Fatmaxanim Nebiyeva - Wikipedia
Nəbiyeva Fatmaxanım Xalid qızı (2 may 1958, Yuxarı Ləki, Ağdaş rayonu) - AMEA Naxçıvan bölməsi Bioresurslar İnstitutunun Bitki sistematikasi şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə elmlər doktoru, dosent
Fatmaxanım Nəbiyeva | |
---|---|
Nəbiyeva Fatmaxanım Xalid qızı | |
Doğum tarixi | 2 may 1958 (66 yaş) |
Doğum yeri | |
Elm sahələri | biologiya, coğrafiya |
Elmi dərəcəsi | Biologiya üzrə elmlər doktoru |
İş yeri | |
Təhsili |
Həyatı
redaktə1958-ci ildə Ağdaş rayonunun Yuxarı Ləki kəndində anadan olmuşdur. 1975-ci ildə orta məktəbi, 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya-coğrafiya fakultəsini qırmızı diplomla bitirmişdir.
Elmi yaradıcılığı
redaktə1979-cu ildə ADPİ-nun coğrafiya-biologiya fakultəsini qırmızı diplomla bitirmiş, 1979-1985-ci illərdə orta məktəbdə coğrafiya-biologiya müəllimi vəzifəsində işləmişdir. 1986-cı ildə qiyabi aspiranturaya daxil olmuş, 1992-ci ildə “Türyançayın orta hövzəsində eroziyaya uğramış yamacların fitomeliorasiya yolu ilə bərkidilməsi” mövzusunda dissertasiya işini akademik Vahid Cəlal oğlu Hacıyevin rəhbərliyi ilə müdafiə edərək, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır [1]. 1985-ci ildən elmi institutda çalışır. Elmi stajı 32 ildir. Elmi fəaliyyəti dövründə kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, elmi katib vəzifələrində çalışmışdır. 1985-2002-ci illərdə Eroziya və Suvarma Elmi-Tədqiqat İnstitutunun “Səhralaşma və torpaqların mühafizəsi” laboratoriyasında, 2002-2004-cü illərdə Botanika İnstitutunun “Geobotanika” şöbəsində, 2004-2008-ci illərdə Genetik Ehtiyatlar İnstitutunun “Bioekologiya” laboratoriyasında işləmiş və 2008-ci ildən AMEA Naxçıvan Bölməsinin “Bitki sistematikası” şöbəsində aparıcı elmi işçi vəzifəsində işləyir. Laboratoriya işlərində, layihələrin hazırlanmasında, ekspedisiyalarda və çöl-tədqiqat işlərində yaxından iştirak edir. Herbari materiallarının toplanmasında, öyrənilməsində, sistemə salınmasında, qorunub saxlanmasında, “Herbari Fondu”nun zənginləşdirilməsində və elmi məqsədlərlə istifadə olunması sahəsində səmərəli elmi-tədqiqat işləri aparır. 23 iyun 2017-ci il tarixdə 2417.01- Botanika ixtisası üzrə “Kür-Araz ovalığı və Arazboyu düzənliklərdə səhralaşma prosesi və onun flora biomüxtəlifliyinə təsiri” mövzusunda doktorluq (biоlоgiya üzrə elmlər dоktоru elmi dərəcəsi almaq üçün) dissertasiya işini uğurla müdafiə etmişdir. Nəbiyeva Fatmaxanım Xalid qızı 180-dən çox elmi əsərin (monoqrafiya, kitab, məqalə və tezis) müəllifidir. Əsərləri Rusiya Federasiyasında, Türkiyə, Orta Asiya, Qazaxıstan, Avstriyada, Çexiya respublikasında, Polşada, Rumıniyada, Bolqarıstanda, Hindistanda və ABŞ-da dərc edilmişdir.
Əsas elmi nailiyyətləri
redaktəÇoxillik floristik, geobotaniki tədqiqat işləri zamanı yeni aşkar etdiyi 3 fəsilə, 9 cins, 13 növ Azərbaycan, Naxçıvan MR və Qafqaz floralarını zənginləşdirmişdir. Kür-Araz ovalığı və Arazboyu düzənliklərdə 9 təbii ekosistem və onların bitkiliyi üçün 9 tip, 23 sinif formasiya, 13 qrup formasiya, 6 yarımqrup formasiya, 248 formasiya, 2500-ə yaxın assosiasiya və mikroqruplaşma müəyyən edilmişdir. İlk dəfə olaraq ərazidə lаndşаftоgеnеzin düzgün idаrə оlunmаsı zəruriliyini nəzərə аlаrаq, onun idаrə оlunmаsının mоtivləşdirilməsi üçün 8 bənddən, 13 yаrımbənddən ibаrət məlumаlаrın toplanmаsı və işlənməsi modeli hаzırlаnmışdır. Aparlmış çoxillik tədqiqatların nəticələri əsasında Kür-Araz ovalığında, Arazboyu düzənliklərdə inkişaf etmiş, hazırda genişlənməkdə davam edən səhralaşmanın qarşısının alınması və ya təsirinin azaldılması üçün səhralaşmanın arealının xəritə-sxemi və səhralaşmaya qarşı mübarizə kartoqramları tərtib edilmişdir [2].
