Fransa Turu 1997 - Wikipedia
Tournoi de France ("Fransa Turniri", daha çox Le Tournoi kimi xatırlanır) 1997-ci il iyunun əvvəlində Fransada təşkil olunmuş futbol üzrə beynəlxalq yoldaşlıq turniri olub, 1998-ci il dünya çempionatına məşq xarakteri daşıyıb. Turnirdə iştirak edən 4 milli komandalar: Braziliya, İngiltərə, İtaliya və ev sahibi Fransa. Onlar bir dairə üzrə bir-birinə qarşı oynayırdılar, qrup birinciliyi qazanan həm də turnirin qalibi hesab olunurdu.
Fransa turu 1997 | |
---|---|
Yarış məlumatları | |
Ev sahibi | |
Tarix | iyun 1997 |
Başlama tarixi | 3 iyun 1997 |
Bitmə tarixi | 11 iyun 1997 |
Yekun nəticəsi | |
Çempion | İngiltərə milli futbol komandası |
Yarış statistikası | |
Oyun sayı | 6 |
İngiltərə keçirdiyi ilk iki oyunda İtaliya və Fransanı məğlub etməklə, həmçinin Braziliyaya qarşı oyunda bir xal itirməklə, topladığı ümumi 6 xallıq nəticə ilə turnirin qalibi oldu. Cənubi amerikalılar qələbə və iki oyunluq heç-heçə nəticəsinə görə, 5 xalla ikinci yeri tutdular. Yəqin ki, turnirin ən yaddaqalan oyunu İtaliya və Braziliya arasında keçirilən oyun oldu. 3:3 heç-heçə ilə başa çatan oyunda iki qolu o vaxt hələ 22 yaşı olan Alessandro Del Piero və hərəsinə bir qol olmaqla Romario və Ronaldo tərəfindən tərəfindən vuruldu. Və hər komanda bir dəfə öz qapısına avtoqol vurdu. Del Piero 3 qolla turnirin ən yaxşı bombardiri, Romario isə 2 qolla ikincisi oldu. Fransa Turniri daha çox məşhur futbolçu Roberto Karlosun Fransaya qarşı oyunun 21-ci dəqiqəsində vurduğu 35 metrlik cərimə zərbəsi ilə daha da məşhurlaşdı. Bu qol müasir futbolun ən yaxşı qollarından biri hesab olunur.
Cədvəl
redaktəKomandalar | Oyun | Xal |
---|---|---|
İngiltərə | 3 | 6 |
Braziliya | 3 | 5 |
Fransa | 3 | 2 |
İtaliya | 3 | 2 |
Futbol haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |