Ford - Wikipedia
Ford Motor Şirkəti (ing. Ford Motor Company) — ABŞ-nın ən böyük avtomobil şirkətlərindən biri.
Ford Motor Company | |
---|---|
Ford Motor Company | |
Ümumi məlumatlar | |
Sənaye | avtomobil sənayesi |
Məhsulu |
Avtomobillər Avtomobil ehtiyat hissələri |
Təsis tarixi | 19 iyun 1903 |
Baş qərargahın yeri | Dearborn, Michigan, ABŞ |
İqtisadi göstəriciləri | |
Ümumi kapital |
|
Ümumi aktivlər |
|
Ümumi gəliri | 136.26 mlrd. ABŞ dolları (2011) |
Xalis mənfəəti | 20.21 mlrd. ABŞ dolları (2011) |
Əməliyyat mənfəəti | 8.681 mlrd. ABŞ dolları (2011) |
Struktur | |
İşçi sayı | 164,000 (2011) |
Rəhbərlik | |
Təsisçi | |
Ford.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəFord Motor Şirkəti 1903-cü ildə səhmlərin 25,5%-ə sahib olan Henri Ford başda olmaqla, Miçiqan ştatından 12 nəfər biznesmen tərəfindən təsis edilmişdir. Şirkətin vitse-prezident və baş mühəndis vəzifələrini də o icra edirdi. Avtomobil zavodu adı altında Detroyt ştatı Mek Avenyuda keçmiş furqon fabriki yenidən təchiz edilmişdi. Fordun birbaşa rəhbərliyi altında iki-üç işçidən ibarət briqadalar digər müəssisələrin sifarişi əsasında hazırlanan ehtiyat hissələrindən avtomobil yığırdılar. 1906-cı ildə Henri Ford şirkətin prezidenti və əsas sahibkarına çevrildi. Şirkətin mərkəzi Miçiqanda yerləşir.
Fəaliyyəti
redaktəİlk Ford avtomobili 23 iyul 1903-cü ildə satılmışdır. Şirkət məşhur T modelini 1908-1926-cı illər arasında istehsal etməyə başladı. Məhz T modelinin meydana gəlməsi şəxsi nəqliyyatın inkişafında böyük rol oynamişdır. 1927-ci ildə T modelinin yerini yeni A modeli tutdu.
1920-ci ildə Ford Şirkəti və SSRİ arasında Nijni Novqorodda Qorki Avtomobil Zavodunun tikilməsi barəsində müqavilə bağlandı. Bağlanmış müqaviləyə əsasən SSRİ lazımi maliyyə dəstəyini, Ford isə 1938-ci ilə qədər firmaya lazımi texniki dəstəyi verməyi öz üzərinə götürmüşdü. İstehsal "Ford Model A" (QAZ-A) və "Ford Model AA" (QAZ-AA) ilə 1 yanvar 1932-ci ildə başladı.
Birinci dünya müharibəsindən sonra Amerikada hökm sürən büyük iqtisadi böhran, Amerikadakı bütün şirkətləri həmçinin, Fordu zəiflətdı və şirkət bir çox fabrikini bağlamaq məcburiyyətində qaldı. İkinci dünya müharibəsi dövründə tank istehsal edən şirkət müharibədən sonra yenidən əvvəlki günlərinə qayıtdı.
1955-ci ildə xalqa açıq bir şirkət olan Ford, sonraki illərdə Kanada, Meksika, İngiltərə, Almaniya, Braziliya, Argentina, Avstraliya, CAR ve Türkiyə kimi bir çox ölkədə fabriklər açdı. 5 qitədə, 200-ə yaxın ölkədə fəaliyyət göstərir. Dünyada təqribən 246 000 işçisi və 110 fabriki var.
Ford Motor Şirkətinə məxsus avtomobil markaları Aston Martin, Ford, Lincoln, Mazda, Mercury, qeyri-avtomobil sektorunda isə Ford Motor Credit Company ve Hertz daxildir. Ford Yaquar və Land Rover markalarını 2008-ci ildə hind şirkəti Tataya, Volvonu ise 2009-cu ildə Çin şirkəti Geelyye satmışdır.
Modellər
redaktəXarici keçidlər
redaktə- Ford Rəsmi Web Saytı
- Ford Azərbaycanda Arxivləşdirilib 2010-01-06 at the Wayback Machine