Firuze Mineral - Wikipedia
Bu məqalə Firuzə daşı haqqındadır. Digər mənalar üçün Firuzə səhifəsinə baxın. |
Firuzə — mineral, kimyəvi tərkibi (CuAl6[PO4]4(OH)8·4H2O) olan çox nadir və qiymətli daş.
Fars dilindən tərcümədə, firuzə — "xoşbəxtlik daşı" deməkdir. Çox zaman "firuzə" sözünü fars dilindən "Piruz", yəni, "qalib gələn" kimi də tərcümə edirlər. Qədim dövrlərdən zərgərlikdə istifadə edilən firuzə bərəkət və var-dövlət rəmzi hesab edilirdi.
Rəngi açıq mavidən, göy, yaşıl və tünd yaşıl çalarlara qədər olur. Sıxlığı 2,6–2,8-dir.
Firuzə mineralının çıxarıldığı yataqlar: Misir, Sinay yarımadası, İran, Əfqanıstan, Tacikistan, Türkmənistan.
Dünyada süni firuzə mineralının istehsalı geniş yayılmışdır ki, bu mineralları əsil firuzədən yalnız mütəxəssislər ayıra bilirlər.
Su tərkibli olan fosfar və alüminium birləşməsi sayılır. Kimyəvi tərkibi olduğu kimi qalmır və durmadan dəyişikliyə uğrayır; CuO — 9,57%, Al2O3–36,84%, Pb2O3–34,12%, H2O — 19,47%. Adətən mikrokristallik hissəsi böyrəkşəkilli formada olur, damarcıq sahələri isə yığışmış vəziyyətdədir. Tərkibinə durmadan sink, xrom, nikel, titan, kükürd, barium və s. kimi dəyişiklikləri olur. Mavi firuzə rəngi qeyri – adi bir xarakterə malikdir, çünki onun tərkibində azacıq olsa da mis qarışımına rast gəlmək mümkündür. Köhnəlmə prosesində və mineralların oksidləşməsi gücləndikdə başqa maddələrə çevrilir, dəmir, silisium turşusu, kalsium, sink və bir çox maddələri özündə saxlayaraq firuzənin özündə birləşdirdiyi rənglərə ayrılır. Yaşılmtıl, qonur və s. rəngləri olan firuzələr oksidləşmişdir, onların tərkibində mis da vardır. Kaolin və başqa tərkibdə olanlar üzərində xüsusi nöqtələrdən təşkil olunur. Çox tez hallarda firuzənin tərkibində kvars, pirit yəni dəmir kolçedanı və başqa minerallar da yer alır və tez – tez müxtəlif qarışımlar daxil edilir. Firuzəni emal etmək olduqca asandır. Firuzə hidroskopik materialdır. Bu bəzək əşyasını müxtəlif dərəcələrdə olan temperatorlardan qorumaq lazımdır, həmçinin qızdırılma və turşuların fəaliyyətindən uzaq olmalıdırlar. Sabunun köməyi ilə bu daşları təmizləmək qəti şəkildə qadağandır. Cilalayıcı, itiləyici və nəm tərkibli materiallardan da uzaq tutmaq məsləhət görülür. Ən bahalı firuzə növü mavi rəngdə olanlardır. Mineral firuzələr, qara jilka ilə taxılanlar, hətta yaşıl – yaşıl rəngə çalan firuzələr də öz növünə görə xüsusi dəyər malikdir, lakin bütün bunlara baxmayaraq daha çox təbiətə yaxın olan hava rəngli mavi firuzələr seçilir. Ən yaxşı və keyfiyyətli firuzələrə dünya ölkələri içərisində İranda və Arizonada rast gəlmək mümkündür. Bir çox dünya ölkələrində də firuzələrə rast gələ bilərsiniz, lakin onlar keyfiyyət cəhətdən çox da əlaverişli olmayacaq, üstəlik onların tərkibindəki qarışımlar və parlaqlığı da olmayacaqdır. Həmçinin firuzənin tərkibində nə qədər çox oksid olarsa onun maviliyi də o qədər tündləşir. Müxtəlif rənglərdə olan, xüsusən daha tünd rəngə çalaraq qara rəngli karbon tərkibinə malik olan yaxud oksidi çoxalan mavi firuzələr daha baha qiymətə satılır.
