Fridrix Freyherr Kress Fon Kressensteyn - Wikipedia
Fridrix Freyherr Kress fon Kressenşteyn (d. 24 aprel 1870 – ö. 16 oktyabr 1948) – alman sərkərdə, hərbi xadim və general. Birinci Dünya müharibəsi dövründə Osmanlı ordusunda və Gürcüstan köməkçi alman zabit qrupunun üzvü kimi xidmət etmişdir. I Dünya müharibəsi başlamamış Osmanlıya gəlmiş və alman general Otto Liman fon Sandersin hərbi missiyasının bir hissəsi olmuşdur.[2]
Fridrix Freyherr Kress fon Kressenşteyn | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 aprel 1870[1] |
Doğum yeri | |
Vəfat tarixi | 16 yanvar 1948[1] (77 yaşında) və ya 6 yanvar 1948 (77 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Almaniya İmperiyası ordusu, Reyxşiir |
Xidmət illəri | 1888–1929 |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
1918-ci ildə qurulan Gürcüstan Demokratik Respublikası ilk dövrlərdə Almaniya ilə müttəfiq olmuş və onun protektoratlığına girmişdir. Gəlinən razılaşma əsasında bir sıra alman hərbi nümayəndələri Gürcüstana gəlmiş və onun ordusunun qurulmasında iştirak etmişdir. Bu nümayəndələrdən biri də generalı Fridrix Freyherr Kress fon Kressenşteyn olmuşdur. O, alman nümayəndəsi kimi Gürcüstana getmiş və ilin sonuna qədər orada qalmışdır.
Həyatı
redaktəNürnberqli zadəgan ailənin övladı kimi dünyaya gəlmişdi. Atası Georg Kress fon Kressenşteyn ali məhkəmənin hakimi idi. 1929-cu ildə alman ordusundan təqaüdə ayrıldı. Sonrakı illərdə Milli Arxivlər və İngiltərə Kraliyyət Birləşmiş Xidmətlər İnistitutu üçün avtobioqrafik məqalə yazmışdır.
1948-ci ildə Münhendə vəfat etmişdir.
Karyerası
redaktə1888-ci ildə topçu zabit kimi alman ordusunda xidmıt etməyə başlamışdır.
Osmanlı dövrü
redaktəI Dünya müharibəsi dövründə 1914-1917 dekabr aralığında Osmanlı ordusuna bağlı Fələstin cəbhəsindəki VIII Orduda xidmət etmişdir. Fələstində Camal Paşanın ordusuna qatılmışdır. Birinci və İkinci Kanal əməliyyatlarına faktiki olaraq komandanlıq etmişdir. Birinci Qəzzə müdafiəsində (1917 mart)bir digər alman zabit mayor Tiller ilə Osmanlı müdafiəsinin qurulmasında iştirak etmişdir. Bu döyüşdə ingilislər məğlubiyyətə uğradılmışdır. 1917-ci ilin aprelində baş İkinci Qəzzə döyüşündə ingilislər yenidən məğlub edildi. Üçüncü Qəzzə döyüşündə də Osmanlı ordusuna rəhbərlik edən generallardan biri olmuşdur. Qəzzə döyüşlərində göstərdiyi şücaətə görə Prussiyanın ən yüksək hərbi medalı olan “Pour le Merite”yə layiq görülmüşdür.[3]
Gürcüstan dövrü
redaktə1918-ci ilin iyun tarixində Osmanlı-Alman ittifaqının parçalanması ilə müstəqilliyindən sonra Almaniyanın protektoratlığına girən Gürcüstana kiçik alman qüvvəsi ilə göndərildi. Abxaziyanın Qırmızı Ordu tərəfindən işğalına mane olmaq üçün çalışdı. 1918-ci ilin dekabrında Gürcüstanı tərk etməyə məcbur oldu.[4]
Həmçinin bax
redaktəƏdəbiyyat
redaktə- Fromkin, David (1989). A Peace to End All Peace. Avon Books.
- Kreß von Kressenstein, Friedrich. "Überblick über die Ereignisse an der Sinaifront von Kriegsbeginn bis zur Besetzung Jerusalems durch die Engländer 1917" [Overview of the events on the Sinai front from the beginning of the war up to the occupation of Jerusalem by the English in 1917]. Zwischen Kaukasus und Sinai. Jahrbuch des Bundes der Asienkämpfer (German). 1. 1921: 11–54. OCLC 183365288.
- Kreß von Kressenstein, Friedrich. "Achmed Djemal Pascha". Zwischen Kaukasus und Sinai. Jahrbuch des Bundes der Asienkämpfer (German). 3. 1923. OCLC 183365288.
- Kreß von Kressenstein, Friedrich. "Kriegführung in der Wüste" [War in the Desert]. Wissen und Wehr. Monatsschrift der Deutschen Gesellschaft für Wehrpolitik und Wehrwissenschaften (German). Berlin: Verlag E.S. Mittler & Sohn. 17 (9). September 1936: 565–590. OCLC 643162877.
- Kreß von Kressenstein, Friedrich. War in the Desert. Translation of the article "Kriegführung in der Wüste" in Wissen und Wehr, Sept., 1936. (English). Colonel Oliver L. Spaulding tərəfindən tərcümə olunub. Washington: Historical Section, the Army War College. 1936. OCLC 5722728.
- Kreß von Kressenstein, Friedrich. Mit den Türken zum Suezkanal [With the Turks to the Suez Canal] (German). Berlin: Vorhut-Verlag Otto Schlegel. 1938. OCLC 604167577.
- Kreß von Kressenstein, Friedrich, Meine Mission im Kaukasus [My mission in Caucasus] (PDF) (German), 1943, 2016-03-03 tarixində orijinalından (PDF) arxivləşdirilib, İstifadə tarixi: 2020-11-29
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Deutsche Nationalbibliothek Record #116652004 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ David Fromkin. A Peace to End All Peace. Avon Books. 1989.
- ↑ Friedrich Kreß von Kressenstein . Überblick über die Ereignisse an der Sinaifront von Kriegsbeginn bis zur Besetzung Jerusalems durch die Engländer 1917 - Zwischen Kaukasus und Sinai. Almaniya: OCLC. 1921. səh. 11-54. ISBN 183365288.
- ↑ Friedrich Kreß von Kressenstein. Achmed Djemal Pascha - Zwischen Kaukasus und Sinai. Almaniya: OCLC. 1923. ISBN 183365288.
Xarici keçidlər
redaktə- "Biography of Kreß von Kressenstein from First World War.com" (downloaded January 9, 2006)
- "The Great War and the only Triumphant Campaign of 1917" About Allenby's Palestine campaign of 1917 (downloaded January 9, 2006; link updated 10/20/2011)
- "Journal of the T. E. Lawrence Society – Autumn 1997" Lists Von Kressenstein's monograph on the campaign.
- Online version of My Mission in Caucasus with document appendix Şablon:Paywall