Farer Adalari - Wikipedia
Farer Adaları (far. Føroyar) — Atlantik okeanının şimal hissəsində Şotlandiya ilə İslandiya arasında yerləşən adalar qrupu. Danimarka Krallığının tərkibinə daxildir, lakin 1948-ci ildən müdafiə və xarici siyasət məsələləri istisna olmaqla, faktiki olaraq bütün dövlət məsələlərini müstəqil surətdə idarə etmək hüququna malikdir. Keçiləri ilə məşhur olan bu ölkə, "keçi ölkəsi" olaraq da adlanır.
Farerlər | |||||
---|---|---|---|---|---|
far. Føroyar dan. Færøerne | |||||
| |||||
Himn: Tú alfagra land mítt |
|||||
Rəsmi dilləri | |||||
Paytaxt | Torshavn -12,3 min nəfər (2012-ci il) | ||||
Kraliça | Frederik X | ||||
Baş komisar | Lene Moyel Yohansen (2017~ ) | ||||
Baş nazir | Barur a Stay Nilsen (2019~ ) | ||||
Sahəsi | Dünyada 180-ci | ||||
• Ümumi | 1399 km² | ||||
• Su sahəsi (%) | 0,5 | ||||
Əhalisi | |||||
• Əhali | 49 min nəfər (210-cu) | ||||
• Siyahıyaalma (1977) | 41 969 nəf. | ||||
• Sıxlıq | 35 nəf./km² | ||||
• Ümumi | 3.649.878.680 $[1] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 1 470 million dollar (197-ci) | ||||
• Adambaşına | 30 500 dollar (49-cu) | ||||
İnternet domeni | .fo | ||||
ISO kodu | FO | ||||
BOK kodu | FRO | ||||
Telefon kodu | +298 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafi göstəriciləri
redaktəFarer Adalarının paytaxtı və əsas liman şəhəri Streymoy adasının cənub-şərq sahillərində yerləşən Torsxavn (əhalisi 2005-ci ilin məlumatına görə 19,2 min nəfər) şəhəridir.Farer Adalarının ikinci ən böyük yaşayış məntəqəsi Klaksvik (4773 nəfər) şəhəridir.
Farer Adaları arxipelaqı 18 iri adadan ibarətdir ki, onlardan 17-si insanlar tərəfindən məskunlaşdırılmışdır. Əsas adaları - Streymoy, Esturoy, Suduroy, Voar, Sandoy, Bordoy adalarıdır. Streymoy adasının sahəsi 373,5 kv.km, bütün adaların ümumi sahəsi isə 1395,74 kv.km.-dir.
Farer Adalarından İslandiyaya qədər məsafə - 450 km, Norveçə qədər - 675 km, Kopenhagenə qədər - 1117 km.-dir. Farer Adalarının ən hündür nöqtəsi dəniz səviyyəsindən 882 metr yüksəkliyi olan və Esturoy adasında yerləşən Slattaratindur zirvəsidir.
Əhalisi
redaktəƏhalisi 48,5 min nəfərdir (2011-ci il siyahıya alınmasına görə). Əsas dil - Farer dilidir.
Əhalinin yaş tərkibi: 0-14 yaş: 20,6% (qadınlar - 4882, kişilər - 4904 nəfər);
15-64 yaş -65,3% ( qadınlar - 16 353, kişilər - 14668 min nəfər);
65 yaş və daha yuxarı - 14,1% (kişilər - 3041 nəfər, qadınlar - 3663 nəfər).
Orta yaş - 35 yaş: Kişilər üçün - 34,8 yaş, qadınlar üçün - 35,3 yaş.
Orta hesabla uzunömürlülük - 79,49 yaş, Kişilər üçün - 76,06 yaş, qadınlar-82,93 yaş.
1 qadına düşən uşaq sayı - 2,15 uşaq
Əmək qabiliyyətli əhalinin sayı - 24760 nəfər.
Farer arxipelaqına daxil olan adaların siyahısı
redaktəFarer arxipelaqına 18 iri ada, çoxlu xırda adalar və qayalıqlar daxıldir.
