Fiqurlarin Qarsiliqli Elaqesi Sahmat - Wikipedia
Fiqurlarin Qarsiliqli Elaqesi Sahmat - Wikipedia - Haqqında Məlumat
Şahmat terminlərinin lüğəti — Şahmat ədəbiyyatında tez-tez rast gəlinən əsas şahmat anlayışları və terminləri verilir.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Axmaq matı — şahmatda ən tez mümkün olan mat növü.
- Alyoxin müdafiəsi — şahmatda debüt, 1. e2-e4 Ag8-f6. gedişləri ilə başlayır.
- Armaqedon
- Avanpost
B
redaktəC
redaktə- Cinah — Şahmat taxtasının bir hissəsi sol cinah ağlar üçün vəzir, qaralar üçn isə şah cinahı adlandırılır[1].
Ç
redaktəD
redaktə- Daimi şah — "Şah"ların ardıcıl seriyasıdır ki, şah özünə sığınacaq tapa bilmir[1].
- Dəyirman — Topun və filin iştirakı ilə açıq silsilə şahlar elan edən kombinasiyanın adı[2].
- Dəyişmə — Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir[1].
- Düzgün olmayan başlanğıc — Bir sıra az işlənən və nəzəriyyəcə zəif işlədilmiş başlanğıcların (1.d3-Andersson debütü; 1.e3-van Kruysa debütü; 1.c3-Saraqossa başlanğıcı; 1.d3-Mizes başlanğıcı) və adsız başlanğıcların (1.b3, 1. Ac3, 1.g4, 1. Ah3 və s.) ümumi adı[3].
E
redaktəF
redaktə- Fiqurların qarşılıqlı əlaqəsi — Şahmat mübarizəsinin mühüm strateji prinsipi olaraq vahid plana tabe olan fiqurların dəyişdirilməsidir[4].
G
redaktə- Götürmə — Taxta üzərindən rəqibin fiqurunu və ya piyadasını çıxarmaq. Bu zaman oyunçu fiqurunu və ya piyadanı rəqibin fiqurunun və ya piyadasının tutduğu xanaya qoyur[2].
H
redaktə- Həmlə — Konkret məqsədə nail olmaq üçün bir və ya bir neçə gediş həmlə adlanır[2].
İ
redaktə- İki at müdafiəsi — İtalyan şahmatçısı və nəzəriyyəçisi D. Polerianın əlyazmalarında təsadüf olunur[5].
- İkiqat şah — Eyni vaxtda iki fiqurun şaha təhlükə törətməsi[1].
Q
redaktə- Qədim hind başlanğıcı (Benko debütü, Macarıstan görüşü) — Bu debütü ilk dəfə olaraq XIX əsrdə tətbiq edən Hindistan şahmatçılarının şərəfinə adlandırılmışdır[4].
- Qədim hind müdafiəsi — Bu debüt qədimdən məlumdur və K. Yanişin əsərlərində xatırlanır[4].
O
redaktə- Oppozisiya — Bu, şahların elə bir yerləşməsidir ki, şaquli, üfüqi, yaxud diaqonal xətlər üzrə onların arasındakı xanaların sayı tək olsun[2].
P
redaktə- Pirs-Ufimsev müdafiəsi — Yuqoslaviya qrossmeyestri və sovet ustasının şərəfinə adlandırılmışdır[5].
- Ponsiani debütü — İlk dəfə XVIII əsrdə italyan nəzəriyyəçisi tətbiq etmişdir[6].
R
redaktə- Reti debütü — Nəzəri cəhətdən yaradan və onu sistematik olaraq praktikasında tətbiq edən çex qrosmeysterinin şərəfinə adlandırılmışdır[6].
Ş
redaktə- Şimal qambiti — İlk dəfə olaraq 1867-ci ildə danimarkalı usta Martin From və isveç şahmatçısı Hans Linden tərəfindən praktikaya tətbiq edilmişdir[4].
T
redaktə- Təcrid olunmuş piyada — Mürəkkəb şaquli xətlərdə öz piyadası olmayan piyada[1].
V
redaktə- Vyana görüşü — XIX əsrdə Qampenin başçılığı altında bir qrup Vyana şahmatçısı tərəfindən işlənmişdir[6].
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Zeynallı, Əliyev, 1986. səh. 14
- ↑ 1 2 3 4 5 6 Zeynallı, Əliyev, 1986. səh. 13
- ↑ Zeynallı, Əliyev, 1986. səh. 11-12
- ↑ 1 2 3 4 Zeynallı, Əliyev, 1986. səh. 12
- ↑ 1 2 Zeynallı, Əliyev, 1986. səh. 11
- ↑ 1 2 3 Zeynallı, Əliyev, 1986. səh. 10
Ədəbiyyat
redaktə- Zeynallı, Azər; Əliyev, Pərviz. Sadıqova, H. (redaktor). Şahmat aləminə səyahət. Bakı: İşıq. 1986. 112.