Ferens Herceq - Wikipedia
Ferens Herçeq (22 sentyabr 1863[1][2][…] – 24 fevral 1954[1][2][…], Budapeşt[3]) — Macar yazıçı və dramaturq, milliyətçi mühafizəkar fikrin davamçılarından[4].
Ferens Herçeq | |
---|---|
Ferenc Herczeg | |
Doğum adı | Franz Herzog |
Doğum tarixi | |
Doğum yeri | Vrşaç, Avstriya-Macarıstan |
Vəfat tarixi | (90 yaşında) |
Vəfat yeri | Budapeşt, Macarıstan |
Dəfn yeri | |
Həyat yoldaşı | Yanka Qrill |
Fəaliyyəti | yazıçı, jurnalist, dramaturq, siyasətçi, nasir |
Əsərlərinin dili | Macarca |
Janr | roman |
Tanınmış əsəri | "Həyatın Qapıları" romanı |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəFerens Herçeq 1863-cü ilin sentyabr ayının 22-də Vrşaç şəhərində anadan olmuşdur. Ali məktəbə hüquq ixtisası üzrə daxil olmasına baxmayaraq, təhsilini ədəbiyyat sahəsi üzrə davam etdirmişdir. 1890-cı ildə ilk romanını nəşr etdirən Herçeq, 1895-ci ildə "Ui Dök" adlı jurnalın həm redaktoru həm yaradıcısı olmuşdur. Bu jurnal yarım əsr Macarıstanın mühafizəkar yuxarı və orta təbəqələrinin mətbu orqanı idi. O, 1896-cı ildə Macar parlamentinə seçilmişdir. 1901-ci ildə isə "Petüfi" cəmiyyətinin prezidenti olmuşdur.
Ədəbi fəaliyyəti
redaktəOnun romanları özündə yumoru, sarkazmı və sosial tənqidi ehtiva edirdi. Bunun ən məşhur nümunəsi "Dyurkoviç qızları" (ing. The Gyurkovics Girls) (1893) adlı əsəridir. Əsərdə ağıllı ana və onun 7 qızından söz açılır. 1912-ci ildə qələmə aldığı çox səs gətirən romanlarından biri- "Arzu ölkəsi" adlı romanı Amerikan biznes maqnatı və macar əsilli macəraçı arasında sonu qısqanclıq və cinayətlə bitən məhəbbət haqqındadır. Onun arxiyepiskop Tamas Bakoç haqqında qələmə aldığı tarixi romanı 1925, 1926, 1927-ci illərdə 3 dəfə "Nobel Ədəbiyyat" mükafatı namizədliyinə irəli sürülmüşdür[5]. Sonralar o tərzini dəyişərək romanlarının məğzini daha "ciddi" bir yönə yönəltdi. Onun tarixi hadisələrlə zəngin ən çox səs gətirən romanı 1919-cu ilə qəlmə aldığı "Həyatın qapıları" (mac. Az élet kapuja ) adlı romanıdır. Əsərdə rönesans dövrü İtaliyadan bəhs olunur. Bundan başqa Ferens Herçeqin "Üç cangüdən" (mac. A három testőr ) (1894), "Mavi tülkü qaçırıldı" (mac. Kék róka) (1917) kimi sosial komediyaları və tarixi dram janrında yazılmış "Bizans" (mac. Bizánc) (1904) və "Körpü" (mac. A híd ) (1925) adlı diqqətəlayiq əsərləri vardır.
Əsərləri
redaktə- Yuxarıda və aşağıda – 1890 (ing. Above and Below)
- Mutamur- 1893
- Dyurkoviç qızları – 1893, (ing. The Gyurkovics girls)
- Mülkədar Doovanın qızı- 1893 (ing. The Daughter of the Landlord of Dolova )
- Dyurkoviç oğlanları- 1895 (ing. The Gyurkovics boys)
- Hontinin evi- 1896, dram (ing. The House of Honty)
- İlk qasırğa- 1899, dram (mac. The First Storm)
- Həyatın qapıları- roman, 1919 (ing. The Gates of Life)
Əsərləri üzrə çəkilən filmlər
redaktə- Yeddi bacı (1915, ABŞ) , (ing. The Seven Sisters)
- Polkovnik (1917, Avstriya-Macarıstan) , (ing. The Colonel)
- Erotikon (1920, İsveç)
- Altının bacısı (1920, İsveç), (ing. A sister of Six )
- Rakoçinin martı (1933, Avtriya, Macarıstan), (ing. The Rakoczi March)
- Sensasiya (1936, Macarıstan), (mac. Szenzáció)
- Bütpərəst (1937, Macarıstan), (mac. Pogányok)
- Mavi Tülkü (1937, Macarıstan), (ing. The Blue Fox)
- Dyurkoviç oğlanları (1941, Macarıstan), (mac. Gyurkovics fiúk )
- Son rəqs (1941, İtaliya), (it. L'ultimo ballo)
- Yeddi sevgili (1942, ABŞ), (ing. Seven Sweethearts)
- Sirius (1942, Macarıstan), (mac. Szíriusz )
İstinadlar
redaktə- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Ferenc Herczeg // Encyclopædia Britannica (ing.).
- ↑ Deutsche Nationalbibliothek Record #121829855 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ "Ferenc Herczeg". 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-07.
- ↑ ""Nomination Database"". 2022-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-07.