Feyenoord Stadionu - Wikipedia
Feyenoord Stadionu - Wikipedia - Haqqında Məlumat
Feyenoord stadionu — Niderlandın Rotterdam şəhərində yerləşən və Feyenoord klubunun ev oyunlarını keçirdiyi stadion. Stadion eyni zamanda de Kuip adı ilə də tanınır. Stadionun tikintisinə 1935-ci ildə başlanılıb, 1937-ci ildə isə açılışı olub. Stadionun oturacaq sayı 51,117 nəfərdir. Stadionda Feyenoord klubu ilə yanaşı Niderland millisidə bəzi oyunlarını keçirir.
Feyenoord stadionu | |
---|---|
Tam adı | Feyenoord stadionu |
Yeri | Rotterdam, Niderland |
Təməli qoyulub | 1935 |
Tikilib | 1935-1937 |
Açılış tarixi | 23 iyul 1937 |
Sahibi | Feyenoord |
Tamaşaçı tutumu | 51,117 |
Ev sahibi komanda | Feyenoord |
Ot örtüyü | ot |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Feyenoord stadionu Niderland və Belçikada keçirilən 2000-ci il Avropa çempionatının oyunlarının beşinə, o cümlədən turnirin final qarşılaşmasına ev sahibliyi edib. Bundan əlavə stadion müxtəlif dönəmlərdə UEFA Çempionlar Liqası, UEFA Kuboklar Kuboku və UEFA Kubokunun final görüşlərinədə ev sahibliyi edib.
Avropa çempionatı - 2000
redaktəTarix | Nəticə | Mərhələ | ||
---|---|---|---|---|
13 iyun 2000 | İspaniya | 0–1 | Norveç | C qrupu |
16 iyun 2000 | Danimarka | 0–3 | Niderland | D qrupu |
20 iyun 2000 | Portuqaliya | 3–0 | Almaniya | A qrupu |
25 iyun 2000 | Niderland | 6–1 | Yuqoslaviya | ¼ final |
2 iyul 2000 | Fransa | 2–1 | İtaliya | Final |
Xarici keçidlər
redaktəVikianbarda Feyenoord stadionu ilə əlaqəli mediafayllar var.
- Rəsmi sayt
- Feyenoord Stadionu bələdçisi
- Hollandomania.ru saytında Arxivləşdirilib 2010-06-21 at the Wayback Machine
- Worldstadiums.com saytında Arxivləşdirilib 2015-03-29 at the Wayback Machine