Filadelfiya Tecrubesi - Wikipedia
Filadelfiya eksperimenti (ing. Philadelphia Experiment) — ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən aparılan əfsanəvi eksperimentdir.[1][2][3] 28 oktyabr 1943-cü ildə ABŞ donanmasının Pensilvaniya əyalətinə bağlı olan Filadelfiya şəhərinin limanında baş verən təcrübədir. İddiaya görə, donanmaya aid bir qoruma destroyeri olan DE 173 sinifi 1240 tonluq "USS Eldridge" bir neçə dəqiqə içərisində 600 km.-dən çox bir uzaqlığa gedib və təkrar gəlmişdir. Təcrübənin varlığı mövzusunda heç bir dəlil yoxdur. Amerika donanması da belə bir təcrübənin qeydlərdə var olmadığını ifadə etmişdir. Al Bielek xaric təcrübəyə qatıldığı iddia edilən bütün əsgərlər bunu yalan, hekayənin bir aldatmaca olduğunu söyləmişlər. Bielekin hekayəsi də daha sonra təkzib olunmuşdu. Layihənin digər adı "Göy qurşağı" əməliyyatıdır (ing. Rainbow Project). "Filadelfiya eksperimenti" əsas məqsədi gözəgörünməz gəmilər yaratmaq idi. Eksperiment "şəhər əfsanəsi"dir. Lakin bu əfsanə doğru da ola bilər. 1984-cü ildə "Filadelfiya eksperimenti" filmi çəkildikdən sonra əfsanədən yenidən danışılmağa başlandı.[4][5][6][7][8][9] "Göy qurşağı əməliyyatı" (ing. Rainbow Project) adıyla da bilinən bu təcrübə, 1984-cü ildə ağ pərdəyə, yəni, bu haqda filmin çəkilişinə kimi ciddiyə alınmamışdı. Ancaq o tarixin bu günə qədər rəsmi mövqelər tərəfindən dəfələrlə uydurma hesab olunmasına baxmayaraq ən çox maraqlanılan mövzulardan biri olmuşdur.[10][11][12][13]
Əfsanə
redaktə1930-cu ildə "Göy qurşağı" layihəsi Çikaqo Universitetində başlanmış, Prinston Universitetində davam etdirilmişdir. Bu layihədə Albert Eynşteyn, Con Fon Neyman və Nikola Tesla kimi fiziklər iştirak edirdi. Əfsanəyə görə, Albert Eynşteyn bu eksperimentdə öz "Hər şeyin nəzəriyyəsi"ni yoxlamışdır.
1943-cü il 28 oktyabrda səhər saat 09:00-da ilk eksperiment həyata keçirildi. İçərisi 181 adamla dolu olan "Eldric" gəmisi Atlantik okeanından bir göz qırpımında Hind okeanına keçir. Gəmidə nə saat, nə də kompas işləyir. Gəmidəki insanlar vaxtından tez qocalaraq vəfat edirlər. 13 adam yanaraq vəfat edir. Digərləri isə elektrik boşalmasından və qorxudan ölürlər.[14]
Albert Eynşteynin iştirakı
redaktəAlbert Eynşteyn öz "Nisbilik nəzəriyyəsi" ilə məşhurdur. Allyende ikinci məktubunda yazır ki, Eynşteyn bu nəzəriyyəni 1925–1927-ci illər arasında hazırlamışdır. Həkim Bertran Rassel deyir ki, nizbilik nəzəriyyəsi başa çatmışdır. Həmçinin, o, deyir ki, insan bunun üçün yaranmayıb və Üçüncü Dünya Müharibəsinə qədər olmayacaqdır. Bertran məşhur yazıçı, filosof, humanist, pasifist olmuşdur. O, Eynşteyn ilə dostluq edirdi.[15]
Bəs "Nisbilik nəzəriyyəsi" nə üçündür? Əsas fikir ondadır ki, bir hərəkət ilə Universal qüvvələri-Elektromaqnetizm, cazibə qüvvəsi və nüvə enerjisini riyazi yolla izah etməkdir. Bəzən hesab olunur ki, dördüncü qüvvədə mövcuddur. Ona "Zəif Universal Qüvvə" deyilir. Həmin qüvvə cazibə qüvvəsi ilə əlaqədədir. Bu elektrik ilə maqnit arasındakı əlaqəyə uyğun gəlir. Nəzəriyyədən başa düşülür ki, əgər nəzəriyyə başa çatdırılarsa, rentgen şüalarını, hətta bütün materiyanı özündə saxlaya bilər. Eynşteyn Ali Riyaziyyatı yaxşı bilmədiyindən bu məsələni sonuna kimi həll edə bilməmişdi. Güman olunur ki, Albert Eynşteyn "Nisbilik nəzəriyyəsini" Filadelfiya eksperimentində sınaqdan keçirmişdir.[16]
