Favnin Basi - Wikipedia
“Favnın başı” (it. Testa di fauno) – 1488-1489-cu illərdə Mikelancelo Buonarotti tərəfindən hazırlanmış və hazırda itirilmiş hesab edilən mərmər heykəldir.
Favnın başı | |
---|---|
Testa di fauno | |
Heykəltaraş | Mikelancelo Buonarroti |
Tikilib | 1489 |
Material | mərmər |
Saxlanıldığı yer | itirilib |
Vikianbarda əlaqəli mediafayllar |
Əsər haqqında mənbə məlumatları
redaktəVazarinin verdiyi məlumata görə, bu heykəl Mikelancelo tərəfindən Mediçilərin heykəl bağında, antik “yaşlı, qırışlı, gülümsəyən və qabarıq burunlu favn başı” heykəlinin kopyası kimi hazırlanmışdır.[б][1] Mikelancelo favnın üzünə bir az daha hissiyyatlılıq vermiş, ağzını tam açıq göstərmişdir ki, bu halda da onun dili və dişləri görünmüşdür.[2] Möhtəşəm Lorenzo əsəri gördüyü zaman sənətkarı tərifləsə də, qocanın bütün dişlərinin yerində olmasına irad tutmuşdur. Bundan sonra gənc Mikelancelo favnın dişlərindən birini sındırmış və diş ətində oyuq yaratmışdır.[2] Həm Vazari, həm də Kondivi qeyd edirlər ki, məhz bu hadisə gənc istedadın Lorenzo Mediçinin yanında yer almasına səbəb olmuşdur.[3]
Uilyam Uolles isə qeyd edir ki, bu heykəlin yaradılması zamanı Mikelancelonun artıq on beş yaşı var idi və danışılan tarixçə daha çox gözəl bir əfsanəyə oxşayır.[4] Erika Şilyano ehtimal edir ki, bu heykəlin ümumiyyətlə mövcud olması şübhəlidir, çünki, həmin əsərin mövcud olması haqqında Mikelancelonun bioqraflarına (Kondivi və Vazari) verdiyi məlumatdan başqa bir sübut saxlanmamışdır.[5]
Barcello qalereyasında saxlanan “Gülən favn” maskasının Mikelancelonun itirilmiş heykəli olması güman edilir. Bu heykəl heç də, Kondivi və Vazarinin təsvir etdiyi heykəli xatırlatmır, belə ki, onun ağzında cəmi iki dişi var və onların da arasından dili sallanır.[3]
Obraz incəsənətdə
redaktəEmilio Dzoççi 1861-ci ildə “Gənc Mikelancelonun “Favnın başı”nı yonması” adlı mərmər heykəl işləmişdir. Həmin heykəl hazırda Palaçço Pittidə saxlanılır. Bu heykəlin Sezare Dzoççi, Henri Vulf və başqaları tərəfindən hazırlanmış məşhur kopyaları mövcuddur.
Karel Şultsun yazdığı “Daş və ağrı” adlı bioqrafik romanda Mikelancelonun ilk heykəlinə “Favn gülüşü” adlı xüsusi fəsil həsr edilmişdir:
“(...) Mikelancelo kəsici dişi tutdu və dojun və Poliççianonun gözləri qarşısında favnın dişinə zərbə endirdi. Böyük oyuq yarandı. Qədim yarı-tanrı bir neçə dişini itirdi. Favnın rişxəndli gülüşü dəyişdi. O, yaşlı kişi kimi sülhlə baxmağa başladı...”[6] |
-
Gülən Favn
-
Gənc Mikelancelonun “Favnın başı”nı yonması
Qeydlər
redaktəİstinadlar
redaktəƏdəbiyyat
redaktə- Вазарі Д. Життєписи найславетніших живописців, скульпторів та архітекторів[ölü keçid] = итал. Le Vite de’piu eccelenti Pittori, Scultori e Architetti. — К.: Мистецтво. — С. 296 —429, 497 —507. — 520 с. (ukr.)
- Микеланджело. Поэзия. Письма. Суждения современников / сост. В. Н. Гращенков. — М.: Искусство, 1983. — 451 с. (rus.)
- Эрпель Фриц. Микельанджело / Пер. с нем. Сергея Данильченко. — Берлин: Хеншель, 1990. — 72 с. — ISBN 3-362-00044-4. (rus.)
- Шульц К. Камень и боль: роман. — К.: Юниверс, 2006. — 688 с. — ISBN 966-8118-23-5. (rus.)
- Eric Scigliano. Michelangelo's Mountain: The Quest For Perfection In The Marble Quarries Of Carrara. — Simon and Schuster, 2005. — 352 с. (ing.)
- John Addington Symonds. The Life of Michelangelo Buonarroti. — 1893. (англ.)
- William Wallace. The Treasures of Michelangelo. — Andre Deutsch, 2010. — ISBN 978-0-233-00253-8. (ing.)