Forca Sindical - Wikipedia
Força Sindical (port. Força Sindical) və ya qısaca FS — Braziliyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Qurumun baş qərargahı San-Pauloda yerləşir.
Tarixi
redaktəForça Sindical 1991-ci ildə Latın Amerikası Əməkçiləri Birliyinin 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə keçirdiyi konqresdə təsis olunub. Həmin konqresdə qitənin aparıcı həmkarlar ittifaqlarının 2 500 nəfərə yaxın lideri və fəalı iştirak edirdi. FS qısa müddətdə ətrafına böyük sayda üzv toplayır.
Fəaliyyəti
redaktəQurumun əhali arasında qazandığı nüfuz onun bütün aktual məsələləri hər zaman gündəmdə saxlaması ilə bağlıdır. İşçilərin bütün yaş qruplarının gündəlik həyatında baş verən sosial məsələlərə böyük diqqət göstərir; baş qaldıran problemlərin həlli istiqamətində bacardığını edir.
Son zamanlar təşkilat öz siyasətində hüquqi resursların qorunması sahəsində fəaliyyyətini gücləndirib. Bununla yanaşı, iş yerlərində diskriminasiyanı aradan qaldırmaq məsələsi də təşkilatın gündəmindədir.
Gender bərabərliyi
redaktəFS gender bərabərliyi mövzusuna böyük önəm verir. Bir neçə il əvvəl bu məsələ bir o qədər də diqqət çəkmirdi, çünki ötən dövrlərdə əsas işçi qüvvə kişi hesab olunurdu. Lakin indi, qadınların işləməyə ehtiyacları olmasa belə, onlar işləmək arzusundadırlar, aktiv iş karyerasına sahib olmaq istəyirlər. Bu, qadınlara cəmiyyətdə öz mövqeyini yaratmaq və onu qoruyub saxlamaq imkanı verir. Qurum iş yerlərində qadınlara xüsusi diqqət və yer ayrılması məsələsini önə çıxardır. Təşkilatda qadın problemləri ilə məşğul olan şöbə yaradılıb. Təşkilat beynəlxalq münasibətlərə çox böyük yer verir. FS-in hazırladığı yeni fəaliyyət proqramına əsasən, işçilərin sosial və əmək hüquqları dünya ölkələrinin qanunvericiliyindən götürülən standartlara uyğun olaraq qorunacaq.
Layiqli əməyin təminatı
redaktəFS layiqli əməyin təminatı məsələsinə də böyük önəm verir. Bu məsələ ilə bağlı cari ilin əvvəlindən təşkilat "Sosial dialoq layiqli əməyin təminatçısıdır" adlı layihə həyata keçirməyə başlayıb. Layihədə bir neçə xarici dövlətin həmkarlar ittifaqları da iştirak edir.
Tərkibi
redaktəHazırda üzvlərinin sayı 2 milyon nəfəri ötür.
Rəhbərləri
redaktəHazırda təşkilata Miquel Torres rəhbərlik edir.
Ədəbiyyat
redaktə- International Centre for Trade Union Rights; və b., redaktorlar Trade Unions of the World (6th). London, UK: John Harper Publishing. 2005. ISBN 0-9543811-5-7. (#explicit_et_al)
Mənbə
redaktə- Afaq HÜSEYNOVA. Braziliya Həmkarlar İttifaqı Hərəkatı[ölü keçid]. "Ülfət" qəzeti, 2 noyabr 2013-cü il. (az.)
Xarici keçidlər
redaktə- fsindical.org.br — Rəsmi saytı