Fridrix Siller - Wikipedia
İohan Xristof Fridrix fon Şiller (alm. Johann Christoph Friedrich von Schiller; 10 noyabr 1759[1][2][…], Marbax-am-Nekkar[d], Vürtemberq qraflığı[d], Müqəddəs Roma imperiyası[2][4][…] – 9 may 1805[1][2][…], Veymar, Saksen-Veymar-Eyzenax hersoqluğu[d], Müqəddəs Roma imperiyası[2][4]) — alman şairi, filosof, tarixçi və dramaturqu, alman romantik ədəbiyyatının nümayəndəsi.
Fridrix Şiller | |
---|---|
alm. Johann Christoph Friedrich von Schiller | |
Doğum adı | Johann Christoph Friedrich Schiller |
Doğum tarixi | 10 noyabr 1759[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 9 may 1805[1][2][…] (45 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | vərəm |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | şair, filosof, tarixçi, kitabxanaçı, həkim-yazıçı[d], dramaturq, romançı, universitet müəllimi[d], tərcüməçi, jurnalist, yazıçı, həkim, hərbi həkim |
Fəaliyyət illəri | 1789–1805 |
Əsərlərinin dili | alman dili |
İstiqamət | Fırtına və təzyiq[d], Veymar klassizmi |
Janrlar | ballada, teatr pyesi |
Tanınmış əsərləri | |
Fridrix Şiller Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Ömrünün son illərində Yohann Volfqanq Göte ilə çox məhsuldar, lakin bir qədər mürəkkəb dostluq münasibəti qurur. Bu yaradıcılıq münasibətləri iki dahi ədibin öz estetik dünya görüşlərıni müzakirə və mübadilə etməsinə, Götenin yarımçıq buraxdığı bir çox əsərlərini tamamlamasına imkan yaradır. Bu ədəbi-fəlsəfi münasibətlər sonralar alman ədəbiyyatında Veymar klassisizmi adlanacaq bir dövrün əsasını qoyur. Şiller Göte ilə birgə estetik dünya görüşlərinə düşmən kəsilmiş filosoflara cavab olaraq "Yadlar" ("Die Xenien") adlı qısa, lakin çox kəskin satirik poemalar məcmuəsini yazır.
Həyatı
redaktəŞiller 1759-cu il noyabrın 10-da Almaniyanın Marbax şəhərində hərbi feldşer İohan Qaspar Şillerin (1723–1796) ailəsində dünyaya göz açmışdır. Uşaqlıq və gənclik illəri yoxsulluq içində keçmiş, bununla belə kənd məktəbində təhsil ala bilmişdir. Bilik və istedadı ilə 1783-cü ildə Vürtenberq hersoqunun diqqətini cəlb edən Şiller nüfuzlu hərbi akademiyaya daxil olmaq imkanı əldə edir. Burada özünü ilk növbədə hüquqşünaslıq, daha sonra isə tibb elminə həsr edir. Şiller hələ məktəbdə oxuduğu illərdə özünün "Oğrular" adlı, sadəlövh inqilabçılar və onların faciəvi sonluqlarından bəhs edən ilk pyesini qələmə alır.
1780-ci ildə Şiller Ştutqartda hərbi alay həkimi vəzifəsinə təyin edilir.
"Quldurlar" pyesinin 1781-ci ildə Manheymdə tamaşaya qoyulmasından sonra, Şiller hərbi tribunala verilir və ondan bir daha yazmamaq tələb olunur. Şiller 1873-cü ildə Ştutqartdan qaçır. Qaçışdan əvvəl qələmə aldığı iki pyesi — "Fiesko" və "Məkr və məhəbbət" də Manheym teatrında səhnəyə qoyulur.
1787-ci ildə oxucularından birinin dəvəti ilə qonaq qaldığı Drezden şəhərini tərk edir və 1789-cu ilə qədər Veymarda yaşayır. Həmin il Yena universitetində tarix və fəlsəfə fakültəsinə professor təyin edilir, 1790-cı ildə isə Şarlotta fon Lengefeld adlı qadınla evlənir. Bu nikahdan Şillerin iki oğlu və iki qızı dünyaya gəlir.
1799-cu ildə yenidən Veymara qayıdaraq yerli messenatların maliyyə dəstəyi ilə bir neçə ədəbi jurnalın nəşrinə başlayır. Məhz bu illərdə Şiller Höte ilə görüşür. Onlar tezliklə sonradan Almaniyanın ən aparıcı teatrlarından birinə çevriləcək Veymar teatrını yaradırlar. Şiller ömrünün sonuna qədər Veymarda qalır ömrünün son illərini ağır və üzücü xəstəliklərlə mübarizədə keçirir və 9 may 1805-ci ildə 45 yaşında vərəm xəstəliyindən vəfat edir.
Şairin 1785-ci ildə yazdığı "Şadlığa mədhiyyə" əsərinə sonralar dahi alman bəstəkarı Lüdviq van Bethoven musiqi bəstələyir. Bu musiqi əsəri hazırda Avropa İttifaqının rəsmi himnidir.
Əsərləri
redaktə- "Quldurlar" (1781) (Qaçaqlar)
- "Fiesko" (1784)
- "Məkr və məhəbbət" (1783)
- "Don Karlos" faciəsi (1787)
- "Vallenşteyn" (1800)
- "Orleanlı qız" (1801)
- "Mariya Stüart" (1800)
- "Messinalı gəlin" (1803)
- "Vilhelm Tell" xalq dramı (1804)
- "Dimitriy" (ölümü səbəbindən yarımçıq qalmışdır)
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 5 6 7 8 Либинзон З. Е. Шиллер // Краткая литературная энциклопедия (rus.). Москва: Советская энциклопедия, 1962. Т. 8.
- ↑ RKDartists (nid.).
- ↑ 1 2 3 4 Archivio Storico Ricordi. 1808.