Fnatic - Wikipedia
Fnatic – Birləşmiş Krallıq kiberidman klubu. 23 iyul 2004-cü ildə yaradılmış klub London şəhərində məskunlaşmışdır.
İdman | kiberidman |
---|---|
Yaranma tarixi | 23 iyul 2004 |
Region | Böyük Britaniya |
Rənglər | narıncı-qara-ağ |
Bölmələr | League of Legends, Valorant, Dota 2, Counter-Strike 2 |
Sayt | Rəsmi saytı |
Klubun "League of Legends" komandası Avropanın ən uğurlu komandalarından biri hesab olunur və League of Legends EMEA Çempionatında (LEC) çıxış edir. Komanda 2011-ci ildə keçirilmiş ilk League of Legends üzrə dünya çempionatının qalibi olmaqla yanaşı, 7 dəfə LEC-də çempion olmuşdur.
"League of Legends" komandası ilə yanaşı klubun "Counter-Strike 2", "Dota 2", "Fortnite Battle Royale", "Rainbow Six Siege", "Valorant", "FIFA", komandaları fəaliyyət göstərir. Keçmiş illərdə "Clash Royale", "Heroes of the Storm", "Smite", "PUBG Mobile" komandaları mövcud olmuşdur.[1]
Tarixi
redaktə"Fnatic" 23 iyul 2004-cü ildə Sem Metyus və Anna Metyus tərəfindən yaradılmışdır.[2] 2008–2009-cu illərdə sponsorluq razılaşmasına əsasən "FnaticMSI" adını daşımışdır.[3]
2020-ci ildə Çində fəaliyyət göstərən elektrotexnika şirkəti "Hisense" ilə əməkdaşlıq müqaviləsi imzalamışdır.[4] Həmin il "BMW" ilə əməkdaşlıq müqaviləsi imzaladığını açıqlamışdır.[5] 2022-ci ilin noyabrında klub "Fnatic Music" adlı musiqi leyblını yaratmışdır.[6]
League of Legends
redaktəKlubun "League of Legends" komandası 2011-ci ilin martında "myRevenge" komandasının heyəti əsasında yaradılmışdır. Komanda ilk mövsümündə League of Legends üzrə dünya çempionatına vəsiqə qazanmış, finalda 2–1 hesabı ilə gələrək ilk dünya çempionu olan komanda olmuşdur.[7] Lakin növbəti mövsüm dünya çempionatından kənarda qalmışdır.
2013-cü ildə komanda LEC-də həm yaz, həm də yay splitinin qalibi olmuşdur. Rekkles həmin mövsüm daimi olaraq komandaya qoşulmuşdur.[8] Klub dünya çempionatında yarımfinala qədər irəliləsə də, "Royal Club"-a uduzmuşdur. 2015-ci ildə klub 18 qələbə qazanaraq LEC-i məğlubiyyətsiz başa çatdıran ilk komanda olmuşdur.[9] Həmin mövsüm komandada Huni, Reignover, Febiven kimi oyunçular çıxış etmişdir.[10][11]
2018-ci ildə komandanın heyətinə Hylissang qoyulmuşdur.[12] Komanda həmin mövsüm LEC-in yaz splitində çempion olmuşdur.[13] Həmin mövsüm komanda dünya çempionatında uğurlu çıxış edərək "Edward Gaming" və "Cloud9" kimi komandaları məğlub edərək finala çıxmışdır.[14][15][16] Finalda "Invictus Gaming" klubuna məğlub olaraq dünya çempionu ola bilməmişdir.[17] 2020-ci ildə komanda həm yaz, həm də yay splitində LEC finalına çıxsa da, iki finalda da "G2 Esports" komandasına uduzmuşdur.[18]
Heyət
redaktəFnatic "League of Legends" heyəti | |||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Oyunçular | Məşqçilər | ||||||||||||||||||||||||
|
Tomaş "Nightshare" Knejinek
Pablo "Gaax" Veqas Peres | ||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||
Legenda:
|
Ən son heyət tarix: 7 may 2024. |
İstinadlar
redaktə- ↑ "Team Money Ranking". SK Gaming. 11 March 2012 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "About us". fnatic. 23 August 2009. 13 August 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2024.
- ↑ 'kboy' Neil Kirk. "MSI and FNATIC insist on the best!". fnatic. 15 October 2008. 5 April 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 may 2024.
- ↑ "FFNATIC ANNOUNCES GLOBAL PARTNERSHIP WITH HISENSE". Fnatic. 1 October 2020. 7 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2024.
- ↑ "LEAGUE OF LEGENDS: BMW PARTNERS WITH FNATIC, G2 ESPORTS, CLOUD9, T1 AND FUNPLUS PHOENIX". estnn.com. 16 April 2020. 26 May 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2024.
- ↑ Thielmeyer, Max. "Fnatic Launches New Music Label With 'Lofi Beats To Chill And Game To' Album". Forbes. 20 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2024.
- ↑ "WetDreaM leaves Fnatic". Fnatic.com. stoner. 1 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2024.
- ↑ "rekkles joins Fnatic". fnatic.com. inz. 1 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2024.
- ↑ "Fnatic adds Perfect Legend". fnatic.com. Mighty. August 16, 2015. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2024.
- ↑ "FNATIC.com: Farewell Peke & Cyanide – Thanks for the memories!". www.fnatic.com. 4 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2024.
- ↑ "FNATIC.com: Farewell for now, Rekkles!". www.fnatic.com. 24 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2024.
- ↑ "Sources: Fnatic to sign Hylissang, re-sign Rekkles". ESPN.com. 18 November 2017. 30 November 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2024.
- ↑ Li, Xing. "Rekkles proves why he's the MVP in Fnatic's dominating victory over G2". Dot Esports. 8 April 2018. 17 November 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2024.
- ↑ Abbas, Malcolm. "Fnatic take down EDG to advance to the Worlds semifinals". Dot Esports. 21 October 2018. 7 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2024.
- ↑ "Cloud9, Fnatic punch semifinals tickets". ESPN.com. 21 October 2018. 7 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2024.
- ↑ "Fnatic and Invictus progress to the League of Legends Worlds 2018 final". Metabomb.net. 22 November 2013. 10 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2024.
- ↑ "iG sweeps Fnatic to win Worlds 2018". ESPN.com. 3 November 2018. 17 November 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2024.
- ↑ Porter, Matt. "4 wins in a row prove G2 Esports rule the LEC Summer Finals". redbull. 7 September 2020. 1 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 May 2024.
Xarici keçidlər
redaktə- fnatic.com — Rəsmi saytı