Filds Medali - Wikipedia
Filds medalı Beynəlxalq Riyaziyyat Birliyi tərəfindən dörd ildə bir keçirilən Beynəlxalq Riyaziyyat Konqresində yaşı 40-dan çox olmayan iki, üç və ya dörd riyaziyyatçıya verilən mükafatdır. Bu mükafat onu təsis edən Kanada riyaziyyatçısı Con Çarlz Fildsin şərəfinə adlandırılmışdır. Filds medalı riyaziyyat sahəsində ən yüksək mükafatlardan biri hesab olunur və həm bu mükafata, həm də riyaziyyatçılara verilən digər bir mükafat olan Abel mükafatına bəzən "riyaziyyatçıların Nobel mükafatı" deyirlər.
Filds medalı | |
---|---|
Fields Medal | |
|
|
Tip | elmi mükafat[d] |
Statistika | |
Təsis tarixi | 1936 |
mathunion.org/imu-awards… | |
Vikianbarda əlaqəli mediafayllar |
İlk dəfə 1936-cı ildə Finlandiya riyaziyyatçısı Lars Ahlfors və ABŞ riyaziyyatçısı Cessi Duqlasa təqdim edilmişdir. Bundan sonra, İkinci dünya müharibəsinə görə növbəti mükafat yalnız 1950-ci ildə verilmiş və bu zamandan başlayaraq mütəmadi olaraq hər dörd ildən bir təqdim olunur.
Laureatlar
redaktə- 1936
- 1950
- 1954
- 1958
- 1962
- 1966
- 1970
- 1974
- 1978
- 1982
- 1986
- 1990
- 1994
- 1998
- 2002
- 2006
- 2010
- 2014
Bəzi faktlar
redaktə1954-cü ildə 27 yaşında ikən Filds medalını qazanan ən gənc alim olan Jan-Pyer Serr hələ də bu titulu qoruyub saxlayır.
1966-cı ildə Aleksandr Qrotendik, 2006-cı ildə isə Qriqori Perelman bu medala layiq görülsələr də, onu almaqdan imtina etmişlər.
1970-ci ildə Sergey Novikov, 1978-ci ildə isə Qriqori Marqulis Sovet hökumətinin qoyduğu qadağalara görə mükafatlandırma mərasimlərində iştirak edə bilməmişlər.
1990-cı ildə Edvard Vitten bu mükafatı alan ilk və hələ ki yeganə fizik olmuşdur.
2014-cü ildə Artus Avila bu mükafatı alan ilk Braziliyalı və Latın Amerikalı olmuşdur. Eyni ildə Məryəm Mirzəxani bu mükafata layiq görülən ilk qadın və eyni zamanda ilk İran əsilli şəxs olmuşdur.
Ədəbiyyat
redaktə- Atiyah M., Iagolnitzer D. (eds.) Fields medallists’ lectures. World Scientific, 2003. ISBN 981-238-256-9
- Casacuberta C., Castellet M. (eds.) Mathematical research today and tomorrow. Viewpoints of seven Fields medalists. Springer-Verlag, 1992. ISBN 3-540-56011-4
- Monastyrsky M. Modern mathematics in the light of the Fields medals (with a foreword by Freeman Dyson). A K Peters, 1998. ISBN 1-56881-065-2
Xarici keçidlər
redaktə- Rəsmi saytı, Filds medalı haqqında ətraflı məlumat (ing.)
- List of Fields Medallists, Laureatların siyahısı (ing.)