Govher Sultan I Ehmedin Qizi - Wikipedia
Gövhər Sultan (1605, İstanbul, Osmanlı imperiyası – 1631, İstanbul, Osmanlı imperiyası) — 14-cü Osmanlı sultanı I Əhmədin qızı.[1]
Gövhər Sultan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1605 |
Doğum yeri | |
Vəfat tarixi | 1631 |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | I Əhməd |
Həyat yoldaşları |
|
Uşağı | Safiyə xanım Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Həyatı
redaktəSultan Əhməd dövrü
redaktəGövhər Sultan 1608-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası isə Mahpeykər Kösəm Sultandır. Adını atasının böyük bibisi olan Gövhər Sultandan almışdır. Belə ki, Sultan Əhməd böyük bibisinə olan sevgisindən qızlarından birinin adını da məhz Gövhər qoymuşdu. Osmanlı tarixində ilk dəfə atası Sultan Əhmədin səltənətində başlanılan və uşaq yaşdakı xanım sultanların dövlət xadimləriylə evləndirilməsinə əsaslanan saray ənənəsinə uyğun olaraq, böyük bacısı Aişə Sultan kimi, Gövhər Sultan da hələ azyaşlı bir uşaq ikən evləndirildi.
1611-ci ilin sentyabrında yenicə kaptan-ı dərya təyin edilərək paytaxta çağırılan Misir bəylərbəyi Mehmed Paşayla nigahlandı. Cütlüyün toy mərasimi paşanın paytaxta gəlişiylə başlayan şənliklər əsnasında baş tutdu. Bu şənliklər əsnasında bacısı Aişə Sultan da sədrəzəm Nasuh Paşayla nigahlandı. Atası Sultan Əhmədin istəyilə baş tutan bu evliliklər tamamilə siyasi xarakter daşımaqda idi. Yaşı səbəbilə, zifaf gecəsi olmadı və saray ənənələrinə görə, Gövhər Sultanın həddi-buluğa çatması gözlənildi. Buna baxmayaraq nigahın ardından Mehmed Paşanın siyasi nüfuzu xeyli artdı. 1614-cü ildə edam olunan bacanağı Nasuh Paşanın yerinə sədrəzəm təyin edildi.
Sultan Osman dövrü
redaktə1617-ci ildə atası Sultan Əhmədin vəfatının ardından anası Mahpeykər Kösəm Sultan və bacıları köhnə saraya göndərilən Gövhər Sultan öz nüfuzunu qoruya bildi. Ancaq Mehmed Paşanın 1619-cu ildə vəzifədən alınması, ertəsi il isə vəfat etməsinin ardından Gövhər Sultan hələ 12 yaşında ikən dul qaldı. Bəzi mənbələrdə onun bu evlilikdən bir oğlu olduğu qeyd edilsə də, paşa vəfat etdiyi əsnada Gövhər Sultanın yaşının az olması bu iddianı dəstəkləmir.
Cəmi bir il sonra ögey qardaşı Sultan Osmanın istəyilə, 9 dekabr 1621-ci ildə vəzirlərdən Rəcəb Paşayla nigahlandı. Nigahın ardından cütlüyə Sultanəhməd meydanındakı İbrahim Paşa sarayı hədiyyə edildi.
Sultan Murad dövrü
redaktəSiyasi nüfuzu artan Rəcəb Paşa 1623-cü ilin aprelində kaptan-ı dəryalığa, 1626-cı ilin iyulunda sədarət naibliyinə, 10 fevral 1632-ci ildə isə sədrəzəmliyə yüksəldi. Buna baxmayaraq ordunun daxilindəki bəzi qrupları Sultan Murada qarşı ayaqlandırması səbəb göstərilərək 18 may 1632-ci ildə edam olundu. Beləcə, Gövhər Sultan ikinci dəfə dul qaldı. Gövhər Sultanın bu nigahından Safiyə xanım Sultan adlı bir qızının olduğu, bu qızının isə 1644-cü ildə Hələb bəylərbəyi Siyavuş Paşayla evləndirildiyi məlumdur.
Həyatının qalan hissəsiylə bağlı yetərli məlumat olmayan Gövhər Sultanın 1660-cı ildən sonrakı ödəmə kitablarında adının keçməməsi onun bu tarixdə vəfat etdiyini göstərir. Qardaşı oğlu IV Mehmedin səltənətində 1660-cı ildə vəfat edən Gövhər Sultanın cənazəsi Sultan Əhməd türbəsinə, digər ailə fərdlərinin yanına dəfn edilmişdir.
Mənbə
redaktə- Evliya Celebi. The Intimate Life of an Ottoman Statesman Albany: State University of New York, 1991. P.134
- Freely, John (1999). Inside the Seraglio: Private Lives of the Sultans in Istanbul. Viking. ISBN 978-0140270563
- Peirce, Leslie P. (1993). The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire. Oxford University Press. ISBN 978-0-195-08677-5
İstinadlar
redaktə- ↑ Uluçay, Mustafa Çağatay (2011). Padişahların kadınları ve kızları. ISBN ISBN : 9789754378405.