Firuzə ən gözəl bəzək daşlarından biridir və bəşəriyyətə lap qədim zamanlardan məlumdur. Bəzək əşyaları və talismanlar kimi firuzə daşlarını arxeoloji qazıntılar nəticəsində Mərkəzi Amerikada, Misirdə, Orta Asiyada aşkar etmişlər. Müsəlman aləmində isə firuzə daha çox sevilən daş kimi qiymətləndirilir. Bəzək əşyalarında firuzədən istifadə edilərkən bu daş həmişə düzgün formada olmur, digər daşlardan seçilir və qızıl, gümüş əşyalarında daha çox yararlanılır. Qədim zamanlarda firuzə heç vaxt qızıl əşyalarında işlənmirdi, çünki insanlar düşünürdü ki, qızıl əşyası ilə firuzə yanaşı qoyularkən o öz gözəlliyini itirir. Buna görə də difər metal bəzək nümunələrində, ağacdan və digər materiallardan hazırlanmış parçalarda bu daşdan istifadə edilirdi.
Adətən firuzə özündə mikro və gizli kristall formasında olan aqreqatları birləşdirir, özünəməxsus damarcıqlardan ibarət olur, forma baxımından əyri – üyrü olur, üzəri cilalanmış üsuldadır, böyrəkşəkilli xarakteri özündə birləşdirir. Kristal formada olan firuzələrə çox az hallarda rast gəlmək olar, firuzənin kristal formasında olan ölçüsü isə 0,3 mm yaxud da daha misaca formaya malik olur. Firuzə möhtəşəm formaya malik olmasa da onun qopmuş hər hansı hissəsi xüsusi işıq effektinə malik olur. Onun hansı rəngə malik olması isə firuzənin alovlu, təkrar olunmaz mavi rəngə malik olmasını təşkil edir. Bildirdiyimiz kimi firuzə daha çox mavi olur yəni yaşılmtıl, bəzən isə qonur yaşıl rənglərinə də rast gəlinir. Firuzənin rəngi günəşin altında zəifləyə bilər. Bu daşın işığı şüşəyə bənzəyir və bəzən də elə hiss edilir ki, sanki rəngi qaçmışdır. Firuzə daşının yerləşmə bölgələrinə daha çox dağlıq yerlər uyğun gəlir və onlar özlərində mis sulfidini birləşdirilər.
Firuzənin yerləşmə yeri kimi MDB ölkələri arasında Orta Asiyada daha geniş yayılmışdır xüsusən Kurman və Kızıl bölgələrində. Onlar firuzə rayonları kimi məşhurdur. Orta Asiyda firuzənin yığılması lap qədim zamanlardan olmuşdur, buna qədim əmək alətləri də sübutdur. Orta Asiyadan tapılan firuzələr damarcıq şəkilli, linza formasında, düzgün formada olmayan görkəmə malikdirlər. Onların rəngləri isə çox müxtəlif olur; göyümtül və hava rəngində mavi tona malikdirlər. Bəzilərinin isə yaşıl rəngsə keçid etdiyini də görmək mümkündür. Yaşıl ilə bozun qarışığı hətta boz rəngdə olanlar da az deyil. Firuzə axtarışlarının edilməsi Azərbaycan və Gürcüstan ərazisində də həmin daşın mənbələrinin olduğunu göstərir. Lakin indiyə kimi ən yaxşı keyfiyyətə malik olan firuzələr İranda, şimali qərbdə yerləşən Nişapur şəhərində çıxarılır. Firuzə əl ilə qazılaraq çıxarılır. Ən böyük mənbəyə malik olan yer isə ABŞ – ın Arizona, Kolorada, Nevada, Nyu Meksika ştatlarındadır. Firuzəyə aid olan bir çox mənbələr Çili, Peru, Meksika, Koreya Xalq Respublikası və Avstraliyada da tapılmışdır.
