Firudin Agayev Yazici - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Ağayev Firudin Balakişı oğlu (22 noyabr 1933, Lənkəran – 16 oktyabr 1995) — nasir, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1962).
Firudin Ağayev | |
---|---|
Firudin Balakişı oğlu Ağayev | |
Doğum tarixi | 22 noyabr 1933 |
Doğum yeri | |
Vəfat tarixi | 16 oktyabr 1995 (61 yaşında) |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | yazıçı |
Həyatı
redaktəFirudin Ağayev 1933-cü il noyabrın 22-də Lənkəran şəhərində fəhlə ailəsində doğulmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsində təhsil almışdır (1953–1958). Əmək fəaliyyətinə Azərbaycan Televiziya və Radıo Verilişləri Komitəsində redaktor kimi başlamış (1958), sonra radio uşaq verilişləri redaksiyasında baş redaktor (1960–1963), televiziya uşaq verilişləri redaksiyasında baş redaktorun müavini (1963–1966), bədii verilişlər redaksiyasında baş redaktorun müavini (1966–1968), uşaq və gənclər verilişləri redaksiyasında baş redaktor (1968), səhnə verilişləri redaksiyasının redaktoru (1968–1969), "İncəsənət" redaksiyasının baş redaktoru (1969–1970), "Ekran" yaradıcılıq birliyi redaksiya heyətinin üzvü (1970–1971), baş redaktoru (1971–1973), musiqili verilişlər baş redaksiyasının redaktoru (1973–1976), əyləncəli proqram redaksiyasının böyük redaktoru (1976), "Gənclik" redaksiya proqramını hazırlayan qrupun redaktoru (1976–1978) olmuşdur. Ədəbiyyat verilişləri redaksiyasında şöbə müdiri (1978–1991), kinoverilişləri baş redaksiyasının böyük redaktoru (1991–1995) vəzifələrində çalışmışdır.
Ədəbi yaradıcılığa 1953-cü ildə universitetin "Lenin tərbiyəsi uğrunda" qəzetində çıxan oçerk və hekayələri ilə başlamışdır. Onun "Ananın məktubu" hekayəsi 1956-cı ildə "Azərbaycan gəncləri" qəzetində dərc edilmişdir. Bundan sonra oçerk, hekayə, roman, pyes və ssenari sahəsində fəaliyyət göstərmişdir.
Onun "Skripkanın qayıtması", "Həyat, söylə sən kiminsən?", "Leyla və onun dostları" ssenarilərınə telefılm çəkilmiş, "Qayğı", "Səməndər quşu", "Cırtdanın sərgüzəştləri", "Xoruz" pyesləri səhnəyə qoyulmuşdur. Medalla təltif olunmuşdur (1970). 1995-ci il oktyabrın 16-da Bakıda vəfat etmişdir.
Əsərləri
redaktə- Qayıq dənizə çıxır. Bakı: Uşaqgəncnəşr, 1961, 84 səh.
- Qardaşlar. Bakı: Gənclik, 1967, 89 səh.
- Səni düşünürəm. Bakı: Azərnəşr, 1970, 100 səh.
- İldırım dənizə çaxır. Bakı: Gənclik, 1975, 325 səh.
- İldırım ömrü. Bakı: Gənclik, 1981, 303 səh.
- Mən uşaq olmamışam. Bakı: Gənclik, 1985, 324 səh.
- Skripkanın sərgüzəşti. Bakı: Gənclik, 1988, 176 səh.
Filmoqrafiya
redaktəİstinadlar
redaktə Yazıçı haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |