Fazil Agayev - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Fazil Balamirzə oğlu Ağayev (12 oktyabr 1944, Lerik rayonu) — Tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Həyat Fəaliyyətinin Təhlükəsizliyi və Ekologiya Elmləri Beynəlxalq Akademiyasının müxbir üzvü.
Fazil Ağayev | |
---|---|
Fazil Balamirzə oğlu Ağayev | |
Doğum tarixi | |
Doğum yeri | Gürdəsər, Lerik rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | talış, azərbaycanlı |
Fəaliyyəti | professor |
Həyatı
redaktəAğayev Fazil Balamirzə oğlu 12 oktyabr, 1944-cü ildə Lerik rayonunun Gürdəsər kəndində anadan olmuş, orta təhsilini kənd məktəbində gümüş medalla başa vurmuşdur. 1964-cü ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. İnstitutu bitirəndən sonra 1970–1972-ci illərdə tibb xidməti leytenantı kimi həqiqi hərbi xidmətdə olmuş, Ermənistanın Leninakan şəhərində yerləşən 18500 hərbi hissəsində həkim-mütəxəssis vəzifəsində qulluq etmişdir. Ordudan tərxis olunandan sonra Sumqayıt şəhərində sahə həkim terapevti və təcili yardım xəstəxanasının terapiya şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1974-cü ildə Azərbaycan Respublika Səhiyyə Nazirliyinin M. Əfəndizadə adına əmək gigiyenası və peşə xəstəliləri elmi tədqiqat institutunun aspiranturasına daxil olmuş və 1977-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının əmək gigiyenası və peşə xəstəlikləri institutunda "Benzonitril peşə zəhəri kimi – gigiyenik normallaşdırma, yaş həssaslığı və metobolizm məsələləri" mövzusunda dissertasiya işini müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. 1978-ci ilə qədər həmin institutda baş elmi işçi, sonralar isə 1979-cu ilə qədər Sumqayıt şəhərində 1 saylı xəstəxanada baş həkimin müalicə işləri üzrə müavini kimi fəaliyyət göstərmişdir. 1979-cu idən indiyə qədər Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun sosial gigiyena və səhiyyənin təşkili kafedrasına rəhbərlik edir (indiki ictimai sağlamlıq, səhiyyənin təşkili və gigiyena kafedrası). Bu müddətdə elmi fəaliyyətinin əsas istiqaməti ana və uşaqların mühafizəsi problemi olmuşdur. 1988-ci ildə "Perinatalogiyanın sosial-gigiyenik problemləri" mövzusunda doktorluq dissertasiyasını SSRİ Səhiyyə Nazirliyinin Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda müdafiə etmiş və müvafiq elmi dərəcə almışdır. 1990-cı ildə ona sosial gigiyena və səhiyyənin təşkili kafedrası üzrə professor adı verilmişdir. Azərbaycan alimlərinin elmi pedaqoji kadr hazırlanması çətin dövrdə professor F. Ağayevin rəhbərliyi altında "Atmosfer havasının çirklənməsi və onun bir yaşa qədər uşaqların sağlamlıq durumuna təsiri" və "İri sənaye şəhərlərində atmosferin çirklənməsinin ana ölümü və mamalıq patologiyalarına təsirinin kompleks qiymətləndirilməsi" mövzularında tibb elmləri namizədliyi dissertasiyaları hazırlanır və müvəffəqiyyətlə müdafiə olunur və bir neçə namizədlik və doktorluq dissertasiyası planlaşdırılır. 1991-ci ildə Azərbaycan Respublikasının əməkdar elm xadimi adı verilir. F. Ağayevin sonrakı elmi tədqiqatlarında da ana və uşaq sağlamlığı probleminin prioritetləri seçilmişdir. Bu sahədə 9 namizədlik dissertasiyası hazırlanmış və müdafiə olunmuşdur. Onun çoxsahəli elmi tədqiqat istiqamətlərindən biri səhiyyənin perspektiv planlaşdırılması və tibb müəssisələrinin şəbəkəsinin ölkə ərazisində yerləşdirilməsi prinsiplərinin elmi əsaslandırılmasıdır. Bu sahədə 3 elmlər doktoru dərəcəsinə layiq görülmüş işlər xüsusi qeyd olunmalıdır: "Azərbaycan kəndlərində müalicə-profilaktika müəssisələri şəbəkəsinin ərazi yerləşdirmə və perspektiv inkişafının tibbi sosial əsasları"; "Ambulator-poliklinika və stasionar tibb müəssisələri şəbəkəsinin rayon, rayonlararası və zona səviyyəsində yaradılmasının elmi əsasları"; "Bərpa təbabəti sistemində fizioterapiya bölmələri şəbəkəsinin yaradılmasının müasir prinsipləri". F. Ağayevin tədqiqatlarında əhalinin ayrı-ayrı sosial təbəqələrinin sağlamlıq durumu, ona təsir edən risk amillərinin öyrənilməsi xüsusi yer tutur. Pedaqoji işçilərin, superfosfat və məişət kondisionerləri istehsalında çalışanların, dəniz gəmiçilərinin, neftçilərin və digər sənaye mütəxəssilərinin sağlamlıq durumu dərindən araşdırılmış və onların sağlamlığının mühafizəsi üçün tədbirlər kompleksiyasını əsaslandrmaq məqsədilə ölkədə ölümün səbəblərinə həsr olunmuş doktorluq və namizədlik dərəcələrinə layiq görülmüş dissertasiyalara rəhbərliyi diqqəti cəlb edir. "Qan dövranı patologiyalarının pedaqoqlar arasında inteqral profilaktikasının elmi əsasları", "Azərbaycan kənd rayonlarında tibbi-demoqrafik vəziyyətin xüsusiyyətləri və səhiyyənin islahat yolları", "Uşaq əhalisinin ölümün səbəbləri, risk amilləri və profilaktika yolları", "Vaxtsız ölüm" və sair işlər müvəffəqiyyətlə müdafiə olunmuşlar. Bütövlükdə F. Ağayevin rəhbərliyi ilə 9 elmlər doktoru, 52 namizədlik işləri bitirilmiş və bir neçə müvafiq tədqiqatlar planlaşdırılmışdır. [1]
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2022-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-25.