Ferdinand Fos - Wikipedia
Ferdinand Foş (fr. Ferdinand Foch; 2 oktyabr 1851[1][2][…] – 20 mart 1929[3][1][…], Paris[3]) — Fransa hərbi xadimi, marşal (1918). Fransa Akademiyasının üzvü (1918).
Ferdinand Foş | |
---|---|
fr. Ferdinand Foch | |
Şəxsi məlumatlar | |
Doğum adı | Ferdinand Jean Marie Foch |
Doğum tarixi | 2 oktyabr 1851[1][2][…] |
Vəfat tarixi | 20 mart 1929[3][1][…] (77 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Fransa |
Qoşun növü | Fransa Silahlı Qüvvələri |
Xidmət illəri | 1870-ci ildən |
Rütbəsi | feldmarşal[d] |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəFerdinand Foş 1851-ci il, 2 oktyabr tarixində Yuxarı Piriney departamentinin Tarb şəhərində məmur ailəsində anadan olub. O Tarbda məktəbə getmiş və Sent Etyen şəhərindəki yezuit kollecində təhsil almışdır. 1870-ci ildə piyada alaya çağırılmışdır. Fransa-Prussiya müharibəsindən sonra Foş hərbi karyerasını davam etdirmək qərarına gəlir. 1871-ci ildə Ali Poltexnik məktəbinə qəbul olur. Foş təhsilini başa vurmamış orduda kiçik zabitlərin çatışmazlığına görə artıq 1873-cü ildə 24-cü artilleriya alayında leytenant rütbəsi alır. 1887-ci ildə Ali Hərbi Akademiyanı bitirmiş, 1895–1900-cü illərdə akademiyanın professoru və 1908–1911-ci illərdə isə rəisi olmuşdur. Birinci dünya müharibəsində (1914–1918) Baş qərargah rəisi, 1918-ci ilin aprelindən müttəfiq qoşunlarının ali baş komandanı təyin edilmişdir. 1920-ci ilin yanvarında Paris sülh konfransı (1919–1920) Ali Şurasının iclaslarında Cənubi Qafqaz respublikaları problemlərinin müzakirəsində iştirak etmişdir. Antantanın Ali Hərbi Şurasının sədri olan Foş məruzə ilə çıxış edərək Qafqaza bir neçə diviziya göndərməyi zəruri saymışdı. O, hesab edirdi ki, yalnız hərbi qüvvə göndərməklə Qafqazı bolşevik işğalı təhlükəsindən xilas etmək olar.[5]
Ailəsi
redaktəYeganə oğlu leytenant German Foş və kürəkəni kapitan Bekur Maas döyüşündə, 1914-cü ildə həlak olmuşdu.
Əsərləri
redaktə- Les principes de la guerre (1903)
- La conduite de la guerre (1904)
Rus dilinə tərcümədə
redaktə- О ведении войны / пер. с франц., 2 изд. Москва, 1937;
- Воспоминания (Война 1914–1918 гг.), пер. с франц. Москва, 1939.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Ferdinand Foch // Léonore verilənlər bazası (fr.). ministère de la Culture.
- ↑ 1 2 3 4 Фош Фердинанд // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 LIBRIS. İsveç Milli Kitabxanası, 2018.
- ↑ "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. I cild. Bakı: Lider nəşriyyatı, 2004, s.379" (PDF). 2015-04-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-03-10.