Ferentsvaros - Wikipedia
Ferentsvaroş Gimnastika Klubu (mac. Ferencvárosi Torna Club) — qısaca Ferentsvaroş və ya Fradi olaraq da bilinən Macarıstan Milli Çempionatında Budapeştin Ferentsvaroş rayonunu təmsil edən macar futbol klubudur.
Ferentsvaroş GK | ||||
---|---|---|---|---|
mac. Ferencvárosi Torna Club | ||||
Klubun tam adı | Ferentsvaroş Gimnastika Klubu | |||
Ölkə | Macarıstan | |||
Ləqəb(lər) |
Ferentsvaroş, FTK və Fradi Zöld Sasok (Yaşıl Qartallar) Zöld-fehérek (Yaşıl Ağlar) |
|||
Kodu | FGK | |||
Rəng(lər) | yaşıl, ağ | |||
Yaranma tarixi | 3.5.1899 | |||
Stadionu | Qrupama Arena, Budapeşt | |||
Tutumu | 22 000 | |||
Prezident | Qabor Qubadov | |||
Baş məşqçisi | Deyan Stankoviç | |||
Liqa | 1-ci Milli Çempionat | |||
2023-24 | Çempion | |||
| ||||
Rəsmi saytı | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Ferentsvaroş 1899-cu ildə Ferenc Springer və Budapeştin 9-cu rayonu olan Ferentsvaroşun bir qrup yerli sakini tərəfindən təsis edilmişdir. Ferentsvaroş, finalda Turində Yuventusu 1–0 məğlub etdikdən sonra 1964–65-ci il şəhərlərarası Yarmarka Kubokunun qalibi olmasına görə beynəlxalq arenada yaxşı tanınır. Ferencvaros eyni yarışmada 1968-ci ildə Lids Yunaytedə, eləcə də 1974–75 mövsümündə UEFA Kuboklar Kubokunun finalında Kiyev Dinamoya uduzaraq ikinci olmuşdur.
Klub ölkənin ən populyar kişi futbol komandasıdır. Ferentsvaroş TC bölmələrinə qadın futbolu, qadın həndbolu, kişi futzal, kişilər üçün hokkey, kişi həndbolu, kişilər üçün su polosu, velosiped idmanı, gimnastika, atletika, güləş, körlinq və üzgüçülük komandaları daxildir, onlardan bəziləri çox uğurludur.
Klubun rəngləri yaşıl və ağdır və klubun maskotu yaşıl qartaldır, buna görə də klubun digər ləqəbi Yaşıl Qartallardır.
Qalibiyyətləri
redaktəDaxili
redaktə- Nemzeti Bajnokság I (Macarıstan futbol liqasının ən yüksək səviyyəsidir)
- Qalibiyyətlər (35): 1903, 1905, 1906–07, 1908–09, 1909–10, 1910–11, 1911–12, 1912–13, 1925–26, 1926–27, 1927–28, 1931–32, 1933–34, 1937–38, 1939–40, 1940–41, 1948–49, 1962–63, 1964, 1967, 1968, 1975–76, 1980–81, 1991–92, 1994–95, 1995–96, 2000–01, 2003–04, 2015–16, 2018–19, 2019–20, 2020–21, 2021–22, 2022/23, 2023/24
- İkinciliklər (36): 1902, 1904, 1907–08, 1913–14, 1917–18, 1918–19, 1921–22, 1923–24, 1924–25, 1928–29, 1929–30, 1934–35, 1936–37, 1938–39, 1943–44, 1945, 1949–50, 1959–60, 1965, 1966, 1970, 1970–71, 1972–73, 1973–74, 1978–79, 1981–82, 1982–83, 1988–89, 1990–91, 1997–98, 1998–99, 2001–02, 2002–03, 2004–05, 2014–15, 2017–18
- Nemzeti Bajnokság II(2-ci liqa)
- Qalibiyyətlər (1): 2008–09
- İkinciliklər (1): 2006–07
- Magyar Kupa(Macarıstan kuboku yarışı)
- Qalibiyyətlər (24): 13: 1912–13, 1921–22, 1926–27, 1927–28, 1932–33, 1934–35, 1941–42, 1942–43, 1943–44, 1955–58, 1971–72, 1973–74, 1975–76, 1977–78, 1990–91, 1992–93, 1993–94, 1994–95, 2002–03, 2003–04, 2014–15, 2015–16, 2016–17, 2021–22
- Szuperkupa(Nemzeti Bajnokság I) çempionları və (Magyar Kupa) qalibləri arasında illik futbol matçıdır)
- Qalibiyyətlər (6): 1993, 1994, 1995, 2004, 2015, 2016
- Ligakupa(illik futbol turniri)
- Qalibiyyətlər (2): 2012–13, 2014–15
Avropa
redaktə- Yarmarkalar Kuboku
- Qalibiyyətlər (1): 1964–65
- İkinciliklər(1): 1967–68
- UEFA Kuboklar Kuboku
- İkinciliklər (1): 1974–75
- Mitropa Cup(1992-ci ildən sonra turnir dayandırıldı.)
- Qalibiyyətlər (2): 1928, 1937
- İkinciliklər (4): 1935, 1938, 1939, 1940
- Challenge Cup(1911-ci ildən sonra turnir dayandırıldı.)
- Qalibiyyətlər (1): 1909
- İkinciliklər (1): 1911
- Tournoi de Nöel de Paris
- Qalibiyyətlər (1): 1935[1]
Heyəti
redaktə23 mart 2022-ci il tarixindəki məlumat
Qeyd: FİFA-nın uyğunluq qaydalarına uyğun olaraq bayraqlar milli komandanı göstərir. Oyunçular birdən çox qeyri-FIFA vətəndaşlığına sahib ola bilərlər.
|
|
İcarəyə verilir
redaktə
|
|
məşqçi: Deyan Stankoviç
redaktəİstinadlar
redaktə- ↑ "International Tournaments (Paris) 1904-1935". www.rsssf.com. 2020-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-28.