Firuzənin təbii formada olan görünüşü həmişə süni yolla rənglənmiş yaxud süni olan mavi firuzələrin analoqlarından da baha olur. İllər keçdikdə firuzə yataqları itirilməyə başlanılır və məhz bu səbəbdən müəyyən zamandan sonra onun dəyəri olduqca bahalaşacaqdır. Firuzələr həddindən artıq tələb olunur və durmadan tələbata uyğun olaraq hazırlanılır. Yaşıl firuzə mavi firuzə iləı müqayisədə 3 dəfə aşağı qiymətə malik olur. Dünya bazarında 60% firuzə ən yaxşı üslubda olanlardır, 80 % firuzələr isə təxminən Arizona ştatında olnalar hesab olunur ki, bu daşların da daha yaxşı keyfiyyətə malik olması vurğulanır. Firuzənin diaqnozunun qoyulması olduqca çətindir, yalnız sintetik və təmizlənmiş daş olduğuna görə deyil, eyni zamanda yüksəksəviyyəli təqlid etmə bacarığı da vardır.
Firuzələr heç bir yerdə külli miqdarda yaxud böyük daş formasında tapılmır. Böyük formada olan daşlar daha çox onu təqlid edən saxta daşlar sayılır. Müasir zamanımızda əldə olunan firuzələrin çox hissəsi rənglənir. Bu kimi firuzələr ətrafın təsirinə daha az məruz qalır. Rənglənmiş formada olan saxta firuzələr də çoxdur və onlar keyfiyyət cəhətdən rəngin altında gizlədilir. Bəzən firuzələrin də saxta formada olub, lakin yüksək vəziyyətə və keyfiyyətə sahib olnaları vardır. Bu kimi saxta firuzələri müxtəlif bəzək əşyalarında daş kimi istifadə edirlər, amma xatırladaq ki, onların mühüm görünüşü və dəyəri vardır.
Müasir zamanımızda firuzənin və onun saxta formasın geniş yayılması bazarda 80 % firuzə daşına ehtiyac olduğunu göstərdi. Venesiya firuzələri xüsusi əl işləri ilə hazlrlanmış olur, onlarda malaxit, hidrooksid aliminiumu və fosfor turşusuna rast gəlinir. Neolit adı altında olan firuzələr mis fosforundan və hidrooksid alüminumundan təşkil ounur. Bu növdə olan sintetik firuələr olduqca alovlu və yaşılla sarının qarışığı kimi rənglənilir. Bu firuzələr təbii hesab olunumur. Müəyyən vaxtdan sonra onlar qaralır yaxud öz rənglərini itirilər. Sintetik tərkibi olan firuzələrin digərin fərqli cəhəti ondadır ki, bu firuzələr öz formasını heç vaxt dəyişmir. Çox hallarda firuzə plasmasdan, müxtəlif sümük materiallarından və bəzi məmulatlardan hazırlanır. Hətta firuzəni şüşə, farfor, kalsedon, laurit, kaulit və s. düzəltmək mümkündür. Bəzən gips və alebastır kimi həqiqi daşlardan seçilməyən firuzələr də böyük ustalıqla hazırlanır. Firuzə daşı həm də qədim Misirdə ticarətində satılan qitmətli daşlardan biridir.
