Fateh Fetullayev - Wikipedia
Fateh Mirzə Möhsün oğlu Fətullayev (1 sentyabr 1909, Lənkəran, Lənkəran qəzası – 4 may 1983, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti (1949).
Fateh Fətullayev | |
---|---|
Fateh Mirzə Möhsün oğlu Fətullayev | |
Doğum tarixi | |
Doğum yeri | Lənkəran, Lənkəran qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Atası | Mirzə Möhsün Fətullazadə |
Fəaliyyəti | aktyor |
Mükafatları |
|
IMDb | ID2179860 |
Həyatı
redaktəFateh Fətullayev 1909-cu ildə Lənkəranda Mirzə Möhsün Fətullazadənin (1885–1936) ailəsində dünyaya göz açıb. Ailənin böyük oğlu idi. Əsl adı Fətulla olub. Ancaq şair Hüseyn Cavidin təkidi ilə adını dəyişib Fateh qoyub. O, çox sayda teatr tamaşasında oynamış və onlara quruluş vermiş, çox filmlərdə rol almışdır. Ən məşhur rolları "Ögey ana"da Arif, "Bir məhəlləli iki oğlan"da Əliqulu, "Qaraca qız"da bəy obrazlarıdır. 1983-cü ildə Bakı şəhərində vəfat etmişdir.
Ailəsi
redaktəFateh Fətullayevin üç qardaşı olub. Ümumiyyətlə bu ailədə böyüyən dörd oğul və onların ardıcılları Azərbaycanın tanınmış sənətkarlarına çevrilmişlər. Birinci qardaşı Nüsrət Fətullayev (1911–1987) rəssam olub və Azərbaycan milli teatr rəssamlığının formalaşmasında, inkişafında böyük xidmətlər göstərib. İkinci qardaşı Şəmsəddin Fətullayev (1913–1975) konservatoriyada təhsil almışdı. Bir müddət Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının musiqi hissə müdiri, Musiqili Komediya Teatrında baş dirijor işləmişdi. Bəstəkarlar İttifaqının üzvü idi. Üçüncü qardaşı Nurəddin Fətullayev (1916–1973) Bəstəkarlar İttifaqının üzvü idi. Qardaşı Şəmsəddindən sonra uzun müddət Akademik Milli Teatrda musiqi hissə müdiri işləyib. Nurəddin Fətullayevin oğlu Hafiz Fətullayev də aktyor və rejissor idi.[1]Nüsrət Fətullayevin həyat yoldaşı Hökümə Qurbanova məşhur aktrisa və SSRİ xalq artisti, qızı Vəfa Fətullayeva isə tanınmış aktrisa olmuşdur.
Mükafatları
redaktə- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 21 iyul 1949
- "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959
Filmoqrafiya
redaktə- Aygün (film, 1960)
- Babək (film, 1979)
- Bakıda küləklər əsir (film, 1974)
- Bəxtiyar (film, 1955)
- Bir məhəllədən iki nəfər (film, 1957) — usta Əli
- Böyük ömrün anları (film, 2006)
- Əsl dost (film, 1959)
- Fətəli xan (film, 1947)
- Görüş (film, 1955)
- Xatirələr sahili (film, 1972)
- İyirmialtılar (film, 1966)
- Kəndlilər (film, 1939)
- Qaraca qız (film, 1966)(film, kinoalmanax)
- Mahnı belə yaranır (film, 1957)
- Min birinci söz (film, 1997)
- Ögey ana (film, 1958)
- Vulkana doğru (film, 1977)
İstinadlar
redaktə- ↑ "Milli mədəniyyətimizdə Fətullayevlər pleyadası". 2015-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-23.
Mənbə
redaktə- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004, səh. 51.