Guclu Avqust - Wikipedia
Güclü Avqust (12 may 1670[1][2][…], Drezden[1] – 1 fevral 1733[1][2][…], Varşava[1]) — 7 may 1694-cü ildən Saksoniya kürfürstü, 1697-ci il sentyabrın 15-dən (17 iyun 1697-ci ildə kral elan edilmişdir) 1704-cü il fevralın 16-dək (1-ci dəfə, əslində, 24 sentyabr 1706-cı ilə qədər) Polşa Kralı və Litvanın böyük knyazı.
Güclü Avqust | |
---|---|
alm. August der Starke | |
Polşa kralı[d] | |
15 sentyabr 1697 – sentyabr 1706 | |
Polşa kralı[d] | |
20 oktyabr 1709 – 1 fevral 1733 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 may 1670[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 1 fevral 1733[1][2][…] (62 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | qanqren |
Dəfn yeri |
|
Fəaliyyəti | rəsm kolleksioneri[d], siyasətçi |
Uşaqları | |
Dini | lüteranlıq |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[3] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1694-cü ildən I Fridrix Avqust adı altında, 1697-ci ildən isə II Avqust adı ilə Saksoniyanın kürfürstü kimi hökm sürmüşdür. Polşa taxtını tutmaq üçün protestant Avqust 1697-ci il iyunun 1-də katolikliyi qəbul etdi. Onun daxili islahatlar və kral hakimiyyətini gücləndirmək cəhdləri uğursuzluqla nəticələndi, eyni zamanda Rusiya imperiyasına bölgədə öz təsirini artırmağa imkan verdi. İsveçə qarşı Şimal Müharibəsində (1700-1721) I Pyotrun müttəfiqi olmuşdur.
Onun hakimiyyəti Polşanın milli rifahının və onun sakinlərinin döyüşkən ruhunun süqutu dövrü idi. II Avqustun dövründə Polşa ordusu 80.000-dən 18.000-ə endirilmiş və biri milli, digəri isə xarici qoşunlardan ibarət olmaqla iki hissəyə bölünmüşdür.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 Август II (rus.). // Энциклопедический словарь / под ред. И. Е. Андреевский СПб: Брокгауз — Ефрон, 1890. Т. I. С. 70.
- ↑ 1 2 3 4 August der Starke // RKDartists (nid.).
- ↑ Çex Milli Hakimiyyət Məlumat bazası.