Finval - Wikipedia
Finval (lat. Balaenoptera physalus) — Zolaqlı balinalar fəsiləsinə aid növ. Göy balinanın yaxın qohumu hesab edilir və ondan sonra ölçülərinə görə ikinci canlıdır. Yaxın qohum olmaları bəzən onlardan hibridlərin törəməsinə səbəb olur.
Finval | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Finval |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Təsnifat
redaktəFinval ilk dəfə Federik Martenson tərəfindən 1675-ci ildə sonradan isə Pol Dadlı tərəfində 1725-ci ildə qeydə alınmışdır. Növün təsnifatını və elmi qeydiyyatını Linnaeus verir (Balaena physalus, 1758).[3] Qraf Laseped XIX əsrin əvvəllərində yendən təsnifatını vermiş və Balaenoptera physalus adlandırmışdır.
Finvallar Zolaqlı balinalar (Balaenopteridae) fəsiləsinə, Dişsiz balinalar sinfinə aid növdür.[4] İstər Şimali Atlantika,[5] istərsə Sakit okeanın şimal hissəsində finvallarla Göy balinaların[6] ibridlərinə rast gəlinir.
2006-cı il məlumatına görə finvalların iki yarımnövü vardır. Onlar istər xariçi görünüş istərsə siqnallarına görə fərqlənirlər. Balaenoptera physalus physalus (Linnaeus 1758) Şimali Atlantika finvalı, və Balaenoptera physalus quoyi (Fischer 1829) Antarktika finvalı.[7] Alimlərdən bir qismi üçüncü (Şimali Sakit okean finvalı) yarımnövünün olmasını bildirirlər.
Görünüşü
redaktəYetkin fərdlərin Şimal yarımkürəsində uzunluqları 18–24 metr, Cənub yarımkürəsində 20–27 metr arasında olur. Balinakimilərin digər nümayəndələrinin bir çoxlsrından fərqli olaraq finvalların dişiləri erkəklərdən iri olur. Onların çəkiləri 40–70 ton təşkil edirdi. Ölçülərinə görə Göy balinalardan geri qalsada, uzunluqlarına görə isə heçdə geri qalmır
Finvalların tünd-boz və ya tünd-qəhvəyi, qarnı və üzgəclərin aşağı nahiyəsi isə ağ olur.
Yayılması
redaktəFinvallar qış ayları əsasən Subtropik qurşaqlara miqrasiya edirlər. Onlara bütün öleanlarda rast gəlmək olur. Yay ayları Arktika və Antarktika sularına miqrasiya edirlər. Hər iki növün nümayəndələri hec vaxt ekvator sularında müşahidə edilmirlər. Cənub yarımnövü şimal yarımnövünə nisbətdə 10% iri olurlar.
Xüsusiyyətləri
redaktəFinvallar yalqusaz olaraq belə yaşaya bilirlər. Adətən qruplar halında (6 başdan ibarət) yaşayırlar. Bir çox balinalardan fərqli olaraq daha dərinə baş vura bilirlər. Onların sürəti 50 km/s təşkil edir. Onlar suyun 230 metrinə qədər baş vura bilirlər. Suyun altında 15 dəqiqə qalırlar. Qıdasının əsasını kirillər təşkil edir. Gün ərzində iki ton qida qəbul edirlər. Buraxdıqları fontanın hündürlüyü bəzən 6 metr təşkil edir.
Çütləşmə və bala vermə il boyu baş verə bilir. Bununla belə qış dövrü bala vermə ən pik vaxtına təsadüf edir. 2–3 ildən bir bala verirlər. Yeni doğulan finvalın çəkisi 1800 kq təşkil edir. Altı ay müddətində südlə bəslənirlər. Bu zaman onların uzunluğu 10–12 metr olur. Yetkinliyə 6–10 yaşında çatırlar. Orta ömür müddəti hətta yüz ili keçir.
Ovlanması və qorunması
redaktəSahildən uzaq yaşamaları və yüksək sürəti onları uzun zaman insanların diqqətindən kənar etmişdir. Ancaq XIX əsrdə elmi inkişafın sayəsində insanlsrın diqqət mərkəzinə çevrilir. Göy balinanın demək olar tükənmə həddinə çatmasından sonra əsas hədəf finvala ötrülür. Təkcə 1938-ci 28 min finval ovlanmışdır. Balina ovu sənayesi 1960-cı ilin sonlarına dayandırılır. 1982-ci ildən isə finvalların ovlanmasına qadağa qoyulur. 2006-cı ildə İslandiya hökuməti balinalara qoyulan qadağanı birtərəfli qaydada pozmuşdur. 22 oktyabr 2006-cı ildə ilk finval ovlanılır.
Qiymətləndirilməyə görə dünyada 400 min cənub və 70 min şimal finval yarımnövü yaşayırdı. İntensiv ovlanma onların sayını 5 minə qədər azaltmışdı. Nadir canlılar hesab edilirlər. Hazırda qiymətləndirilməyə əsasən dünyada 15 min cənub, 40 min şimal yarımnövü yaşayır.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
- ↑ Linnaeus, C. Systema naturae per regna tria naturae, secundum classes, ordines, genera, species, cum characteribus, differentiis, synonymis, locis. Tomus I. Editio decima, reformata. Holmiae. (Laurentii Salvii). 1758. 824. 2015-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-22.
- ↑ Gingerich, P. Whale Evolution // McGraw-Hill Yearbook of Science & Technology. The McGraw Hill Companies. 2004. ISBN 0071427848.
- ↑ Bérubé, M. "A new hybrid between a blue whale, Balaenoptera musculus, and a fin whale, B. physalus: frequency and implications of hybridization". Mar. Mamm. Sci. 14. 1998: 82–98. 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-24.
- ↑ Doroshenko, V.N. "A whale with features of the fin and blue whale (in Russian)". Izvestia TINRO. 70. 1970: 225–257.
- ↑ Finval: ITIS saytındakı taksonomiya
Ədəbiyyat
redaktə- R. R. Reeves, B. S. Stewart, P. J. Clapham, J. A. Powell: See Mammals of the World — a complete Guide to Whales, Dolphins, Seals, Sea Lions and Sea Cows. A&C Black, 2002, ISBN 0-7136-6334-0 (Führer mit zahlreichen Bildern)
- M. Würtz, N. Repetto: Underwater world: Dolphins and Whales. White Star Guides, 2003, ISBN 88-8095-943-3
Xarici keçidlər
redaktə- Dəniz məməliləri. Finval Arxivləşdirilib 2021-01-22 at the Wayback Machine
- О финвалах на сайте American Cetacean Society Arxivləşdirilib 2006-09-27 at the Wayback Machine (ing.)