəlir (Farengeyt şkalası ilə 0 °F Selsi şkalasında -17,777(8) °C-yə bərabərdir).
Riyazi çevirmə
redaktəFarenheyt şkalasının 1 dərəcəsi Selsi şkalasında 5/9 dərəcəyə bərabərdir.
Farenheyt şkalasında olan istiliyi Selsi və Kelvin şkalalarına, həmçinin əksinə çevirə bilmək üçün aşağıdakı düsturlardan istifadə edilir:
Selsi şkalasından Farenheyt şkalasına:
Farenheyt şkalasından Selsi şkalasına:
Kelvin
redaktəKelvin şkalasından Farenheyt şkalasına:
Farenheyt şkalasından Kelvin şkalasına:
Digər temperatur ölçü sistemləri ilə müqayisə
redaktə