Florida Yarimadasi - Wikipedia
Florida yarımadası (ing. Florida) — Şimali Amerikanın cənub-şərqində yerləşir. Ərazisinin böyük hissəsi Florida ştatını torpaqlarında yerləşir. Sahəsi 115 min km² təşkil edir. Şərqdə Atlantik okeanın, qərbdə isə Meksika körfəzi onun sahillərini yuyur. Kuba adasında onu Florida boğazı ayırır.
Florida yarımadası | |
---|---|
Yerləşməsi | |
28°00′00″ şm. e. 81°30′00″ q. u.HGYO | |
Akvatoriya |
Atlantik okean Meksika körfəzi |
Ölkə | ABŞ |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Yarımada ərazisində ən hündür zirvə 99 m təşkil edir. Bu yaylada karst məşəlli təbiət abidələrinə rast gəlinir. Yarımadanıb şərq hissəsi nisbətən yüksəlmiş, qərb hissəsi isə nisbətən alçaqdır. Bu hissə laqun və Manqrov meşələri ilə zəngindir. Ərazi okeanın təsirinə məruz qalır. Şimalda subtropik, cənub hissədə isə tropik iqlim qurşağında yerləşir. Qımı isti və günəşli, qışı isə bürküdür. Orta temperatur yanvarda 14 °S (şimalda), 20,7 °S (cənubda) arası dəyişir. İyulda isə temperatur 27°S 28,7°S təşkil edir. İllik yağıntının miqdarı — 1200–1400 mm. Çayları qısa ancaq bol suludur. Buna misal kimi Sent-Cons çayını göstərmək olar. Ərazi göllər və bataqlıqlarla zəngindir. Burada Amerikanın cənub hissəsində yerləşən ən böyük gölü (Okiçobi) məhz burada yerləşir. Everqleyds Milli Parkı milli park statusuna malikdir. Şimalında subtropik iqlim qurşağında (Şam ağacı, Maqnoliya, cırtdan palma), cənubunda isə — tropik bitkiləri , Palmakimilər və s. geniş yayılmışdır. Bölgə Fosforit və Titan kimi faydalı qazıntıları ilə tanınır. ABŞ-nin əsas turizm ərazilərindəndir. Xüsusi ilə Mayami qış ayları daha çox turist qəbul edir.[1].
-
Milli park
-
Dosluq fontanı
-
Florida ştatı
İstinadlar
redaktə- ↑ "Florida (yarımada)". 2016-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-31.