Əfsanə haqqında
redaktəAllyende "Filadelfiya eksperimenti"nin 22 iyunda baş verdiyini iddia sürmüşdü. Bu mərhələdən sonra yaşıl rəngdə bir səs gəmini ötməyə başlamış və "USS Eldridge" ortadan itmişdi. Karlos Allyende "Filadelfiya eksperimenti"ni aşağıdakı kimi danışırdı:
Bir an yalnız gəminin çapasını görə bildim, sonra o da itdi, ortada artıq nə səs, nə də USS Eldric vardı; bomboş dənizə baxırdıq, bizim gəmidə olan üst rütbəli zabitlər və elm adamları qorxu, dəhşət və həyəcan içində nəfəslərini tutaraq bu inanılması güc müvəffəqiyyətlərini müşahidə edirdilər. Gəmi və mürəttəbatı həm radarda, həm də gözlərimizin qarşısında yox olmuşdu. Hər şey planlandığı kimi gedirdi, 15 dəqiqədən sonra əmr verildi və generatorların şalteri bağlanıldı. Əvvəl heç bir şey olmadı, arxasından yaşıl səs təkrar ortaya çıxdı və USS Eldric yenidən görünməyə və ortaya çıxmağa başladı. Amma gəmi hara getmiş və haradan gəlirdi? Səs azalarkən, bir şeyin qəribə getdiyini hiss edirdik. Dərhal gəmiyə yanaşdıq, ilk əvvəl mürəttəbatın çoxunun gəminin yanından sallanıb səssiz halda olduqlarını gördük, digərləri isə gəminin göyərtəsində çaşmış halda gəzirdilər, sanki heç birinin şüuru yerində deyildi. Səlahiyyətli qruplar gəmiyə girərək bütün mürəttəbatı qısa müddət içərisində uzaqlaşdırdılar və yerlərini hazır gözlədilən yeni bir mürəttəbat aldı. Bir iki gün sonra, yeni bir təcrübəyə daha qərar verildi. Gəmi istənilən radar görünməzliyinə çatmışdı, təchizat dəyişdirildi və 28 Oktyabr 1943-cü ildə təcrübə yenə eyni gəmidə təkrarlandı. Generatorlar işə başladıqdan dərhal sonra" Destroyer" az qala görünməzlik xəttinə çatmışdı, yalnız burnu və arxası görülür, arada isə bəzi xəttlər müəyyən naməlum halda seçilirdi. Sonra yalnız su üzərində gəmi boyunda bir xətt qaldı. Bir iki dəqiqə sonra mavi bir işıq parladı və həmin xətt də yox oldu. İndiyə kimi gəmi tamamilə yox olmuşdu. Bir neçə dəqiqə sonra millər tərəfindən uzaqda Norfolk da ortaya çıxdı. Göründükdən bir az sonra bilinməyən bir səbəblə yenə itdi və Filadelfiyada təkrar ortaya çıxdı. Bu dəfə vəziyyət çox ciddi idi, bütün mürəttəbatın başı bəlada idi. Bəziləri yox oldu və bir daha geri dönmədi. Bu hadisənin ən qorxunc hissəsi isə beş dənizçinin gəminin əriyən və sonra yenə qatılaşan metal lövhələrinin içində qalmaları idi. Bu çox faciəvi bir vəziyyət idi. Dənizçilərdən biri xilas oldu. Lakin bir daha əvvəlki halına dönə bilmədi. Ağlını tamamilə itirmişdi. Amma edəcək heç bir şey yox idi. Bəzilərinin psixik qabiliyyətləri inkişaf etmişdi, küçədə gedərkən itən və yenə ortaya çıxan insanlar vardı. Maqnit sahənin içində qalan mürəttəbatdan itənlər ancaq birinin üzünə və əlinə toxunmaqla görünən hala gəlirdilər, yəni toxunmanın geyimin olmadığı bir yerə edilməsi lazım idi. "Donma" adı verilən bu hadisə saatlarla, günlərlə davam edə bilirdi, hətta bir tayfa tam altı ay donduqdan sonra canını qurtara bilmişdi. Elektronik kamuflyaj başladıqdan sonra gəminin və mürəttəbatının tamamilə itib, çox uzaq bir yerdə ortaya çıxıb və sonra yenidən geri dönməsinə səbəb olan nə idi?[17][18][19][20][21][22] |
