Feliks Blox - Wikipedia
Feliks Blox (ing. Felix Bloch d. 23 oktyabr 1905, İsveçrə, Sürix; ö. 10 sentyabr 1983, İsveçrə, Sürix ) — amerikan fiziki. Nobel mükafatı laureatı (1952, E. Pörsellə birlikdə).
Feliks Blox | |
---|---|
ing. Felix Bloch | |
Doğum tarixi | |
Doğum yeri | İsveçrə, Sürix |
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri | İsveçrə, Sürix |
Vətəndaşlığı | İsveçrə, ABŞ |
Milliyyəti | isveçrəli |
Elm sahəsi | fizika |
İş yeri | Stenford Universiteti |
Alma-mater | İsveçrə Federal Texnologiya İnstitutu, Leypsiq Universiteti |
Təhsili | |
Elmi rəhbəri | Verner Heyzenberq |
Üzvlüyü |
|
Mükafatları | Fizika üzrə Nobel mükafatı (1952) |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəFelixs Blox 1905-ci il oktyabrın 23-də İsveçrənin Sürix şəhərində anadan olub. Sürixdə Ali Texniki Məktəbdə, İsveçrə Texnologiya İnstitutunda sonra isə Leyptsiq Universitetində təhsil alıb. 1928-ci ildə doktor elmi dərəcəsi alıb. 1934-cü ildən ABŞ-də yaşamış və işləmişdir, Kaliforniyada Stanford Universitetinin professoru idi. O, ABŞ atom layihəsinin iştirakçısı, 1954-1955-ci illərdə isə Avropa Nüvə Tədqiqatları Mərkəzinin baş direktoru olub.
Feliks Blox bərk cism nəzəriyyəsinin əsasını qoymuşdur: metalların elektron keçiriciliyini, onun temperaturdan asılılığını tədqiq etmişdir, kristalların zona nəzəriyyəsini təkmilləşdirmiş, ifratkeçirici və aşağı temperaturlu ferromaqnetizm nəzəriyyəsini, yüklü zərrəciklərin maddədə tormozlanması nəzəriyyəsini zənginləşdirmişdir. Bərk cism fizikasının bir çox düsturları, teoremləri və başqa anlayışları Bloxun adını daşıyır. 1946-cı ildə (E. Pörseldən asılı olmayaraq) nüvə maqnit rezonansını kəşf etmiş, onun nəzəriyyəsi və tətbiq üsullarını işləyib hazırlamışdır. Spin dalğaları anlayışını elmə daxil etmişdir.[2]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Biography and Bibliographic Resources, from the Office of Scientific and Technical Information, United States Department of Energy
- Oral History interview transcript with Felix Bloch 14 May 1964, American Institute of Physics, Niels Bohr Library and Archives Arxivləşdirilib 4 iyun 2011 at the Wayback Machine
- Oral History interview transcript with Felix Bloch 15 August 1968, American Institute of Physics, Niels Bohr Library and Archives Arxivləşdirilib 7 aprel 2015 at the Wayback Machine
- Oral History interview transcript with Felix Bloch 15 December 1981, American Institute of Physics, Niels Bohr Library and Archives Arxivləşdirilib 27 may 2015 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ 1 2 NNDB (ing.). 2002.
- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 199. ISBN 978-9952-441-03-1.