Feliks Dzerjinski - Wikipedia
Feliks Edmundoviç Djerzinski (pol. Feliks Dzierżyński , rus. Фе́ликс Эдму́ндович Дзержи́нский, 11 sentyabr 1877[1][2][…], Dzerjinovo[d], Vilen quberniyası[d], Rusiya imperiyası – 20 iyul 1926[3][4][…], Moskva, RSFSR, SSRİ[3]) — sovet dövlət xadimi, Rus və Polşa inqilab hərəkatının üzvü. Ən çox "Dəmir Feliks" ləqəbi ilə tanınır. Həmçinin, "Qanlı Feliks" və ya "FD" ayamasıyla da tanınmışdır. SSRİ kəşfiyyat idarəsi olan "ÇEKA"nın qurucusu kimi də tanınır.
Feliks Dzerjinski | |
---|---|
pol. Feliks Dzierżyński | |
Ümumrusiya Müəssislər Məclisinin üzvü[d] | |
5 (18) yanvar 1918 – 6 (19) yanvar 1918 | |
Şəxsi məlumatlar | |
Doğum adı | Feliks Szczęsny Dzierżyński |
Doğum tarixi | 11 sentyabr 1877[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 20 iyul 1926[3][4][…] (48 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, inqilabçı |
Dini | Lapsed katolik[d], ateizm |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəFeliks Dzerjinski 11 sentyabr 1877-ci ildə Rusiya imperiyasının Vilno quberniyasının Dzerjinovo malikanəsində anadan olmuşdur. 1895-ci ildə Dzerjinski Litva sosial-demokratiyası sıralarına daxil olur, onun inqilabi qanadına qoşulur, peşə və fabrik şagirdləri dərnəklərinə rəhbərlik etmişdir. 1896-cı ildə gimnaziyanı tərk edir və peşəkar inqilabçı olur. 1897-ci il, mart-iyul aylarında Kovnoda inqilabi iş aparır, qeyri-leqal polyak qəzeti buraxır, Aleksotadakı tətilə rəhbərlik edir. 1897-ci il, 29 iyulda Dzerjinski həbs olunur. 1898-ci il, 24 mayda Vyatka quberniyasına sürgün olunur. 1899-cu ilin avqustunda sürgündən qaçır. Dekabrda Varşavaya gəlir və "Sosial-Demokrat Fəhlə İttifaqı"nı yaradır. 1900-cü ildə yenidən həbs olunaraq, Varşava qalasının X pavilyonuna salınır. 1901-ci ilin oktyabrında Dzerjinskinin Şərqi Sibirə sürgünə göndərilməsi barədə qərar qəbul olunur. 1902-ci ilin mayında Dzerjinski Aleksandrovsk mərkəzi həbsxanasının siyasi məhbusların etiraz nümayişinə rəhbərlik etmişdir. 1903–1904-cü illərdə isə "Çervonı ştandar" qəzetinin nəşrinə rəhbərlik etmişdir. 1904-cü ilin dekabrında gizli surətdə Varşavaya gəlmiş, 1905-ci il, 1 mayda Varşavada 1 may nümayişini təşkil etmişdir. iyulun 30-da yenidən həbs olunsa da, 2 noyabrda həbsxanadan azad edilir. 1906-cı ilin aprelində RSDFP-nin IV qurultayında Dzerjinski ilk dəfə olaraq Leninlə görüşür. İyulda Dzerjinski RSDFP MK-nın heyətinə daxil edilir. Avqust-sentyabr aylarında isə Peterburqda işləyir. 1917-ci il, 7 noyabrda Dzerjinski Oktyabr silahlı üsyanında fəal iştirak edir. 1919-cu il, martında RK(b)P MK üzvü seçilir. 30 martda Dzerjinski Xalq Daxili İşlər Komissarı olur. 1920-ci il, 5 apreldə RK(b)P MK Plenumu Dzerjinskini RK(b)P MK Təşkilat Bürosu üzvlüyünə namizəd seçir. Feliks Dzerjinski 20 iyul 1926-cı ildə Moskvada qəflətən vəfat etmişdir.
Mənbə
redaktə- A. Tişkov. Dzerjinski. Bakı, Gənclik, 1989.
İstinadlar
redaktə- ↑ 1 2 Felix (Feliks) Edmundowitsch Dserschinski // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Bibliothèque nationale de France Feliks Edmundovič Dzeržinskij // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Дзержинский Феликс Эдмундович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 http://www.nndb.com/gov/019/000065821/.