Respublika elmi qurumlarında üzvlüyü
redaktə- AMEA Botanika Cəmiyyətinin üzvü
- AMEA Torpaqşünaslıq cəmiyyətinin üzvü
Pedaqoji fəaliyyəti
redaktə1979-1985-ci illərdə orta məktəbdə coğrafiya-biologiya müəllimi vəzifəsində işləmişdir.
Təltif və mükafatları
redaktə- 2002-ci ildə Amerika Bioqrafiya İnstitutu tərəfindən “İlin Qadını” adına layiq görülmüşdür.
- 2013-cü ildə AMEA Naxçıvan Bölməsi Rəyаsət Heyətinin qərаrı ilə elm sahəsindəki nailiyyətlərimə görə təbiət və texniki elmləri üzrə “İlin alimi” fəхri adına layiq görülmüşdür.
Kitab və monoqrafiyaları
redaktə- Nəbiyeva F.X. Arid ərazilərin florası və səhralaşma (Kür-Araz ovalığı, Arazboyu düzənliklər). Naxçıvan: Tusi nəşr., 2010, 240 с.
- Nəbiyeva F.X., İbrahimov Ə.Ş. Yarımsəhra və səhra ekosistemlərinin deqradasiyası. Naxçıvan: Əcəmi, 2011, 135 s.
- Ибрагимов А.Ш., Набиева Ф.Х. Высокогорная растительность Нахчыванская Автономная Республика. Saarbrucken, Deutschland/Германия: LAP LAMBERT Academic Publishing, 2013, 156 с.
- Ибрагимов А.Ш., Набиева Ф.Х. Флора высокогорий Нахчыванской Автономной Республики. Saarbrucken, Deutschland/Германия: из-во LAP LAMBERT Academic Publishing, 2013, 88 с.
- Talıbov T.H., İbrahimov Ə.Ş., Nəbiyeva F.X., Naxçıvan Muxtar Respublikasının florası – Botta zəravəndi. Naxçıvan: Müəllim, 2016, 39 s.
- Əliyar İbrahimov, Aynur İbrahimova, Fatmaxanım Nəbiyeva Naxçıvan Muxtar Respublikası florasının su-bataqlıq bitkiliyi. Naxçıvan: Müəllim, 2016, 198 s.
- Aynur İbrahimova, Əliyar İbrahimov, Fatmaxanım Nəbiyeva Su-bataqlıq bitkilərinin əhəmiyyəti (Naxçıvan Muxtar Respublikası üzrə). Naxçıvan: AFPoliqrAF, 2017, 110 s.
Əsas elmi məqalələri
redaktə- Набиева Ф.Х. Пойменные леса реки Турианчай, их состояние и экологическое значение // ISSN 0024-1113. ж. Лесное хозяйство, Москва, 2000, с. 42
- İbrahimov Ə.Ş., Nəbiyeva F.X. Azollaceae Wettst. - Новое семейство для Кавказа и Азербайджана // Доклады Национальный Академии Наук Азербайджана. LXI т. № 2, 2005. s. 90-94
- Ибрагимов А.Ш., Абилов З.К., Набиева Ф.Х. Математическое определение проективного покрытия растительных фитоценозов // Известия Национальный Академии Наук Азербайджана Сер.биол.наук, 2006, № 1-2, с. 61-65
- Набиева Ф.Х. Основные процессы опустынивания на территории юго-восточного Ширвана и Приараксинской низменности // Межд. науч.-прак. конф.«Ботанические сады в 21 веке: сохранение биоразнообразия, стратегия развития и инновационные решения» посвящ.10- летию образования Бот. сада. Белгород, 2009, с. 65-69
- Набиева Ф.Х. Статусы охраны редких растений Кура-Араксинской низменности // Волгоградский Государственный Университет. Первые международные Беккеровские чтения. Волгоград, 2010, с.145-147
- Набиева Ф.Х., Ибрагимов А.Ш., Ибадуллаева С.Д. Кормовые ресурсы зимних пастбищ // Нахчыванской АР Азербайджана // ISSN 869-8155. ж. Аграрная наука, Москва, 2011, №9, с.10-13
- Gambarov D.Sh., İbrahimov A.Sh., Nabiyeva F.Kh. Geographical areal types of Astragalus species spread in Nakhchivan Autonomous Republic // ISSN: 1300-603. Kafkas University Institute of Natural and Applied Science journal. Kars/Turkey, 2011, Volume: 4, Number: 1, p. 58-64
- Набиева Ф.Х. Экологической состояния флоры Нахчыванской Автономной Республики Азербайджана и вопросы охраны редких видов // Международный технико-экономический журнал, Москва, УМЦ, «Триада», 2012, №2, с. 88-92