Bu hekayəyə görə, "USS Eldridge", 28 oktyabr səhəri Filadelfiya limanından 640 km. kənardakı (375 mil) Norfolk hərbi dəniz bazasına gedib təkrar gəlmiş və bu hadisə bir neçə dəqiqə içərisində davam etmişdir. Cessap bu inanması çətin hekayəyə təmkinli yanaşmışdı. Allyendeni göndərdiyi cavabda daha çox detal və hadisənin həqiqətiylə əlaqədar dəlillər istədi. Allyendeni cavabı isə bir neçə aydan sonra gəldi. Lakin bu səfər gələn məktubda Karlos M. Allyende imzası vardı.[23][24][25][26] Allyen dəlili olmadığını yazırdı. Ancaq hipnoz seansına qatıla, ya da pentotal (şüuru keyidərək iradəni qıran doğrunu dedirdən bir dərman) alaraq gördüklərini həqiqət olduğunu müdafiə edirdi. Cessap bu məktubdan sonra yazışmamaya qərar verdi.
Əfsanənin tarixi
redaktəƏfsanənin insanlar arasında geniş miqyasda danışılmasına 1955-ci ildə ufoloq Morris Cessap tərəfindən yayılmışdır. Karlos Allyende də Morrisnən dostluq edirdi. 1957-ci ilin yazında Cessap, "Dəniz Qüvvələri Araşdırma Bürosu"ndan bir dəvət aldı. Büroya çatan zaman ona yenə uydurma yazdığı (və əksəriyyətlə ününü borclu olduğu) "The Case for the UFO" adlı kitab göstərildi. Bu kitab bir ilə qədər əvvəl büroya göndərilmişdi. Kitabın diqqət çəkici tərəfi isə səhifələrdə alınmış olan yazılardır. Qeydlər üç fərqli yazıyla yazılmışdı və minlərlə il əvvəlki sivilizasiyalardan danışılırdı. Dünyaya gələn kosmos vasitələri təsvir edilirdi. Sonunda isə Güc sahələrindən, bir maddənin necə itib, necə ortaya çıxarıla biləcəyi və 1943-cü ildə edilən təcrübədən danışılırdı. Cessap yazılardan birinin Allyendenin aid olduğunu fərq edib vəziyyəti bildirdi. Sonrasında digər yazıların da eyni adama aid olduğu, fərqli rəng və özəlliklərdəki maddələr yazıldığı aydın oldu.[27] [28][29][30][31]
Bu hadisədən sonra Dəniz Qüvvələri Cessap ilə yenidən əlaqə qurub Allyendeni məktublarında yazdığı ünvanın tərk edilmiş bir ferma evinə aid olduğunu, ayrıca, Cessapın kitabının üzərindəki qeydlərlə və Allyendenin məktubları ilə birlikdə yenidən təşkil edilərək Deniz Qüvvələri Bürosunda paylanacağını bildirdi. Rəqəm tam olaraq bilinməməklə birlikdə, bu şəkildə 100-ə qədər kopiyanın Deniz Qüvvələrində paylandığı sanılmaqdadır. Bu təzyiqdən üç kopiya da Cessapa göndərilmişdir.[32][33]
Morris Cessapın ölümü
redaktəƏfsanənin insanlar arasında geniş miqyasda danışılması hadisəsindən iki il sonra 1959-cu ildə Mayamidə Morris Cessap maşınında ölü tapılmışdır. Polislərin söylədiklərinə görə, Morris qaz sızmasından vəfat etmişdir. Bu hadisədən sonra Karlos Allyende bir daha olaraq eksperimentdən danışmadı. 1984-cü ildə isə "Filadelfiya eksperimenti" filmi çəkildikdən sonra əfsanədən yenidən danışılmağa başlandı.[34]
