Freemium - Wikipedia
Freemium - Wikipedia - Haqqında Məlumat
Freemium (ing. free, “pulsuz, havayı” + premium, “özəl, fəxri”) — istifadəçilərə sadə məhsulun (və ya xidmətin) pulsuz, əlavə dəyərə sahib xüsusiyyətlər, xidmətlər və s.in isə məbləğ əvəzində təklif edildiyi bir qiymət siyasəti.[1][2] Bu biznes modeli 1980-ci illərin əvvəllərindən bəri proqramlaşdırma sənayesində istifadə edilir. Habelə bu modelin bir alt səviyyəsi kimi video-oyun sənayesində free-to-play adlı bir siyasət də tətbiq olunmaqdadır.