Gobelek Ketcupu - Wikipedia
Göbələk ketçupu – göbələkdən hazırlanan ketçup növü. Bu ketçup növünün vətəni Böyük Britaniyadır. Göbələk ketçupu dadlandırıcı məhsul kimi və ya digər sosusların hazırlanmasından istifadə olunur. Böyük Britaniyada göbələk ketçupu istehsal edən bir neçə brend fəaliyyət göstərir.
Tarixi
redaktəGöbələk ketçupunun vətəni Birləşmiş Krallıqdır.[1][2][3] Keçmişdə Britaniyada ketçupu hazırlamaq üçün pomidor əvəzinə göbələkdən istifadə olunurdu.[4] 1770-ci illərdə Şimali Amerikadakı ingilisdilli koloniyalarda göbələk ketçupu hazırlanırdı: Cənubi Karolinada nəşr olunmuş bir kulinariya kitabında qeyd olunurdu ki, göbələk ketçupu üçün 2 yumurta ağı lazımdır.[5] Həmin kitabda qoz ketçupunun da resepti verilmişdi.[5] 1788-ci ildə nəşr olunmuş "İngilis aşbazlıq sənəti"[6] kitabında həm göbələk, həm qoz ketçupunun resepti göstərilmişdi.
XIX əsrdə göbələk ketçupu bəzi sousların hazırlanmasında və şorbaların dadlandırılmasında istifadə olunurdu.[5]
Hazırlanması
redaktəGöbələk ketçupunu hazırlamaq üçün göbələklər konteynerlərə yığılır və üzərinə duz tökülür. Göbələklərdən tökülən maye konteynerləri doldurduqdan sonra qaynama nöqtəsinə qədər sobada bişirilir.[2] Daha sonra üzərinə qara bibər kimi ədviyyatlar əlavə olunur və maye boşaldılır. Bəzən sirkədən də əlavə olunur.[3] Ketçupu hazırlamaq üçün bir neçə yeməli göbələk növündən istifadə oluna bilər. Bu göbələk növlərinə Agaricus silvaticus, Coprinus comatus, Coprinopsis atramentaria, Gomphidius glutinosus, Chroogomphus rutilus, Lactifluus volemus kimi növlər daxildir.
İstehsalı
redaktəBirləşmiş Krallıqda göbələk ketçupu istehsal edən bir neçə brend mövcuddur: "Crosse and Blackwell's", "Morton's", "Jacky's Pantry" and "Geo Watkins".[7] Bəzi şirkətlər ABŞ-yə göbələk ketçupu ixrac edir.[8]
İstinadlar
redaktə- ↑ Cooke, Mordecai Cubitt. British Edible Fungi. Kegan Paul, Trench, Trübner & Company Limited. 1891. 201–206.
- ↑ 1 2 Bell, Annie. "Condiments to the chef". The Independent. 5 June 1999. 20 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 September 2014.
- ↑ 1 2 Branston, Thomas F. The hand-book of practical receipts of every-day use. Lindsay & Blakiston. 1857. 148–149.
- ↑ Gladwell, Malcolm. "The Ketchup Conundrum". The New Yorker. 30 August 2004. 6 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 June 2020.
- ↑ 1 2 3 Smith 1996, pp. 16–17 Arxivləşdirilib 2022-04-08 at the Wayback Machine.
- ↑ Briggs, Richard. The English Art of Cookery, According to the Present Practice. G. G. J. and J. Robinson. 1788. 595–596.
- ↑ Smith 1996, 'p. 221 Arxivləşdirilib 2022-06-14 at the Wayback Machine.
- ↑ Money, N.P. Mushroom. Oxford University Press. 2011. səh. 102. ISBN 978-0-19-991236-0. 2022-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-14.