Godekler Qubadli - Wikipedia
Godekler Qubadli - Wikipedia - Haqqında Məlumat
Gödəklər — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd.
Gödəklər | |
---|---|
39°19′45″ şm. e. 46°36′05″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Qubadlı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
redaktə1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Toponimikası
redaktəGödəklər kəndi Bərgüşad çayının sol sahilindədir. Yaşayış məntəqəsi keçmişdə Mil düzündə yaşamış gödəklilərə mənsub bir qrup ailənin burada məskunlaşması nəticəsində yaranmışdır. 1933-cü ildə İmişli r-nunun Xələc i.ə.v.-də Güdəklər adlı yaşayış məntəqəsi qeydə alınmışdır. Gödəklilər Şəkidə və Zaqatalada məhəllə adlarıdır. Etnotoponimdir.[1]
Əhalisi
redaktə"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 61 evdə 212 şiə kürd yaşayırdı.[2]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Свод статистических данных о населении Закавказскаго края, извлеченных из посемейных списков 1886 г. Тифлис. 1893.
Qubadlı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |