Goyercin - Wikipedia
Goyercin - Wikipedia - Haqqında Məlumat
Göyərçin (lat. Columba) — göyərçinlər fəsiləsinə aid heyvan cinsi. Orta böyüklükdə, kiçik başlı, qısa boyunlu və qısa qıçlı quşlardır. Dimdikləri qısa, zəif quruluşlu, ucu yüngülcə aşağı əyilmişdir. Qanadları orta uzunluqdadır. Olduqca iti uçma qabiliyyətinə malikdirlər. Ayaqları yaxşı inkişaf etmişdir və arxa barmaq yerə dəyir. Meyvələr, dənəli və ya tumlu toxumlarla qidalanırlar.
Göyərçin | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Göyərçin |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Ağ Göyərçinlər sülhü və saflığı simvolizə edir. Böyük göyərçinlərə "pigeon", daha kiçik göyərçinlərə isə "dove" deyilir. Dünyada 300-dən çox göyərçin növü mövcuddur. Əksər göyərçin növləri monoqamdır, yəni onların bir yoldaşı olur və onlar ömür böyü birlikdə yaşayırlar.
Növləri
redaktə- Çöl göyərçini (Columba livia)
- Columba oenas
- Columba trocaz
- Columba bollii
- Columba junoniae
- Columba rupestris
- Columba leuconota
- Columba guinea
- Columba albitorques
- Columba eversmanni
- Columba oliviae
- Columba palumbus
- Columba palumbus maderensis– nəsli kəsilib (XX əsrdə)
- Columba unicincta
- Columba arquatrix
- Columba sjostedti
- Columba thomensis
- Columba polleni
- Columba hodgsonii
- Columba albinucha
- Columba pulchricollis
- Columba elphinstonii
- Columba torringtoni
- Columba punicea
- Columba argentina – possibly nəsli kəsilib (XX əsrin ortalarında ?)
- Columba palumboides
- Columba janthina
- Columba janthina nitens – nəsli kəsilib (1980-ci illərdə)
- Columba versicolor – nəsli kəsilib (1890-ci illərdə)
- Columba jouyi – nəsli kəsilib (1930-cu illərdə)
- Columba vitiensis
- Columba leucomela
- Columba pallidiceps
- Columba delegorguei
- Columba iriditorques
- Columba malherbii
- Columba larvata
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2005.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3