Alfred Bielekin ifadəsi
redaktəBu gün bilinən "Filadelfiya eksperimenti" hekayəsinin çoxunun ifadələri 1984-cü ildə istehsalı Stevart Rafillin çəkdiyi "Filadelfiya eksperimenti" adlı filmdən yayılmışdır. 1990-cı illərdə Eldric gəmisinin mürəttəbatında Alfred Bielek təcrübənin içində iştirak etdiyini ifadə etmiş, bu ifadə internet vasitəsilə yayılmışdır. Ancaq 2003-cü ildə Bielekin hekayəsi kiçik bir araşdırmacı qrup tərəfindən yalanlanmış, təcrübə əsnasında gəminin yaxınında bir yerdə olmadığı göstərilmişdir.[35]
Əfsanədəki əsassızlıqlar
redaktə"USS Eldridge" gəmisi 27 avqust 1943-cü ilə qədər xidmətə girmədi, Sentyabr ayına qədər də New York limanından ayrılmadı. Oktyabrda gəmi Bahama adalarına doğru ilk sınaq səfərinə çıxmışdı. Eldric gəmisində vəzifə edənlərin də üzvü olduğu bir döyüş qaziləri birliyi, aprel 1999-cu ildə nümayiş etdiyi məlumatda gəminin əsla Filadelfiya limanına uğramadığını ifadə etmişlər.[36]
Alternativ şərhlər
redaktəAraşdırmacı Jak Valle, "USS Eldridge" yanında dəmirli olan "USS Engstrom (DE-50)" gəmisində gəmiləri maqnetik minalara qarşı görünməz etmək olan və bənzər şəkildə elektromaqnitlərlə edilən bir təcrübəsi təyin etmişdir. Gəmi elektromaqnitlərlə edilərək maqnetik görünməzliyə çatdırılmağa çalışılmışdır. Ancaq bu təcrübənin internetdə gəzən hekayə ilə heç bir əlaqəsi olmadığını söyləməkdədir.[37]
Həmçinin bax
redaktəİzlə
redaktəƏdəbiyyat
redaktə- Charles Berlitz, William L. Moore: The Philadelphia Experiment. Grosset & Dunlap, New York 1979, ISBN 0-448-15777-2.
- Joseph P. Farrell: Secrets of the Unified Field. The Philadelphia Experiment. The Nazi Bell, and the Discarded Theory ISBN 1-931882-84-3.
- Oliver Gerschitz: Verschlußsache Philadelphia-Experiment. Kopp Verlag, Rottenburg 2004, ISBN 3-930219-78-6.
- George E. Simpson, Neil R. Burger: Thin Air. Dell, New York 1978, ISBN 0-440-18709-5.
İstinadlar
redaktə- ↑ "Skeptic's Dictionary entry on the Philadelphia Experiment". 2021-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-28.
- ↑ "Borderlands">Dash, Mike Borderlands: The Ultimate Exploration of the Unknown; Overlook Press, 2000; ISBN 0-87951-724-7
- ↑ "Did the U. S. Navy teleport ships in the Philadelphia Experiment? Arxivləşdirilib 2009-01-06 at the Wayback Machine by Adams, Cecil; URL accessed 20 fevral 2007
- ↑ "Philadelphia experiment The Skeptic's Dictionary". 2021-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-28.
- ↑ Borderlands Woodstock, New York Overlook Press
- ↑ Yhdysvaltojen merivoimissa kiistetään että kyseinen koe olisi tehty, ja tarina on ristiriidassa Eldridgen tunnetun historian kanssa
- ↑ USN-NHC The "Philadelphia Experiment" Naval Historical Center of the United States Navy Arxivləşdirilib 2007-02-20 at the Wayback Machine
- ↑ "Prepared Statement by Nikola Tesla". 2011-07-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-28.
