Fatma Vekilova - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Fatma Vəkiova (30 mart 1912, Qazax – 28 avqust 1987, Bakı) — professor, geologiya-mineralogiya elmləri doktoru (1968). Azərbaycan EA İ.M.Qubkin adına Geologiya İnstitutunun geokimya və analitik kimya laboratoriyasının rəhbəri, Bakı Sovetinin bir neçə çağırış deputatı olmuşdur. "Şərəf nişanı" ordeni və bir sıra medallarla təltif edilmişdir.
Fatma Vəkiova | |
---|---|
Fatma İsmayıl ağa qızı Vəkiova | |
Doğum tarixi | |
Doğum yeri | Salahlı, Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (75 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ |
Həyat yoldaşı | Heydər Əfəndiyev |
Uşağı | Yalçın Əfəndiyev |
Elmi dərəcəsi | Geoloqiya-mineralogiya elmləri doktoru (1968) |
Azərbaycan EA-nın müxbir üzvü, geokimya elmləri doktoru, professor Heydər Əfəndiyevin həyat yoldaşı. Rejissor Yalçın Əfəndiyevin anası. Riyaziyyatçı alim, professor Şamil Vəkilovun bacısı.
Həyatı
redaktəFatma xanım İsmayıl ağa qızı Vəkilova Qazax qəzasının Yuxarı Salahlı kəndində, köhnə pedaqoqlar nəslinə mənsub, Qori seminariyasının məzunu, çarlıq və demokratik cümhuriyyət dönəmində məsul vəzifələrdə çalışmış İsmayıl ağa Vəkilovun ailəsində anadan olmuşdur. İlk təhsilini atasının müdir olduğu beşsinifli Dağ Kəsəmən məktəbində almışdır. Onun ailəsi daha sonra Bakıya köçərək, Mərdəkanda məskunlaşıb. Vəkilova burada həmin illərin nüfuzlu tədris ocaqlarından olan Bakı Darülmüəllimatına (Qızlar Seminariyası) qəbul olmuşdur.
Pedaqoji və elmi fəaliyyəti
redaktəO, darülmüəllimatı bitirdikdən sonra ailəsinin yaşadığı Mərdəkanda orta məktəbdə işləmişdir. Qız və oğlan məktəblərinin birləşdirilməsi barədə qərar çıxarılanda onun müdirə olduğu məktəb atasının müdir olduğu məktəblə birləşdirilir və Fatma xanım müdirliyi atasına güzəştə gedərək, həmin məktəbdə sıravi müəllimə işləyir.
Fatma xanım orta məktəbdə müəllimə işləməklə bərabər, Azərbaycan Pedaqoji İnstitutunda qiyabi, sonra əyani təhsil alır. Ali məktəbi bitirdikdən sonra bir müddət Bədən Tərbiyəsi İnstitutunda kimya və biologiya fənlərini tədris edir.
1943-cü ildən Elmlər Akademiyası sisteminə keçən Fatma xanım ömrünün sonunadək bu elm ocağında çalışmışdır. 1968-ci ildə doktorluq dissertasiyası müdafiə edərək, geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi alır.
Fatma xanım Vəkilova Azərbaycan EA İ.M.Qubkin adına Geologiya İnstitutu geokimya və analitik kimya laboratoriyasının rəhbəri olmaqla geniş tədqiqat işləri aparmışdır. Onun əsas araşdırma sahəsi kobaltın geokimyası idi. Fatma xanımın uzun illər aparmış olduğu elmi araşdırmaların məhsulu olan "Kobaltın geokimyası" adlı sanballı əsəri 1966-cı ildə Bakıda rus dilində çapdan çıxmışdır. Fatma xanım Vəkilova Bakı Sovetinin bir neçə çağırış deputatı olmuş, "Şərəf nişanı" ordeni və bir sıra medallarla təltif edilmişdir.
Ailəsi
redaktəŞəxsi həyatına gəldikdə, Fatma xanım Kimya İnstitutunun direktoru, EA müxbir üzvü əslən Şəkidən olan Heydər Xəlil oğlu Əfəndiyevlə (1906-1967) ailə qurmuşdur. Onların iki qızı, bir oğlu qalmışdır. Yalçın Əfəndiyev (1937) kinorejissor, əməkdar incəsənət xadimi, Nərmin Əfəndiyeva (1940) kimyaçı-alimdir. Leyla Əfəndiyeva (1943-2008) isə fizioloq alim idi. Fatma xanım Vəkilova Dağüstü qəbristanlıqda anası Növrəstə xanımla yanaşı dəfn edilmişdir. Haqqında ASE-də məqalə verilmişdir.
Əsərləri
redaktə"Kobaltın geokimyası" adlı elmi əsəri 1966-cı ildə Bakıda rus dilində çapdan çıxmışdır. Bundan əlavə F.Vəkilova bir çox elmi əsərin, kütləvi informasiya vasitələrində dərc olunmuş əhəmiyyətli məqalələrin müəllifi olmuşdur.
Mənbə
redaktə- ASE, c. 2, Bakı: 1978, səh. 460.
- İsmayıl Umudlu. Vəkiloğulları. Bakı: "QAPP-poliqraf" nəşriyyatı, 2003, səh. 55-61.