Fransali Iolanda - Wikipedia
Valualı Yolanda (fr. Yolande de Valois; it. Iolanda di Valois) (23 sentyabr 1434, Tur – 23 avqust 1478, Şamberi) — Savoyya hersoqu IX Amadeusun xanımı, Savoyya hersoqinası.[1] Atası Fransa kralı VII Çarlz, anası isə onun ikinci xanımı Anjulu Mariyadır.[2]
Fransalı İolanda | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 sentyabr 1434 |
Doğum yeri | |
Vəfat tarixi | 23 avqust 1478 (43 yaşında) |
Vəfat yeri | |
Atası | VII Şarl |
Həyat yoldaşı |
|
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
1452-ci ildə Savoyya hersoqu Lüdovikin böyük oğlu Amadeusla evləndirildi.[3] Ərinin 1465-ci ildə taxta çıxmasıyla Savoyya hersoqinası oldu.[4] Ancaq ərinin epilepsiya xəstəsi olması səbəbilə hersoqluğun idarəsində söz sahibi olmuşdur.
1472-ci ilin martında əri IX Amadeusun vəfat etməsiylə, oğlu Filibert hersoq, özü isə taxt naibi elan edildi.[5] Atasına qarşı ayaqlanıb onu taxtdan devirən qardaşı XI Lüdovikə qarşı Burqundiya hersoqu Cəsur Karlla ittifaq bağladı. Ancaq müttəfiq qoşunların 1476-cı ildə fransızlara məğlub olmasının ardından, oğlu bütün bu itkilərin səbəbkarı olaraq anasını gördü və onu həbs etdirdi. Qısa müddət sonra azadlığa buraxılan Yolanda daha sonra qardaşı olan Fransa kralı XI Lüdoviklə barışdı və ölümünədək onunla dost münasibət saxladı.
Orta əsrlər tarixində Avropada pələng əhilləşdirən ilk insan olaraq tanınan Yolandanın 1478-ci ildə Turin sarayında bunlardan birini bəslədiyi bilinir.[6]
Mənbə
redaktə- Ashdown-Hill, John. The Private Life of Edward IV. Amberley Publishing. 2016.
- Bell, Susan Groag. Medieval Women Book Owners: Arbiters of Lay Piety and Ambassadors of Culture // Erler, Mary; Kowaleski, Maryanne (redaktorlar ). Women and Power in the Middle Ages. The University of Georgia Press. 1988. 149–187.
- Bruening, Michael W. Francophone Territories Allied to the Swiss Confederation // Burnett, Amy Nelson; Campi, Emidio (redaktorlar ). A Companion to the Swiss Reformation. Brill. 2016. 362–388.
- Merle, Michel. The Model of the Holy Savoyard Prince // Vester, Matthew (redaktor). Sabaudian Studies: Political Culture, Dynasty, & Territory, 1400-1700. Truman State University Press. 2013. 151–166.
- Pluskowski, Aleksander. What is exotic? Sources of Animals and Animal Products from the Edges of the Medieval World // Jaritz, Gerhard; Kreem, Juhan (redaktorlar ). The Edges of the Medieval World. Central European University Press. 2009. 113–129.
- Vale, M.G.A. Charles VII. University of California Press. 1974.
- Vester, Matthew. The Sabaudian Lands and Sabaudian Studies // Vester, Matthew (redaktor). Sabaudian Studies: Political Culture, Dynasty, & Territory, 1400-1700. Truman State University Press. 2013. 1–12.
- Vaughan, Richard. Charles the Bold: The Last Valois Duke of Burgundy. The Boydell Press. 2004.
İstinadlar
redaktə- ↑ Ashdown-Hill, 2016. səh. xxviii
- ↑ Vale, 1974. səh. 73
- ↑ Vester, 2013. səh. 5-6
- ↑ Merle, 2013. səh. 152
- ↑ Bruening, 2016. səh. 368
- ↑ Pluskowski, 2009. səh. 126