Goydag Naxcivan - Wikipedia
Goydag Naxcivan - Wikipedia - Haqqında Məlumat
Göydağ – Culfa və Ordubad rayonları sərhədində dağ (hünd. 2720,4 m). Zəngəzur silsiləsinin Dəmirlidağ-Göydağ qolunun suayırıcısında zirvə. Nürgüt kəndindən 5 km qərb-şimal-qərbdədir. Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin çökmə süxurlarını yarıb çıxan diorit və kvarslı diorit-porfir tərkibə malik Alt Miosen yaşlı eyniadlı subvulkanik massivin mərkəzində yerləşmiş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahında müşahidə edilən Mərəlik-Göynük sinklinalının maqmatık kütlə ilə yarılmış cənub-şərq sentriklinal hissəsinə aiddir.[1]
Göydağ | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Dağ silsiləsi | Zəngəzur dağları |
Mütləq hündürlüyü | 2720,4 m |
Yerləşməsi | |
39°13′43″ şm. e. 45°50′42″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | |
|
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.