- Nəbiyeva F.X., Musayev M.Q. İbadullayeva S.C.,İbrahimov Ə.Ş. Arid ərazilərin su-bataqlıq еkоsistеmi // AMEA Məruzələri, 2012, № 5. s. 100-108
- Nabiyeva F.Kh., Ibadullayeva S.C. Development Appropriatenesses of Deserting Processes in The KAP and The PAR // Global Advanced Research Journal of Geography and Regional Planning (ISSN: 2315-5018) Vol. 1(5). 2012, pp. 083–087. October, 2012 Available online http://garj.org/garjgrp/index.htm Copyright © 2012 Global Advanced Research Journals Review—Wien-New York, Springer Verlag, 830 s
- Набиева Ф.Х. Опустынивания зимних пастбищ Приараксинской низменности Нахчыванской Автономной Республики Азербайджана // ж. Проблемы освоение пустынь. Ашхабад, 2012, №3-4, с.23-26
- Набиева Ф.Х. Экологической состояния флоры Нахчыванской Автономной Республики // Межд. технико-экономический журн., Москва, УМЦ, Триада, 2012, №2, с.88-92
- İbrahimov Ə.Ş., Nəbiyeva F.X., Piriyev M.Z. Carpesium cernuum L. (Fabaceae Dumort.) bitkisinin Naxçıvan Muxtar Respublikası ərazisində yayılması və tibbi əhəmiyyəti // AMEA Botanika İn-nun Əsərləri, XXXII cild, 2012, s. 198-202
- Талыбов Т.Г. Ибрагимов А.Ш., Набиева Ф.Х. Семейство Киркозоновые Флоры Нахчыванской Автономной Республики Азербайджана // ISBN 978-3-944375-20-5.V Международной научной конференции European Applied Sciences: modern approaches in scientific researches. Германия, Штутгарт, 2013, c. 5-7
- Nəbiyeva F.X. Naxçıvan MR ərazisində yayılmış Brassicaceae Burnett fəsiləsində aparılmış nomenklatur dəyişikliklər // AMEA Xəbərləri, c.68, 2013, №2, s.45-52
- Ибрагимов А.Ш., Набиева Ф.Х. Альпийские растения флоры Нахчыванской Автономной Республики Азербайджана // Российский научный журнал "Современный научный вестник" Россия, г. Белгород, 2014, c. 31-38
- Ибрагимова А.М., Набиева Ф.Х., Ибрагимов А.Ш. Новые таксоны для флоры Нахчыванской Автономной Республики Азербайджана // ISSN 2310-5607. ж. Austrian Journal of Technical and Natural Sciences. Австрия, Вена, 2015, c.1-7
- İbrahimov A.Sh., Analysis endemics of the Nakhchivan Autonomous Republic of Azerbaijan // Internatio-nal Journal of Multidisciplinary Research and Development. India, Volume 2 Issue 5, 2015, p. 143-149
- Ибрагимов А.Ш., Набиева Ф.Х. Подушечные растения Нахчыванской Автономной Республики Азербайджана и их фитоценозы // Межд. научный журнал «Наука и Мир», Москва, 2016, № 6 (34), 9-11
- Ganbarov Dashgin, Nabiyeva Fatmakhanum, Babayev Yasin, Ibragimov Aliyar. Astragalus microcephala species of the populations of evaluation and productivity // SYLWAN., English Edition, ISI Indexed, Poland, 2017, №161(7), p. 32-38
- Ganbarov Dashgin, Nabiyeva Fatmakhanum, Piriyev Musa, Babayev Yasin, Ibragimov Aliyar. The bushy and shrubby shaped Astragalus species spreading in the lowlands along the Araz river and their role in the highland-cserophit flora // SYLWAN., English Edition, ISI Indexed, Poland, 2017, №161(8), p. 333-339
İstinadlar
redaktə- ↑ Набиева Ф.Х Закрепление эродированных склонов в среднем течение Турианчай, путем фитомелиорации. Автореф. дис. … канд. с/х. наук. Баку: 1992, 21 с.
- ↑ Nəbiyeva F.X. Kür-аrаz оvаlığı və Аrаzbоyu düzənliklərdə səhrаlаşmа prоsеsi və onun flora biomüxtəlifliyinə təsiri. Biol. elm. dok. ... dis. avtoref. Naxçıvan: 2017, 50 s.