- ↑ "Pepe's Tesla Pages". 2018-12-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-28.
- ↑ Teorian kannattajat muistuttavat usein, että näkymättömyysteknologiaa on kehitetty, mutta ne liittyvät metamateriaali
- ↑ "Howstuffworks.com". 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-28.
- ↑ "Dukenews.duke.edu". 2018-03-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-28.
- ↑ "Philadelphia experiment Robert Todd The Skeptic's Dictionary". 2021-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-28.
- ↑ Николай Непомнящий: XX век — Хроника необъяснимого, Год за годом. Год издания: 1999. Издат.: АСТ, Олимп Страниц: 512
- ↑ "Naval Historical Center's entry for the "Philadelphia Experiment"". 2007-02-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-28.
- ↑ "Navweaps.com "Filadelfiya eksperiment"". 2017-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-28.
- ↑ "Skeptic's " Filadelfiya eksperiment"". 2021-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-28.
- ↑ Filadelfiya eksperiment[ölü keçid]
- ↑ "Filadelfiya eksperiment: Sən bu haqda nə bilirsən". 2022-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-28.
- ↑ "Filadelfiya eksperiment". 2009-01-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-28.
- ↑ "Filadelfiya eksperiment və Hutçison effekti". 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-28.
- ↑ "Filadelfiya eksperiment 2006". 2006-08-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-28.
- ↑ "Filadelfiya eksperimenti Türkcə". 2011-11-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-28.
- ↑ "Molekul Transferi Gerçək oldu? Filadelfiya eksperimenti Türkcə". 2012-04-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-28.
- ↑ "Filadelfiya eksperimentində səyahət Türkcə". 2012-08-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-28.
- ↑ "Alfred Bielek Almanca". 2012-03-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-28.
- ↑ "Filadelfiya eksperimenti əfsanəsi Almanca". 2020-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-28.
- ↑ "Artikel mit Eldric gəmisinin şəkli Almanca". 2010-03-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-28.
- ↑ "Filadelfiya eksperimenti Almanca". 2014-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-28.
- ↑ "Filadelfiya eksperimentinin tarixi İspanca". 2010-11-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-28.
- ↑ "Filadelfiya eksperimenti haqqında İspanca". 2012-04-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-28.
- ↑ "Filadelfiya eksperimenti və Montauk Layihəsi İspanca". 2021-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-28.
- ↑ "Filadelfiya eksperimenti İspanca". 2006-12-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-28.
- ↑ "Filadelfiya eksperimenti haqqında əfsanə İtalyanca". 2019-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-28.
- ↑ "Filadelfiya eksperimenti Portagizcə". 2008-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-28.
- ↑ "Filadelfiya eksperimenti İtalyanca". 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-28.
- ↑ Filadelfijski eksperiment Xorvatca [ölü keçid]
Xarici keçidlər
redaktə- Eldric əfsanəsi "Komsomol həqiqəti" məqaləsi (rus.).
- Narod.ru "Filadelfiya eksperimenti" (rus.).
- Filadelfiya eksperimenti sirri (rus.).
- "Filadelfiya eksperimenti 50 ildən sonra" (ing.).
- "Filadelfiya eksperimenti" Arxivləşdirilib 2007-02-20 at the Wayback Machine (ing.).
- "Filadelfiya eksperimenti" Arxivləşdirilib 2007-02-20 at the Wayback Machine (ing.).
- "Filadelfiya eksperimenti: Gəmi haqqında informasiya" Arxivləşdirilib 2014-10-18 at the Wayback Machine (ing.).
- Science Article about High Tech Materials that can funnel light around an object
- Link catalogue for the Philadelphia Experiment and the Montauk Project Arxivləşdirilib 2018-01-04 at the Wayback Machine
- Filadelfiya eksperiment və Alfred Bielek Arxivləşdirilib 2008-05-22 at the Wayback Machine
- Filadelfiya eksperimenti haqqında məlumat
- Filadelfiya eksperimenti
- Filadelfiya eksperimenti haqqında Arxivləşdirilib 2008-01-08 at the Wayback Machine