Gobelek Dolmasi - Wikipedia
Gobelek Dolmasi - Wikipedia - Haqqında Məlumat
Hazırlanma qaydası
redaktəGöbələk dolmasını hazırlamaq üçün fırının üst gözü yandırılır. Göbələklər təmizlənir və saplaq hissələri göbələklər zədələnmədən çıxarılır. Yağ ayrıca tavada əridilir. Göbələklər güvəcə yığılır, duz və istiot vurulub 2 xörək qaşığı əridilmiş yağ göbələklərin üzərinə çəkilir. Güvəc fırına qoyularaq göbələklər yarıbişmiş hala gətirilir. İçlik üçün pendir və xırdalanmış çörək içi qarışdırılır. Yarıbişmiş göbələklər fırından götürülüb içləri doldurulur və qalan əridilmiş yağ üzərlərinə tökülür. Göbələklər yenidən fırına qoyulur və 200 dərəcə temperaturda, üstləri qızaranadək bişirilir. Süfrəyə cəfəri ilə birlikdə verilir.
Mənbə
redaktə- Azərbaycan kulinariyası ensiklopediyası. Bakı,2007. səh.47.