Magik gücü
redaktəBəzi düşüncələrə görə yaşıl rəngdə olan firuzələr çox köhnə və pis, mavi rəngdə olanlar isə gənclik və yaxşılıq mənasını ifadə edir. Bu düzgün deyil. Mavi, firuzəyi və yaşıl rəngdə olan bütün firuzələr eyni yaşa malikdir. Tünd yaşıl rəngə malik olan firuzələr çox bahadır, lakin onların rəngi mavi ilə müqayisədə davamlıdır. Müəyyən zaman keçdikdən sonra və yaxud bilinməyən bir gərginlik nəticəsində bu tipdə olan firuzələr sintetik üslubda yaradılanlardan fərqli olaraq dəyişikliyə uğramır və baha olur. Bütün zamanlarda firuzə həmişə talisman daşdır, öz sahibinə həqiqət, düzgünlük, yüksək elmlərin öyrənilməsinə bacarıq, xüsusən mənəvi aləmin qorunması və özünü bu dünyada təsdiq etməyə kömək edir. Həmçinin mənəvi cəhətdən insana təsir edən kitabların oxunmasında da əhəmiyyətli rol oynayır. Bu daş sülhün daşıyıcısı və pisliyin qənimidir. Amulet kimi dəyərləndirildikdə firuzə uşaqlar tərəfindən istənilən yaşda taxıla bilinər və bu daş onları mənfi təsirlərdən qoruyacaqdır. Firuzə daşını bəzən qılınca bənzədirlər və bu daş pisliyin kəskinliyinə işarədir. Həmişə pisliklə müharibə zamanı firuzə qoruyucu əhəmiyyət daşıyır. Öz sahibini qara qüvvələrdən qoruyur və ona qarşı edilmiş fallar, magiq hadisələrdən təmizləyir. Əgər onun sahibinə pislik edilirsə, yaxud nəzər salınırsa bu zaman həmin daş ya öz rəngini itirir yaxud da qəfldən parçalanır. Deyilən fikirlərə görə firuzə insnaları bəd ölümdən belə qoruyur. Kasıblıqdan uzaqlaşdırır, hirsin yatırılmasında yararlıdır.
Firuzənin mavi rəngdə olması onun dünyəvi rəngi mənasını ifadə edir və insanın ölümündən sonra qalxa biləcəyi səmanı işarə edir. Bir sözlə mənəvi hissin əsas simvoluna çevrilmişdir. Yunanlar üçün bu da Afroditaya məxsus hesab olunurdu, astexlər isə firuzəni göylər allahının göz yaşları sayırdı. Qadınların sevdiyi üçün bu daşı qədimdən etibarən sevgi daşı kimi qiymətləndirdilər. Farslar hətta deyirdilər ki, məhəbbətdən ölən insanların sümükləri firuzəyə çevrilir. Müsəlman aləmində məşhurlaşan firuzə qələbə daşı və xüsusi gücə malik olan talisman idi. Həmçinin Qafqazlar və Orta Asiya ölkələrində gəlin üçün əsas toy hədiyyələrindən biridir. Firuzə uğur və sülhün daşıdır, insanlar arasındakı mübahisəni uzaqlaşdırır, əsəbi və pis düşüncələri kənarlaşdırır, həmçinin aldadılmaz və həqiqi sevginin simvoludur.
Mavi rəngdə olan firuzələr öz rənglərinə görə insanlara xüsusi enerji verir. Veneradan olanlar üçün gənclik və cavanlıq rəmzidir. Yaşıl firuzə ağılın daşıdır, hansı ki, güc və müdrikiyi özündə birləşdirən Saturunu əks etdirir. Buna görə də həmin daşı yalnız güclü və ağıllı insanların daşıması məsləhət görülür. Yaşıl rəngli firuzələr psixoloji cəhətdən insanlara yaxşı təsir edir, mavi rəng isə daha çox uşaqlar və gənclər üçün məsləhətlidir. İstənilən rəngdə firuzəsi olan insanların pul barəsində heç vaxt çatışmazlıqları olmur, həm də insanların xüsusi diqqətini cəlb edir.