- Boroy (Bordoy) - şimal adalar qrupuna daxil olan ən iri adadır. Sahəsi - 95 kv. km. Adada əhali kifayət qədər sıx nəskunlaşmışdır. Farer adalarının ikinci ən böyük yaşayış məntəqəsi olan Klaksvuyk şəhəri bu adada yerləşir. Adada Klaksvuyk şəhəri ilə yanaşı, daha 7 yaşayış məntəqəsi: Noroyri, Anir, Otnafordur, Strond, Nortoftir, Depil və Nordepil yerləşir.
- Viyoy - şimal adalar qrupuna daxil olan iri adalardan biridir. Sahəsi 41 kv.km., əhalisi - 617 nəfərdir.
- Boar - sahəsi 176 kv.km., əhalisi 2890 nəfərdir (2005). Adada Farer adalarını xarici aləmlə birləşdirən beynəlxalq aeroport yerləşir. Bu adanı Farer adalarının paytaxtı yerləşən Streymoy adası ilə birləşdirən sualtı 5 km.-lik tunel də çəkilmişdir.
- Kalsoy - şimal adalar qrupuna daxil olan adadır, sahəsi - 30,9 kv.km, əhalisi 147 nəfərdir.
- Koltur - sahəsi 2,3 kv.km, cəmi 1 nəfər sakini var.
- Kunoy - Şimal adalar qrupuna aiddir, sahəsi 35,5 kv.km, əhalisi - 134 nəfər.
- Luytla-Duymun - Farer arxipelaqına mənsub 18 əsas adadan əhali tərəfindən məskunlaşmayan yeganə ada, ərazisi 1 kv.km.-dir.
- Miçines - sahəsi 10,3 kv. km, əhalisi 11 nəfər.
- Noulsoy - sahəsi 10,3 kv. km, əhalisi 268 nəfər.
- Sandoy - Farer arxipelaqına daxil olan iri ada, sahəsi 112,1 kv. km, əhalisi 1393 nəfər.
- Svuynoy - Şimal adalar qrupuna aiddir, sahəsi 27,1 kv.km.-ə yaxındır, əhalisi - 73 nəfər.
- Skuvoy - sahəsi 10 kv. km, əhalisi 57 nəfər.
- Stoura-Duyman - sahəsi 2,5 kv. km, əhalisi 6 nəfər.
- Streymoy - Farer arxipelaqının ən çox əhalisi olan adası, sahəsi - 373,5 kv. km, əhalisi 21 500 nəfər (Farer adaları əhalisinin təxminən yarısı). Adada iri yaşayış məntəqələri olan paytaxt Torcxavn şəhəri və Vestmanna qəsəbəsi yerləşir.
- Suvuroy - səhəsi - 163,7 kv. km, əhalisi 5041 nəfər
- Fuqloy - Şimal adalar qrupuna aiddir, sahəsi 11,2 kv.km.-ə yaxındır, əhalisi - 40 nəfər.
- Xestur - səhəsi - 6,1 kv. km, əhalisi - 43 nəfər
- Esturoy - böyüklüyünə görə arxipelaqın ikinci adası, sahəsi 286,3 kv.km, əhalisi - 10586 nəfər. Ən mühüm yaşayış məntəqələri şimalda Fuqlafordur şəhəri, Runavik və adanın cənubunda Hes yaşayış məntəqələridir. Avtomobil körpüsü vasitəsilə Streymoy adası ilə bağlıdır.
İnzibati ərazi bölgüsü
redaktəFarer adaları 6 regiona (farer dilində: sisla, bundan sonra Sisla)) və 34 kommunaya bölünür, 2008-ci ilə qədər 7 seçki dairəsinə bölgü də mövcud olmuşdur. Sislalar 120 şəhərə və kommunaya bölünür. Sislalar yerli idarəetmə strukturlarına malik deyildir, mərkəzi hakimiyyəti sislalarda rəsmi dövlət nümayəndələri — siselmanlar təmsil edirlər.
Həmçinin bax
redaktəİstinadlar
redaktəMənbə
redaktə- Анохин Г. И. На островах дождей. Мысль, 1966.
- Анохин Г. И. Фарерцы (историко-этнографический очерк)
- Королев Ю. Сыны беспокойного моря. Вокруг света. — 1982. — № 8
- Маркелова О. Становление Фарерских островов и формирование фарерского национального самосознания. О. Маркелова. — Пушкино, 2006.